Hər bir qız, gəlin olmağı, hər bir gəlin ana olmağı arzulayır! Ana olduqdan sonra qaynana olan qadınların bir qismi, sanki qadın olduğunu belə unudur... Gəlinlərinə qızı kimi davranmayan qaynanalara həsr olunan bir şerimi sizinlə paylaşıram...
Mən nə deyim indi bizi ayırana?
De nə gəldi indi əlinə, qayınana?
Böyüdüb oğlunu yetirdin başa
Toy elədin, dedin: "bəxtəvər yaşa".
Gəlin gəldim sizə, düşdüm çaşbaşa
Mən gəlinəm, yoxsa məhbus zindana?
Hər sözümə bir mız tapdın qoymağa
İmkan vermədin sevgini duymağa.
Hər gün bir bəhanə, hər gün bir qovğa
"Batiq çömçə tək" atıldın meydana.
Övladım oldu, dedim: "Düzələrsən",
Nəvə görüb, din-imana gələrsən,
Bəlkə mənim də qədrimi bilərsən,
Bezmədin pisləməkdən məni oğluna?
Nə vaxt mənə "qızım" dedin, "can" dedin?!
Mənə daim, "cin" dedin, "şeytan" dedin,
Oğlundan ayırmaq oldu tək dərdin
Alıb qaçdıq başımızı səndən yana...
Dedin "oğlum, indi arvad kəndlidi"
Arvadını anadan üstün bildi!
Evdə yalnız, baş-qulağın dincəldi?
İndi oyna, oxu özünçün "can-cana".
Dalımızca danışmaqdan bezmədin?
Ayırmaqçun cadügərmi gəzmədin?!
Oğlun məni tərk etmədi... dözmədin.
Hey qopardın bir həngamə, fırtına.
Tək ev indi işkəncə oldu sənə,
"Qayıt gəl" - deyirsən evinə- mənə
Günümü göy əskiyə bükəsən yenə?!
Necə mən bilərəm sənə inana...
Evimizdən bizi qovan sən oldun,
Oğluna, gəlninə də düşmən oldun
Bizi ayırdın, özün, bizdən oldun...
Qayıdıram, hörmətimdən oğluna.
İndi söhbət dünyanın sonundan gedir... Bu haqda da fikrim var...
Həkim, hakim gizli rüşvət alanda,
Hər işin açarı pulda olanda,
Haqq-ədalət ayaq altda qalanda,
Ya bu millət qalxar, bir üsyan gələr!
Ya da oğul, axırı-zaman gələr!
Bütün xalq düşərsə pis-pis vərdişə
Azıb yolun getsə hər haram işə,
Vay o günə, hər evdə haram bişə.
Kitab yanar, üstünsə, şeytan gələr
Ya da oğul, axırı-zaman gələr!
Oğul atasına söz qaytaranda,
Ata öz qızına tamah salanda.
Yaddan çıxanda tanrı da, Quran da,
Hər gün ölüm gələr, qada-qan gələr
Ya da oğul, axırı-zaman gələr!
Gər kişilər bənzəyirsə qadına,
Qadınlar "kişi"- deyirsə adına,
Çatmaz tanrı ahların imdadına,
Dünyaya bir məxluq, qız-oğlan gələr
Ya da oğul, axırı-zaman gələr!
Çox cəhd etsə insan qalxa səmaya
Əvəz axtarsa bu fani dünyaya
Qaçmağa yer yoxdu, ulduza, aya
Başına ulduzlardan ziyan gələr (meteorit)
Ya da oğul, axırı-zaman gələr!
O gün ki, tez-tez pozular nigahlar,
İnsan törədər ən ağır günahlar.
Körpəsini atar, boğar analar,
Anasız-atasız, dünyaya insan (klon) gələr
Ya da oğul, axırı-zaman gələr".
Atalar sözləri ilə zəngin bir ibrətamiz şer... İnsana həyat yolunda işıqforu, yollarımızın bələdçisi...
Öyüdlər
Məhslətlə dərman olar zəhərdən
Fərsiz, yıxıb kənd düzəldər şəhərdən!
Fərasətli çatar həmişə murada
Avam batar daim qəmə, dünyada!
Qışa yazdan tədbir tökən, ac qalmaz
Özgələrə möhtac olar, bil,qanmaz!
Qapısına gələrlər, sənətkarın
Bəhanəsi çox olar, bil, bekarın!
İş-eşşək təkidir, mindin, gedəcək
Xam ğözləyir, işini kim edəcək?!
Həyat cəng meydanı, sənət, silahdır
Məğlub ya fərsiz, ya da artıqtamahdır.
