Qadın əli dəyən hər ev, hər bucaq
Gül ətri qoxuyar, bir gülşən olar.
Tökülər ürəyə nur qucaq-qucaq
İnsanın həyatı, ömrü şən olar.
Qadınsız nə həyat, qadınsız nə gün ?
Qadınla açılır ömrün səhəri.
Bir günəş doğmuşdur insanlar üçün,
Qadının çöhrəsi güləndən bəri.
Qadın anamızdır, qadın bacımız,
Qadın məhəbbəti yaşadır bizi.
Qadın şöhrətimiz, qadın tacımız,
Qadın eşq ümmanı, sevgi dənizi.
Qadın adi fəhlə, qadın bəstəkar,
Nəğməyə çevrilir qadın əməyi.
O elə düşünər, elə yaradar,
Daşa da can verər qadın əməyi.
Qadın qayğısından nur içir ürək,
Qadınsız evlərdə ocaq da sönər.
Qadınlı evlərdə yeyilən çörək,
Yavan yeyilsə də şəkərə dönər.
Qadının ürəyi bir asimandır,
Ulduzlar sayrışar bu asimanda.
Qadın elə şahdır, elə sultandır,
Baş əyir hökmünə şah da, sultan da.
Nədir
Baxıb əhvalıma gülürsən hərdən,
Qəmliyə gülməyin mənası nədir.
Sən əgər gülsənsə, gərək biləsən
Bülbülün fəryadı, nəvası nədir.
Nə vaxtdır əlimdən alıbsan məni,
Xumar baxışınla çalıbsan məni.
Elə bir möhnətə salıbsan məni.
Bilmirəm dərdimin dəvası nədir.
Qəlbim həsrətindən dara çəkilər,
Əsirin olmağa mərhəmət dilər.
Qafildən soruşma ,nuş edən bilər,
Məhəbbət meyinin havası nədir.
Bilmirəm nə deyim xoşuna gəlsin,
Rasimə lütf eylə, qarşına gəlsin.
Qarğış eləmirəm, başına gəlsin,
Görəsən hicranın cəfası nədir.
Rasim Kərimli
XƏBƏR LENTİ
Keçmiş sevgilisindən amansız qisas-FOTO
Bakı bulvarında daha bir nəhəng layihə
Avtomobil alarkən diqqətli olun: Etibarnaməniz ləğv oluna bilər
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
Sevgililər günündə makiyaj necə olmalıdır?
Darçınlı alma ruleti (foto-resept)
Dollara Putin "silləsi"
Dəbli paltolar
"Sosial sığorta haqqında" qanunda dəyişikliklər edildi
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Bakıda avtobuslar pulsuz işləyəcək
Ən çox qoyulan adlar-SİYAHI
Bu günün hava proqnozu
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
HAVA necə olacaq? -23 Mart
Xüsusi günlər üçün hədiyyə tövsiyələri
İmtahan nəticələri AÇIQLANDI
İki həftəlik sevgi...
Bakıda Qurban qadağası
Qar yağacaq
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Koronavirusun ən təhlükəli əlaməti açıqlandı
Neftin qiyməti qalxıb
İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
“Simpsonlar”da koronavirus izləri aşkarlandı - VİDEO
"Barselona" şoku: sırada "Mançester Siti" və PSJ-dir?
APA erməni dilində xəbər xidmətinə başladı
3 gündə artıq çəkidən azad olun - RESEPT
Daha Bugatti Veyron olmayacaq
Türkan Şoray sevincdən ağladı-FOTO
Deputat: "Azərbaycanda təhsil sistemi daha da təkmilləşdirilməlidir"
İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiqləndi
Bu gün Milli Mətbuat Günüdür
Alsam, alsam, nə alsam?..
Bu günün hava proqnozu
Oktyabrın son günləri üçün hava proqnozu
Sosial şəbəkələr insanın fikrini cəmləməsinə mane olmur
Poçt bağlamasından İnsan Beyni Tapıldı-FOTO
Öldükdən sonra Facebook hesabınız necə olacaq?
Yataq dəstləri
Twitter SnappyTV-ni alır
Baham adalarına getdi akulaya yem oldu-FOTO
Nəsibə Zeynalovanın vəfatından 11 il ötür
Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr
Robin Ulliamsın oğlu evləndi-FOTO
Azərbaycanda 9 gün dərs olmayacaq
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
“Space” kanalı cəzalandırıldı: Yayımı üç saat dayandırılacaq
Castin Biber keçəl oldu - FOTO
Lindsi Lohan otel açdı-FOTO
- ŞƏRHLƏR