Oturub tənhalıqda düşünəndə
Bir ana balasın əzizləyəndə
Gözlərim yaşarır dözə bilmirəm
Anamsız həyata sezə bilmirəm
Ay ana bəs niyə məni tək qoydun
Üzdə gözlərimin yaşın dondurdun
Gülmədim kədərdən qərq oldum qəmə
Oyan bir məzardan kəs mənlə kəlmə
Dediyin kəlmələr indi beynimdə
Gül üzün nişanəsi həmşə gözümdə
Evdəki şəkildə gülürsən mənə
Qayıt gəl anacan gülüm de mənə
Gülümü soldurdun sən öz ölmünlə
İndisə qızının fəryadın dinlə
Fəryad eləyəndə, vuranda sinə
Qayıt gəl anacan qızım de mənə
Saçının ətrini duyum mən yenə
Gəl məni qucaqla toxunum sənə
Dəyməsin heç kimsə, dəyməsin sənə
Zərif bədən layiq deyil kəfənə
Ana, sevdiyim insandın yeganə
Gör necə haldayam qalma biganə
İsti nəfəsinlə sığın sən mənə
Qayıt gəl anacan balam de mənə
Soyuqdan üşüyürsən yəqin məzarda
Gəl məni sən apar olum yanında
Qoy canım tez çıxsın olum mən ruh da
Tez gəlim yerləşim o qollarında
Baxıram son rəsmindəki simana
Ah xəstəliyin bilinmir heç, amma
Qəfil azar gəldi bu əziz cana
Tez köçdün qoydun bizi yana-yana
Nəvələr görmədin sən heç, ay ana
Xəstəlik qoymadı büründü cana
Əlacın zənn etdik tutduq dərmana
Ümidsiz yaşadın küsdün zamana
Sübh vaxtı daxildin dualarıma
Yalvardım ay Allah anamı alma!
Yetmədi heç səsim getdin məzara
Bu qara taleyə heç varmı çara?
İndi atam üzün tutub Qurana
Oxuyur ucadan qəbrin nurlana
Baş daşın elə bil bizə boylana
Qayıt, anacan dözmürəm hicrana!
23.11.06