Hər bir qız, gəlin olmağı, hər bir gəlin ana olmağı arzulayır! Ana olduqdan sonra qaynana olan qadınların bir qismi, sanki qadın olduğunu belə unudur... Gəlinlərinə qızı kimi davranmayan qaynanalara həsr olunan bir şerimi sizinlə paylaşıram...
Mən nə deyim indi bizi ayırana?
De nə gəldi indi əlinə, qayınana?
Böyüdüb oğlunu yetirdin başa
Toy elədin, dedin: "bəxtəvər yaşa".
Gəlin gəldim sizə, düşdüm çaşbaşa
Mən gəlinəm, yoxsa məhbus zindana?
Hər sözümə bir mız tapdın qoymağa
İmkan vermədin sevgini duymağa.
Hər gün bir bəhanə, hər gün bir qovğa
"Batiq çömçə tək" atıldın meydana.
Övladım oldu, dedim: "Düzələrsən",
Nəvə görüb, din-imana gələrsən,
Bəlkə mənim də qədrimi bilərsən,
Bezmədin pisləməkdən məni oğluna?
Nə vaxt mənə "qızım" dedin, "can" dedin?!
Mənə daim, "cin" dedin, "şeytan" dedin,
Oğlundan ayırmaq oldu tək dərdin
Alıb qaçdıq başımızı səndən yana...
Dedin "oğlum, indi arvad kəndlidi"
Arvadını anadan üstün bildi!
Evdə yalnız, baş-qulağın dincəldi?
İndi oyna, oxu özünçün "can-cana".
Dalımızca danışmaqdan bezmədin?
Ayırmaqçun cadügərmi gəzmədin?!
Oğlun məni tərk etmədi... dözmədin.
Hey qopardın bir həngamə, fırtına.
Tək ev indi işkəncə oldu sənə,
"Qayıt gəl" - deyirsən evinə- mənə
Günümü göy əskiyə bükəsən yenə?!
Necə mən bilərəm sənə inana...
Evimizdən bizi qovan sən oldun,
Oğluna, gəlninə də düşmən oldun
Bizi ayırdın, özün, bizdən oldun...
Qayıdıram, hörmətimdən oğluna.
İndi söhbət dünyanın sonundan gedir... Bu haqda da fikrim var...
Həkim, hakim gizli rüşvət alanda,
Hər işin açarı pulda olanda,
Haqq-ədalət ayaq altda qalanda,
Ya bu millət qalxar, bir üsyan gələr!
Ya da oğul, axırı-zaman gələr!
Bütün xalq düşərsə pis-pis vərdişə
Azıb yolun getsə hər haram işə,
Vay o günə, hər evdə haram bişə.
Kitab yanar, üstünsə, şeytan gələr
Ya da oğul, axırı-zaman gələr!
Oğul atasına söz qaytaranda,
Ata öz qızına tamah salanda.
Yaddan çıxanda tanrı da, Quran da,
Hər gün ölüm gələr, qada-qan gələr
Ya da oğul, axırı-zaman gələr!
Gər kişilər bənzəyirsə qadına,
Qadınlar "kişi"- deyirsə adına,
Çatmaz tanrı ahların imdadına,
Dünyaya bir məxluq, qız-oğlan gələr
Ya da oğul, axırı-zaman gələr!
Çox cəhd etsə insan qalxa səmaya
Əvəz axtarsa bu fani dünyaya
Qaçmağa yer yoxdu, ulduza, aya
Başına ulduzlardan ziyan gələr (meteorit)
Ya da oğul, axırı-zaman gələr!
O gün ki, tez-tez pozular nigahlar,
İnsan törədər ən ağır günahlar.
Körpəsini atar, boğar analar,
Anasız-atasız, dünyaya insan (klon) gələr
Ya da oğul, axırı-zaman gələr".
Atalar sözləri ilə zəngin bir ibrətamiz şer... İnsana həyat yolunda işıqforu, yollarımızın bələdçisi...
Öyüdlər
Məhslətlə dərman olar zəhərdən
Fərsiz, yıxıb kənd düzəldər şəhərdən!
Fərasətli çatar həmişə murada
Avam batar daim qəmə, dünyada!
Qışa yazdan tədbir tökən, ac qalmaz
Özgələrə möhtac olar, bil,qanmaz!
Qapısına gələrlər, sənətkarın
Bəhanəsi çox olar, bil, bekarın!
İş-eşşək təkidir, mindin, gedəcək
Xam ğözləyir, işini kim edəcək?!
Həyat cəng meydanı, sənət, silahdır
Məğlub ya fərsiz, ya da artıqtamahdır.
