Hörmətli Qadın.net sevərlər. Bir dəfə Əlfi Qasımovun mənsur şeirlərini oxuyurdum. Onun qələmindən çıxıb və bizlərə çatdırmaq istədiklərini oxumaqla doymaq mümkün deyil. “Torpaq və sən” şeri də çox təsirlidir. İnsanı bir anlıq düşünməyə vadar edir. Gəlin hər birimiz əlimizdə, həyatımızda bizə aid olanların qədrini zamanında bilək və onlara vaxtında dəyər verməyə çalışaq. Buyurun onu Sizdə oxuyun!
Dedilər ki, gəlmisən. Aşağıda pəncərə qabağında dayanıb qaranlığa baxırsan. Pərişan saçların üz-gözünə dağılıb, papirosu papirosa calayırsan. Hərdən çiyinlərin qalxıb-enir, yəqin ağlayırsan hamı kimi, gələnlər kimi….
Özüm dərdli olsam da, dərd əlindən solsam da, bir anlığa sənə yazığım gəldi. Sənin bu gəlişin dərdimin üstünə dərd qoydu, dağ üstündən dağ çəkdi.
Axı niyə gəldin? Səni ki heç kəs gözləmirdi. Eh, nə qədər gözlədiyimiz günlər olub!... O da gözləyib, mən də. Sən bizi atıb gedəndə, o körpə idi. Mən inanırdım, onu isə inandırmaq, ovundurmaq, “bəs atam haçan gələcək?” sorğusuna cavab tapmaq çox çətin idi, çox çətin. Sənin hicranından da çətin idi. Əgər buna hicran demək olardısa.
O səni çox səslədi, mən səni çox gözlədim, gəlmədin...
Bir axşam küçəmizdən bir kişi keçdi. Sən boy-buxunda, sən geyimdə. O “ata” deyə bağırdı. O gedənin arxasınca qaçdı, çılğın “ata” nidası küçədən keçənləri diksindirdi. Gedən ayaq saxladı, dönüb baxdı. Sən deyildin. Uşaq pərt oldu. Dodaqları titrədi. Gözləri doldu. Ancaq o yenə ümidini üzmədi, səni - atasını səslədi.
Payız oldu. Xəzan gəldi. Təbiət bir canlı kimi ölməzdən əvvəl işıq saldı. Yarpaqlar qızılı rəngə boyandı. O yenə səni çağırdı, gəlmədin. Mən yenə səni gözlədim, gəlmədin. Yarpaqlar dərdimizdən saraldı, nalə çəkə-çəkə torpağa düşdü. Ayaq altda inlədi. Sən isə susdun……
Qışın sazağında buz naxışlı pəncərəmiz qarşısında dayanıb yollara baxdıq, görünmədin. O yenə səni səslədi, dinmədin. Külək dindi, pəncərəmizi uğultu ilə döydü, qapımızı zorla açmaq istədi, sənsə susdun. Ürəyim üşüdü, nəfəsim tövşüdü, gəlmədin.
Bəs indi niyə gəldin? Köhnə yaraları qanatmaq üçünmü, boynubükük xatirələri oyatmaq üçünmü? Bilmirəm.
Bəlkə el danlağı, el tənəsi səni qorxudub, bilmirəm.
Ancaq onu bilirəm ki, sən gəlmisən. Camaatla birlikdə gəlmisən. Hamı gəlib, sən də gəlmisən. Yəqin oğlunu məndən istəyəcəksən, özün boyda oğlunu, qaşından, gözündən, sənə bənzəyən oğlunu…
Gecikmisən, çox gecikmisən! Onu səndən əvvəl torpaq istədi. Mən ona vermək istəmədim. Haray çəkdim. Yalvardım. Torpaq susdu. Sənin kimi susdu. Son dəqiqə səni səslədim, səni köməyə çağırdım, gəlmədin. O inlədi, mən çağırdım, gəlmədin. Torpaq susdu. O susdu. Sən susdun. Mən isə haray çəkdim. Göylər kişnədi. Dalğalar hayqırdı, xəzri uğuldadı, səndənsə səs çıxmadı. Nə torpaq dindi, nə sən, nə də o…
Dedilər ki, gəlmisən. Oğlunu aparmağa gəlmisən. Özün boyda oğlunu. Gecikmisən, çox gecikmisən…
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR