
Kimsəsiz insan
Ay kimsəsiz insan, soyuq məzarda,
Od-ocaq da yoxdu, necə yatırsan?
Beş arşın kəfənə boranda, qarda,
Bürünüb, hey gündüz-gecə yatırsan.
Hanı ürəyində yuva salanlar?
Qoynunda qıvrılıb yatır ilanlar.
Ayağın altında qurban olanlar
Qoymayıb məzarda baca, yatırsan.
Zülfüqar, vaxt gələr itər məzarın,
Kimsə bilməz nəydi dərdin-azarın.
Gen dünyaya bir də düşməz güzarın,
Özünü salmayıb gücə yatırsan.
1993
Nəyə gərək?
İnsan nədir? Təbiətin bəzəyi,
Ömür nədir? Kələflərin çözəyi.
Məhəbbətdi bu dünyanın özəyi,
Şənlik olan yerdə vay nəyə gərək?
Tale nədir? Ömürlərin dəstəyi.
Arzu nədir? Ürəklərin istəyi.
Nə borc aldıq, borc veririk bəs nəyi?
Dəllal bazarından pay nəyə gərək?
Dövran nədi? Əvvəli yox, sonu yox,
Dərd əhlinin gecəsi yox, günü yox.
Fikir nədi? Bəzəyi çox, donu yox,
Alınıb-satılsa, say nəyə gərək?
Zaman nədi? Bilən varmı, görəsən?
Yazılanı silən varmı, görəsən?
O dünyadan gələn varmı, görəsən?
Ömür qışsa, bahar, yay nəyə gərək?
Fələk neylər yol-ərkanı azana,
Şah deməzlər qapı-qapı gəzənə.
Sobalara sığışmayan qazana
Zülfüqar, özün de, tay nəyə gərək?
Bəs niyə?
Dünyada eyni cür yaranan insan,
Köçəndə cürbəcür köçür, bəs niyə?
Vaxt tamam olanda alim, ya nadan
Ölüm şərbətini içir bəs niyə?
İnsan var, dilucu rəhmət deyərlər,
İnsan var, önündə hey baş əyərlər.
İnsan var, qəbrinə baxıb söyərlər,
Əcəl yaxşıları seçir bəs niyə?
Fələyin fırlanan çarxı dayanmaz,
Əcəl kürsüsündə yatan oyanmaz.
Zülfüqar, qanmazlar onsuz da qanmaz,
Ağac suyu kökdən içir, bəs niyə?
1987
Müəllif: Zülfüqar Zülfüqarov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gi pəhrizi
Süni intellekt bazarı böyüyəcək
22-ci uşağına hamilədir - FOTO
Alma deserti (foto resept)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə iştirak etdilər-FOTO
Koronavirusun vətəni Uhandan şok görüntülər - FOTO
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Novruz bayramı İçərişəhərdə təntənəli qeyd olunacaq
2019 MTV Avropa Musiqi Mükafatları
Koronavirusa yoluxan həkim nəyin hesabına tez sağaldığı barədə danışdı
Əhaliyə verilən su ilə bağlı təhlükəli xəbərdarlıq
Banan yox ola bilər
Bu ölkə Bakıya 3 cüdoçu göndərir
TQDK ARDNŞ üçün imtahan keçirəcək
HAVA necə olacaq?- 5 fevral
Yarımfabrikat qidalar mədə xərçənginə səbəb olur
Hava necə olacaq?
Adi vətəndaş buna görə 800 manatadək mükafat alacaq
Azərbaycanda uşaqları sevindirəcək yenilik
TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verildi
Yerli uşaq verilişləri övladlarımızda maraq doğurmur
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Qara uzun ətək, qara çəkmə, qara çanta - Colinin budəfəki obrazı
Bu çimərliklərə getməyin!
Özge Özderin toyu oldu-FOTO
Limon souslu keks (foto resept)
Bədən formanıza görə hansı cins şalvarı geyinməlisiniz?
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub
Çində robot polislər xidmətə başladı
"Aşk-ı Memnu"nun Bülenti illər sonra-FOTO
Nazirlik rüşvət alan direktorla bağlı araşdırmaya başladı
Ən təhlükəli tətil əraziləri
Dünya rekordu qıran 12 yaşlı Efe
Dünyada qızıl dəyərə minir
Aura insanların ruhuna necə təsir edir?
Azərbaycan prezidenti: “Bundestaqın qərarı siyasi sifarişdir”
Vahid endirim kartı-BAKIDA
HAVA necə olacaq?
Almalı tost (foto resept)
Manatın məzənnəsi
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
Brent neftinin qiyməti 49 dollar ətrafında dəyişir
Bu il Azərbaycanda 331 nəfər qidadan zəhərlənib
HAVA necə olacaq?
Abşeronun ən ucuz çimərliyi hansıdır?
"Ürək" tortu (foto resept)
Vladimir Putin Qarabağdakı münaqişənin sülh yolu ilə həllindən danışıb
Ruhani: “Ərdoğanın şeiri İrana qarşı yönəlməyib”
Çağla Şikeldən sellülitə qarşı maska















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]