Şair - Vətən
Arada-bərədə görürsən tez-tez,
Deyirlər: "Nə çoxdur şairlərimiz,
Bunun qarşısını alaq biz gərək,
Bizə həkim gərək, mühəndis gərək..."
Mənsə deyirəm ki, şair bol olsun,
Bütün doğulanlar şair doğulsun.
Sənətkar sənətə amalla başlar,
Şeirim - amalımdir - desəm, yeridir.
Şeir yazmasa da, əqidədaşlar
Dünyanın ən böyük şairləridir.
"Şair çoxdur" deyə gileylənməyin,
Əlhəzər eləyin tüfeylilərdən.
Yaxşı söz önündə siz də baş əyin,
Şair ki, yığmayır sözləri yerdən.
Şairi kimsəyə dəyişmərəm mən,
Onlar hər cilvədə min sirr axtarır.
İdrakım irişməz dərinliyindən
Onlar söz axtarmır, fikir axtarır.
Onlar gecə-gündüz dərd, ələm çəkir,
Bu ağrı gəlməsin çox yüngül sizə.
Bəlkə də ən zəif, ən kiçik şair
Böyük vətəndaşdır Vətənimizə...
Şairin bədəni - bu ana torpaq,
Nəfəsi - xəzridir, qanı - Kür, Araz.
Çox şey Vətənsiz də yaşayır, ancaq
Şeirsə Vətənsiz, elsiz yaşamaz...
Şairə vəzifə, rütbə nə gərək!
"Vətən", "Vətən" deyir könül səsi də.
Vətəni sevməkdir, Vətəni sevmək,
Şairin ən böyük vəzifəsi də.
Ancaq... bəla onda, dərd ondadır ki,
Vəzifə xuman gözünü örtən,
Vətəni pul kimi cibinə dürtən
Bir rüşvət düşgünü, rütbəli nadan
Durub kül üfürür gözlərimizə.
Vətəni sevməyin "qaydalarından"
Utanmaz-utanmaz dərs deyir bizə.
Vətəni sevməkdə nə qayda, qanun?
Vətən sevgisinin hüdudu varmı?
Ey nadan, ölçülər özünün olsun,
Məhəbbət ölçüyə, həddə sığarmı?
May, 1967
Mənə nə var?
"Bizdə bu soyuq qanları neylərdin, ilahi? "
M. Ə. Sabir
"Mənə nə var?!" dedin.
Düzmü dedin sən?
Birləşir axırda ən uzunyollar.
Kənara çəkilmə, bil ki, bu gündən
Bu gün mənə varsa, sabah sənə var.
Daşqın böyrü üstə yıxsa bir dağı,
Yanındakı dağ da əyiləcəkdir.
Bu gün yeyilirsə birinin haqqı,
Sabah da səninki yeyiləcəkdir.
Buzdan soyuq olar ilanın qanı,
İnsansan!
O isti qanın bəs hanı?
De görək, sən necə baxa bilirsən
Gözünün önündə tapdanan haqqa?
Nədən alışmayır bədənin, nədən,
Haqsız məşəl tutub o yanan haqqa?
Necə insan deyim, necə mən sənə?
Qoy övlad deməsin bu Vətən sənə!..
Əgər adamsansa... sev adamları,
Demə, bu, dostumdur, o, düşmənimdir;
Demə, əzizimdir ev adamları,
De, mən bu xalqınam, xalq da mənimdir.
Demə, daş yayınıb qardaşa dəydi,
Mən elə bildim ki, daş daşa dəydi.
Yurdun o başında yıxılan kəsin
Ağrısı qəlbində gərək göynəsin!
Ən böyük dəryanın birdir sahili,
Onu hər tərəfdən döyər dalğalar.
Bir böyük Vətəni, bir böyük eli
Tarimar eləyər "mənə nə var"lar.
Ağaclar qatarla cərgələnibdir.
Onlar bir-birindən çox uzaqdadır.
Budaqlar, yarpaqlar görüşməsə də,
Kökləri bir yerdə, bir torpaqdadır!
Noyabr, 1967
Bəxtiyar Vahabzadə
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Uşaq otaqları
Kraliçanı saraydan köçürürlər-SƏBƏB
Kişiləri daha çox hansı qadınlar cəlb edir?
Bakıda bəzi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq
Bu gün ali məktəbə qəbul imtahanı gedir
Şəkil çəkmək asan iş deyil
Azərbaycanda məscidlərin açılmasının əsas şərti bilindi - RƏSMİ
Açma (foto resept)
Kartoflu zapekanka (foto resept)
Dərin dekolteli gəlinliklər
Ərik cemi(foto resept)
Qadın iti xilas edərkən atılmış uşaq tapdı - VİDEO
Bu təyyarələr kök sərnişinləri daşımayacaq - QADAДћA
SOS: toyuq ətindən ölə bilərsiniz
Münasibətlərdə edilən səhvlər
"Simpsonlar" 31-32-ci mövsümə başlayır
Cəbhədə amansız atışma
Kreditlərdə yeni asanlaşma
Məzuniyyəti harada keçirməli?
Karantində çox yeməyin qarşısını necə almalı?
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
Berenin serialı başlamamış ölümə səbəb oldu
Saçı və dərini gözəlləşdirən düyü suyu
Pazllar ("Canım bacım")
11 halda hələ də anana ehtiyacın var
Xalça yuma üsulları
Günün qoroskopu: Bədxərclik etməyin!
Şuba salatı (foto resept)
Avtobuslarda gedişhaqqı dəyişdi
O yaşda beyin duru
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Astara rayonuna 3,3 milyon manat ayrılıb
Aslılıq yaradan qidalar
Ən qəribə kənd
Qızıl üzüklər
15 yaşlı Azər Rusiyanı heyrətləndirdi
Azərbaycanda tədris ilinin müddətinin iyuna qədər uzadılmasının səbəbləri açıqlanıb
Təmas xəttini keçmək istəyən erməni əsgərə arxadan zərbə
Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ
“Eurovision”da bayrağımıza HÖRMƏTSİZLİK - FOTO
Dizaynına heyran olacağınız evlər
Suriyada hava zərbələri nəticəsində 23 dinc sakin ölüb
Viagra xərçəngə qarşı təsirli ola bilər
Sağlam saçlarımızın olması üçün nə yeməliyik?
İbrahimlə Demet məhkəməlik oldu
Dondurma ilə bağlı VACİB XƏBƏRDARLIQ
"İgid əsgər, möhkəm dayan!" mahnısının müəllifi ölkəmizin təmsilçisi oldu
Bir meyvədə min dərdin dəvası
Hava haqqında
Lukaşenkoya nə olub?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]