Qadin.NET / "Bağışla can ana"

"Bağışla can ana"

 

"Bağışla can ana"


 

Bağışla can ana.....

 

Yuxuma girirsən görünüm gəlim

Hardasan can ana sürünüm gəlim?!

Hay ver kəfənimə bürünüm gəlim,

Bağışla can ana,bağışla məni.

 

Gəlib o yerləri gəzirəm sənsiz,

Boğur qəhər məni,dözürəm sənsiz,

O ata yurdundan bezirəm sənsiz,

Bağışla can ana,bağışla məni.

 

Ruhunmu bağlayan məni o kəndə?

Xəyalən bu yolu gedirəm gündə.

Bir ana sevgisi uyuyur məndə,

Bağışla can ana,bağışla məni.

 

Hərdən elə bil ki lap yanımdasan,

Burda,yaşadığım ünvanımdasan.

Sənin yoxluğunla barışmaq asan?

Bağışla can ana,bağışla məni.

 

Bu qədər yaxınmış ölüm,bilmədim,

Sonam anlamadım,gülüm bilmədim,

Ayağın altında ölüm,bilmədim,

Bağışla can ana,bağışla məni.

 

Görüb ətrafında yurddaşlarını,

Gözün gəzib məni,qardaşlarımı,

Saxlaya bilmirəm göz yaşlarımı,

Bağışla can ana,bağışla məni.

 

Daşlaşmış şəklinin soyuq baxışı,

Axıdır gözümdə bir yaz yağışı.

Sən ey geri dönməz səadət quşum,

Bağışla can ana,bağışla məni.

 

İndi məzarındır müqəddəs yerim,

O soyuq daşları qucar əllərim.

Allahmı kərimdir,ya sənmi kərim?!

Bağışla can ana,bağışla məni.

 

Əziz oxucular bu şeri mən çox sevirəm,3 il əvvəl bir dəftərə yazmışdım.Bu gün əlimə keçdi,oxudum və sizlərlə bölüşmək qərarına gəldim.Amma,hər kəsdən çox üzr istəyirəm ki,müəllifi yadıma sala bilmədim.

 Bu şeri oxuyanda bir anlıq özümü müəllifin yerinə qoyuram,anamı sanki itirmişəm kimi hisslər keçirirəm və çox kədərlənirəm.”Mənim bütün ömrüm qurban ola anamın tək nəfəsinə”

15 iyul 2011
GO BACK