Bağışla can ana.....
Yuxuma girirsən görünüm gəlim
Hardasan can ana sürünüm gəlim?!
Hay ver kəfənimə bürünüm gəlim,
Bağışla can ana,bağışla məni.
Gəlib o yerləri gəzirəm sənsiz,
Boğur qəhər məni,dözürəm sənsiz,
O ata yurdundan bezirəm sənsiz,
Bağışla can ana,bağışla məni.
Ruhunmu bağlayan məni o kəndə?
Xəyalən bu yolu gedirəm gündə.
Bir ana sevgisi uyuyur məndə,
Bağışla can ana,bağışla məni.
Hərdən elə bil ki lap yanımdasan,
Burda,yaşadığım ünvanımdasan.
Sənin yoxluğunla barışmaq asan?
Bağışla can ana,bağışla məni.
Bu qədər yaxınmış ölüm,bilmədim,
Sonam anlamadım,gülüm bilmədim,
Ayağın altında ölüm,bilmədim,
Bağışla can ana,bağışla məni.
Görüb ətrafında yurddaşlarını,
Gözün gəzib məni,qardaşlarımı,
Saxlaya bilmirəm göz yaşlarımı,
Bağışla can ana,bağışla məni.
Daşlaşmış şəklinin soyuq baxışı,
Axıdır gözümdə bir yaz yağışı.
Sən ey geri dönməz səadət quşum,
Bağışla can ana,bağışla məni.
İndi məzarındır müqəddəs yerim,
O soyuq daşları qucar əllərim.
Allahmı kərimdir,ya sənmi kərim?!
Bağışla can ana,bağışla məni.
Əziz oxucular bu şeri mən çox sevirəm,3 il əvvəl bir dəftərə yazmışdım.Bu gün əlimə keçdi,oxudum və sizlərlə bölüşmək qərarına gəldim.Amma,hər kəsdən çox üzr istəyirəm ki,müəllifi yadıma sala bilmədim.
Bu şeri oxuyanda bir anlıq özümü müəllifin yerinə qoyuram,anamı sanki itirmişəm kimi hisslər keçirirəm və çox kədərlənirəm.”Mənim bütün ömrüm qurban ola anamın tək nəfəsinə”
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Valideynlərə qadağan edilən 10 CÜMLƏ
Zəngilana rayonun adı yazılmış yeni lövhə vuruldu
Bitkilər və təbabət
Rihanna paylaşdığı FOTO ilə təəccübləndirdi
ÜST-dən xəbərdarlıq: bu qidadan istifadə etməyin!
Günün ulduz falı
Ərdoğandan möhtəşəm film
Dünyanın ən bahalı fast-fudu hazırlandı
Ana olmaq şəkillərlə ifadə edilərsə
Plan
Gürcüstan NATO-ya qəbul ediləcək?
Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırıldı
Yeni valyutanın adı “altın” olacaq
Hava haqqında
Azərbaycanda magistrant və doktorantlara hərbi xidmətdən möhlət verilməsi məsələsi müzakirə ediləcək
Hadisənin uşaqlıq fotosu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
Dohada çəkilən ilk türk serialı
Dəbli toy donları
Çardaq dekorasiyası
Cənnətdən bir parça - Ana
Gil qab bazarı "ölüb"
2012-ci ilin səndəl modelləri
2021 Yaz/Yay Kopenhagen moda kolleksiyası
Kəsmikli peçenye (foto resept)
Məşhur türk müğənniləri Bakıda
Metro stansiyalarında səsini eşitdiyimiz qız
Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (III hissə)
Uşaq otağının dekoru körpənin zəkasına təsir edir
Yay üçün müxtəlif geyim kombinasiyaları
Məryəm “Muhteşem yüzyıl”dan bu səbəbdən ayrılıb
Bakıda avtobus sürücüləri niyə yollarını "azırlar"?
Jirinovski Azərbaycan Xalq Cümhuriyyətindən danışdı
Soyuducuda olan təhlükələr
Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı?
Selin Dionu heç kim TANIMADI-FOTO
Gingivit
Bu da 2015-ci ilin Volkswagen Polo-su
Məşhur müğənni koronavirusa qalib gəldi
Avroliqada üçüncü təsnifat mərhələsi başa çatır
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Əriyə-əriyə gedirik...
Stresi azaldan qoxular
BAŞ-saytını Azərbaycan idarə edəcək
Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı
Rəngarəngliyi sevən xanımlara
Möcüzələrə inanırsınız?
- ŞƏRHLƏR