Xeyrin olsun, barı-qarışqa qədər
Kəpənək tək, vermə ömrünü hədər!
Tanrı bizə nə verdi? - bax güzgüyə
Hər şeyin var, bel bağlama özgəyə!
Qarşılıqlı olmayan eşqdən uzaq
Olsan, başın heç vaxt ağrımayacaq,
Nahaq yerə qəlbinə salma qəmi
Çıxmaz üzə dəryada batan gəmi.
Çalış yaxşı ad qazan bu dünyada
Tərbiyədir- əsil miras, övlada!
Başqasının işinə də sən yarı
Uzaq elə özündən qanmazları!
Özününkini saxla əlində möhkəm
Çün istəsən, bir kimsə deyil verən!
Duz-çörəyi tapdalama, ay aman!
Tanı adamın, çörək kəsən zaman!
Sağlamlığın qədrini bil həmişə
Vermə onu qurban sən pis vərdişə,
Ölüm gününə sən özün gün ağla
Yalnız səni sevənlərə bel bağla.
Vidalaşır bir gün ömür, qonaqla!
Gecənin xeyrindən yaxşı səhərin şəri
Səhər görmək olmur, bəzi xeyir işləri.
Bu günün işini, sən saxlama sabaha
Sabahlar olar, amma bu gündən olmaz daha!
Kor nə istər? İki göz, biri əyri biri düz
Adam var gözlə "görmür", insan var "görür gözsüz".
Su gələn arxa, bir də su gələr...
Arxa su gəlincə, qurbağa ölər! (qurbağanın gözü bərələr)
Anaların ayağı altdadır cənnət...
Namuslu anaya aiddir, əlbət!
Acın toxdan, olmaz xəbəri.
Ac xəlq eləyib, Allah bəşəri!
Elm Çində də, olsa -elm, öyrən,
Tanrı yaratdığın, məhv eləmə sən!
Daldan atılan daş, dəyər topuğa
Cəhhənəmdə yer yox, ağlı sapığa (dəliyə)!
Dünyada qalacaq dünyanın malı
Sorğuya alınmaz, ağlı havalı!
Hərdən dəlidən də ağıllı xəbər,
Alim olub əvvəl, bir çox dəlilər
Müəllif: Elnur Məmmədov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gələn ay paytaxta axın başlayacaq, kirayə mənzillərin qiyməti isə... - Ekspert AÇIQLADI
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
136 kq arıqladı hər kəsi heyrətləndirdi-FOTO
Mobil telefonlar üçün instrumental musiqi
Subay xanımlara 9 məsləhət
132 müvəqqəti seçki məntəqəsi yaradılıb
Sürücülər DİQQƏT - cərimələnə bilərsiniz
Mənzil bazarı: 2015-də bizi nə gözləyir?
Xorvatiyada küçədə çimərlik geyimində gəzmək qadağan olunub
Məşhur model 14 yaşlı qızını zorla əməliyyat etdirir-FOTO
"Yas mərasimi və qəbir daşları üçün xərclər kredit və ya borcla ödənilir"
Ziyafət geyimləri
Həyatı sıfırlanmağın və təmizləməyin yolları
Lətifələr
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış
Sabahın HAVAsı
"Göbələk meşəsi" salatı (foto resept)
Payız ab-havalı söhbət
“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
Azərbaycanda güclü istilər olacaq
Maraqlı ixtiralar
Dizaynerlərin qəribə işləri
Ev interyerində akvariumlar
AzTV işğaldan azad olunan rayonlarda müxbir postları yaradacaq
Sellulitlə mübarizə
Müxtəlif ölkələrdə sevgililər günü ənənələri
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Azərbaycanda həkim olmaq istəyənlərin nəzərinə
Yaponiyada zəlzələ olub
Nəmli və canlı dərinin təbii sirri
Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina etdi
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Bu gün nə bişirim?
Müəllimlərin işə qəbul imtahanları keçirilir
Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək
Azərbaycan: soyuq hava və istilik problemi
Saç uzadan qidalar
Kimlər daha çox boşanırlar?
Uest ABŞ prezidenti olmaq istəyir
Daniela Ramirez
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Xanımların "Gün toplantısı"
"Bavariya"dan yeni rekord
Bakının ən məşhur ticarət mərkəzi bağlandı
Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi
Ən paxıl və qısqanc bürclər hansılardır?
Gəncənin tramvayları belə olacaq
2019-un manikür trendləri
Dünyada 12-ci, Avropada 7-ci olduq
- ŞƏRHLƏR