Oturub tənhalıqda düşünəndə
Bir ana balasın əzizləyəndə
Gözlərim yaşarır dözə bilmirəm
Anamsız həyata sezə bilmirəm
Ay ana bəs niyə məni tək qoydun
Üzdə gözlərimin yaşın dondurdun
Gülmədim kədərdən qərq oldum qəmə
Oyan bir məzardan kəs mənlə kəlmə
Dediyin kəlmələr indi beynimdə
Gül üzün nişanəsi həmşə gözümdə
Evdəki şəkildə gülürsən mənə
Qayıt gəl anacan gülüm de mənə
Gülümü soldurdun sən öz ölmünlə
İndisə qızının fəryadın dinlə
Fəryad eləyəndə, vuranda sinə
Qayıt gəl anacan qızım de mənə
Saçının ətrini duyum mən yenə
Gəl məni qucaqla toxunum sənə
Dəyməsin heç kimsə, dəyməsin sənə
Zərif bədən layiq deyil kəfənə
Ana, sevdiyim insandın yeganə
Gör necə haldayam qalma biganə
İsti nəfəsinlə sığın sən mənə
Qayıt gəl anacan balam de mənə
Soyuqdan üşüyürsən yəqin məzarda
Gəl məni sən apar olum yanında
Qoy canım tez çıxsın olum mən ruh da
Tez gəlim yerləşim o qollarında
Baxıram son rəsmindəki simana
Ah xəstəliyin bilinmir heç, amma
Qəfil azar gəldi bu əziz cana
Tez köçdün qoydun bizi yana-yana
Nəvələr görmədin sən heç, ay ana
Xəstəlik qoymadı büründü cana
Əlacın zənn etdik tutduq dərmana
Ümidsiz yaşadın küsdün zamana
Sübh vaxtı daxildin dualarıma
Yalvardım ay Allah anamı alma!
Yetmədi heç səsim getdin məzara
Bu qara taleyə heç varmı çara?
İndi atam üzün tutub Qurana
Oxuyur ucadan qəbrin nurlana
Baş daşın elə bil bizə boylana
Qayıt, anacan dözmürəm hicrana!
23.11.06
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qarnınızı əritmək üçün bunları yeyin!
Sinoptiklərdən xəbərdarlıq: güclü qar yağacaq, çovğun olacaq
Arzular gerçəkləşir
BÜRCLƏR bizə nə vəd edir?-13 Fevral
Analar üçün asan üsullar
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan tamamilə təmizlənildi
Günün ulduz falı
"Günəş" şirniyyatı (foto resept)
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcək"
Prezident dəyişiklik etdi
Məşhur cütlük AYRILDI
Culiya Robertsdən dəyərli məsləhətlər
Prezident İlham Əliyev və xanımı rəsmi qəbulda
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Zaqatalamızın sərvətləri
Məşhur aktrisa 15 yaş cavanlaşdı
Azərbaycanda hərbi xidmətə çağırışda yenilik
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
Bir az gülək...
Dondurma alarkən nəyə diqqət edilməlidir?
Heç bir xəstəliyi olmayan 5 yaşlı uşaq koronavirusdan öldü-FOTO
2 yaşa qədər uşaqları dənizə salmayın - XƏBƏRDARLIQ
Burak gəlirini maşına xərclədi-FOTO
Tofiq Hüseynov vəfat etdi
Azərbaycanda dini biliklərin məktəblərdə ayrıca fənn kimi tədrisi müzakirə olunur
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Ehramda təyyarə boyda gizli otaq tapıldı - Sensasiyalı kəşf -FOTO
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Demet Akalın səhər yeməyinə verdiyi pulla GÜNDƏMDƏDİR_FOTO
Gümüş aura nədir?
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Üzdəki tüklərdən xilas olmaq üçün...
Fərqli olan bərabərlik
Günün qoroskopu: bu əməli unutmayacaqlar
77 yaşlı ər və arvad boşandı – Bakıda
Türkiyədə zəlzələ olub
Azərbaycanda koronavirusa yoluxma ocaqları açıqlandı - RƏSMİ
Ərdoğan rəsmən prezidentdir
Qaymaqlı tort (foto resept)
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Çiyələklərdən iynə çıxır-FOTO
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Süddə toyuq filesi( foto resept)
Hava haqqında - 19.03.2014
Yazın 10 super qidası
Ulduz aktyora hökm oxundu
Eşitmə testi
- ŞƏRHLƏR