Qadin.NET / "De nə gəldi indi əlinə, qaynana?"

"De nə gəldi indi əlinə, qaynana?"

Hər bir qız, gəlin olmağı, hər bir gəlin ana olmağı arzulayır! Ana olduqdan sonra qaynana olan qadınların bir qismi, sanki qadın olduğunu belə unudur... Gəlinlərinə qızı kimi davranmayan qaynanalara həsr olunan bir şerimi sizinlə paylaşıram...

"De nə gəldi indi əlinə, qaynana?"

 Mən nə deyim indi bizi ayırana?

De nə gəldi indi əlinə, qayınana?


Böyüdüb oğlunu yetirdin başa

Toy elədin, dedin: "bəxtəvər yaşa".

Gəlin gəldim sizə, düşdüm çaşbaşa

Mən gəlinəm, yoxsa məhbus zindana?


Hər sözümə bir mız tapdın qoymağa

İmkan vermədin sevgini duymağa.

Hər gün bir bəhanə, hər gün bir qovğa

"Batiq çömçə tək" atıldın meydana.


Övladım oldu, dedim: "Düzələrsən",

Nəvə görüb, din-imana gələrsən,

Bəlkə mənim də qədrimi bilərsən,

Bezmədin pisləməkdən məni oğluna?

 

"De nə gəldi indi əlinə, qaynana?"

 

Nə vaxt mənə "qızım" dedin, "can" dedin?!

Mənə daim, "cin" dedin, "şeytan" dedin,

Oğlundan ayırmaq oldu tək dərdin

Alıb qaçdıq başımızı səndən yana...

 

Dedin "oğlum, indi arvad kəndlidi"

Arvadını anadan üstün bildi!

Evdə yalnız, baş-qulağın dincəldi?

İndi oyna, oxu özünçün "can-cana".


Dalımızca danışmaqdan bezmədin?

Ayırmaqçun cadügərmi gəzmədin?!

Oğlun məni tərk etmədi... dözmədin.

Hey qopardın bir həngamə, fırtına.


Tək ev indi işkəncə oldu sənə,

"Qayıt gəl" - deyirsən evinə- mənə

Günümü göy əskiyə bükəsən yenə?!

Necə mən bilərəm sənə inana...


Evimizdən bizi qovan sən oldun,

Oğluna, gəlninə də düşmən oldun

Bizi ayırdın, özün, bizdən oldun...

Qayıdıram, hörmətimdən oğluna.

 

İndi söhbət dünyanın sonundan gedir... Bu haqda da fikrim var...

"De nə gəldi indi əlinə, qaynana?"

Həkim, hakim gizli rüşvət alanda,

Hər işin açarı pulda olanda,

Haqq-ədalət ayaq altda qalanda,

Ya bu millət qalxar, bir üsyan gələr!

Ya da oğul, axırı-zaman gələr!


Bütün xalq düşərsə pis-pis vərdişə

Azıb yolun getsə hər haram işə,

Vay o günə, hər evdə haram bişə.

Kitab yanar, üstünsə, şeytan gələr

Ya da oğul, axırı-zaman gələr!

 

Oğul atasına söz qaytaranda,

Ata öz qızına tamah salanda.

Yaddan çıxanda tanrı da, Quran da,

Hər gün ölüm gələr, qada-qan gələr

Ya da oğul, axırı-zaman gələr!

Gər kişilər bənzəyirsə qadına,

Qadınlar "kişi"- deyirsə adına,

Çatmaz tanrı ahların imdadına,

Dünyaya bir məxluq, qız-oğlan gələr

Ya da oğul, axırı-zaman gələr!

 

Çox cəhd etsə insan qalxa səmaya

Əvəz axtarsa bu fani dünyaya

Qaçmağa yer yoxdu, ulduza, aya

Başına ulduzlardan ziyan gələr (meteorit)

Ya da oğul, axırı-zaman gələr!


O gün ki, tez-tez pozular nigahlar,

İnsan törədər ən ağır günahlar.

Körpəsini atar, boğar analar,

Anasız-atasız, dünyaya insan (klon) gələr

Ya da oğul, axırı-zaman gələr".

 

Atalar sözləri ilə zəngin bir ibrətamiz şer... İnsana həyat yolunda işıqforu, yollarımızın bələdçisi...

"De nə gəldi indi əlinə, qaynana?"

Öyüdlər

Məhslətlə dərman olar zəhərdən

Fərsiz, yıxıb kənd düzəldər şəhərdən!

Fərasətli çatar həmişə murada

Avam batar daim qəmə, dünyada!

 

Qışa yazdan tədbir tökən, ac qalmaz

Özgələrə möhtac olar, bil,qanmaz!

Qapısına gələrlər, sənətkarın

Bəhanəsi çox olar, bil, bekarın!

 

İş-eşşək təkidir, mindin, gedəcək

Xam ğözləyir, işini kim edəcək?!

Həyat cəng meydanı, sənət, silahdır

Məğlub ya fərsiz, ya da artıqtamahdır.

 

Xeyrin olsun, barı-qarışqa qədər

Kəpənək tək, vermə ömrünü hədər!

Tanrı bizə nə verdi? - bax güzgüyə

Hər şeyin var, bel bağlama özgəyə!

Qarşılıqlı olmayan eşqdən uzaq

Olsan, başın heç vaxt ağrımayacaq,

Nahaq yerə qəlbinə salma qəmi

Çıxmaz üzə dəryada batan gəmi.

 

Çalış yaxşı ad qazan bu dünyada

Tərbiyədir- əsil miras, övlada!

Başqasının işinə də sən yarı

Uzaq elə özündən qanmazları!

 

Özününkini saxla əlində möhkəm

Çün istəsən, bir kimsə deyil verən!

Duz-çörəyi tapdalama, ay aman!

Tanı adamın, çörək kəsən zaman!

Sağlamlığın qədrini bil həmişə

Vermə onu qurban sən pis vərdişə,

Ölüm gününə sən özün gün ağla

Yalnız səni sevənlərə bel bağla.

Vidalaşır bir gün ömür, qonaqla!

 

Gecənin xeyrindən yaxşı səhərin şəri

Səhər görmək olmur, bəzi xeyir işləri.

Bu günün işini, sən saxlama sabaha

Sabahlar olar, amma bu gündən olmaz daha!

 

Kor nə istər? İki göz, biri əyri biri düz

Adam var gözlə "görmür", insan var "görür gözsüz".

Su gələn arxa, bir də su gələr...

Arxa su gəlincə, qurbağa ölər! (qurbağanın gözü bərələr)

 

Anaların ayağı altdadır cənnət...

Namuslu anaya aiddir, əlbət!

Acın toxdan, olmaz xəbəri.

Ac xəlq eləyib, Allah bəşəri!

 

Elm Çində də, olsa -elm, öyrən,

Tanrı yaratdığın, məhv eləmə sən!

Daldan atılan daş, dəyər topuğa

Cəhhənəmdə yer yox, ağlı sapığa (dəliyə)!

 

Dünyada qalacaq dünyanın malı

Sorğuya alınmaz, ağlı havalı!

Hərdən dəlidən də ağıllı xəbər,

Alim olub əvvəl, bir çox dəlilər

Müəllif: Elnur Məmmədov

18 noyabr 2013
GO BACK