Xeyrin olsun, barı-qarışqa qədər
Kəpənək tək, vermə ömrünü hədər!
Tanrı bizə nə verdi? - bax güzgüyə
Hər şeyin var, bel bağlama özgəyə!
Qarşılıqlı olmayan eşqdən uzaq
Olsan, başın heç vaxt ağrımayacaq,
Nahaq yerə qəlbinə salma qəmi
Çıxmaz üzə dəryada batan gəmi.
Çalış yaxşı ad qazan bu dünyada
Tərbiyədir- əsil miras, övlada!
Başqasının işinə də sən yarı
Uzaq elə özündən qanmazları!
Özününkini saxla əlində möhkəm
Çün istəsən, bir kimsə deyil verən!
Duz-çörəyi tapdalama, ay aman!
Tanı adamın, çörək kəsən zaman!
Sağlamlığın qədrini bil həmişə
Vermə onu qurban sən pis vərdişə,
Ölüm gününə sən özün gün ağla
Yalnız səni sevənlərə bel bağla.
Vidalaşır bir gün ömür, qonaqla!
Gecənin xeyrindən yaxşı səhərin şəri
Səhər görmək olmur, bəzi xeyir işləri.
Bu günün işini, sən saxlama sabaha
Sabahlar olar, amma bu gündən olmaz daha!
Kor nə istər? İki göz, biri əyri biri düz
Adam var gözlə "görmür", insan var "görür gözsüz".
Su gələn arxa, bir də su gələr...
Arxa su gəlincə, qurbağa ölər! (qurbağanın gözü bərələr)
Anaların ayağı altdadır cənnət...
Namuslu anaya aiddir, əlbət!
Acın toxdan, olmaz xəbəri.
Ac xəlq eləyib, Allah bəşəri!
Elm Çində də, olsa -elm, öyrən,
Tanrı yaratdığın, məhv eləmə sən!
Daldan atılan daş, dəyər topuğa
Cəhhənəmdə yer yox, ağlı sapığa (dəliyə)!
Dünyada qalacaq dünyanın malı
Sorğuya alınmaz, ağlı havalı!
Hərdən dəlidən də ağıllı xəbər,
Alim olub əvvəl, bir çox dəlilər
Müəllif: Elnur Məmmədov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ben Afflek müalicə olunacaq-FOTO
Azərbaycanda 36 üçəm doğulub
Arıqlamaq istəyənlər bu xəbəri oxusun. Su dietası.
Hansı duyğu hansı xəstəliyə səbəb olur?
Dəfnə yarpağının faydaları haqda.
Günün ulduz falı - 19.01.2014
Vyetnam Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirdi
Məzhəkələr
Son qərar ölkədə qiymət artımına səbəb olacaq?
Bu gün Siyavuş Aslanın doğum günüdür
Kıvanç Tatlıtuğ Bodrumda dincəlir-FOTO
Vüqar Həşimova həsr olunan şahmat turniri başladı
Çağatay Ulusoy yeni filmə çəkilir
Günün ulduz falı
Xəzərin sahilləri qırmızı rəngə boyandı - SƏBƏB
Neft rekord həddə ucuzlaşır
Düşmənin minaatan bölməsini, şəxsi heyət və texnikasını məhv edən hərbçimizi tanıyaq - VİDEO
Xoşbəxtlik an deyil, anlayışdır
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
Bulvara qənim kəsilənlərə XƏBƏRDARLIQ
Gülüş-1
Cütlük 8 milyona villa alır
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - VİDEO
Göbələk xəstəliyinin müalicəsi
Üz dərinizin qeydinə qalın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Azərbaycanda 5G texnologiyası tətbiq olunmur - RƏSMİ
Metaldan hazırlanmış heykəllər
"Çaxoxbili" - Gürcü mətbəxi (foto resept)
Nə üçün yeməkdən sonra yatmaq olmaz?
Kartof qəlyanaltısı (foto resept)
Geyimlərin tarixi haqqında (1)
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
Onlara Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Vanqanın 2020-ci il PROQNOZU
Dünyanın nadir at cinslərindən olan Dilbaz atları Ağstafada
Qadınların kişilərdən daha üstün olduğu 13 əhəmiyyətli mövzu
İngilis dili-Gg (2)
Kəs və yapışdır-28
Məşhurlar və anaları
Hava yağmursuz olacaq
Müstəqillik də bu bəladan qurtarmadı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Britaniyanın ən yaşlı sakini 113 yaşında vəfat etdi
Bu bitkiləri evdə saxlamayın
Kabak qızartması (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-36
- ŞƏRHLƏR