"Gül və Tariyel"
Köhnə adətlərin qoruyan məkan,
Bu kənddə zəhmətlə dolanır insan.
Atanın bir sözü qanundur burda,
Oğullar atanı qoymazlar darda.
Qızların başından düşməz örpəyi,
İsmətdir qızların əsil bəzəyi!
Ataya, qardaşa qızlar baş əyir,
Qismətin dinməzcə onlar gözləyir.
Əsil var-dövlətdir namusla-qeyrət!
İsmətin qorusun, qoy həmşə millət!
Qeyrət çəkənlərə olsun nəsihət,
İndi deyəcəyim acı rəvayət...
Anası ölmüşdü, qəlbi qübardı...
Fələk rəhm etməyib, oldu amansız,
Atasın itirdi vaxtsız, zamansız.
İki qardaşının ümidinə qaldı,
Taleyi fələkçün oyuncaq oldu.
Heç zaman olmayır meşə çaqqalsız,
Qardaşları idi yaman vicdansız!
Yaxşı bir atanın iki pis oğlu,
Saf qəlbli atanın xəbis oğulu.
Qədrin bilmədilər mələk bacının,
Qardaşı mərd olsun, gərək bacının!
Gördüm pis qardaşın yaxşı bacısın,
Həmişə dadıblar həyat acısın,
Bu qızın taleyi, bax belə oldu,
Tikanlar içində qızılgül soldu.
Qardaşlar bacını ərə verməyə,
Bir kaftar tapdılar belə mələyə...
Öz borclarını örtsünlər deyə,
Satmaq istədilər onu neçəyə?!
Üç qotur danayla bir axsaq inək...
Qardaş belə əclaf olmasın gərək!
Qız qardaşlarının duyub fitnəsin,
Gecəynən toplayıb şələ-küləsin,
Baş alıb qaçmaqçun bu həqarətdən,
Sübh heç açılmamış çıxdı həyətdən.
Hara gedəcəyin özü bilmirdi,
Ən yaxın mənzilsə, bizim şəhərdi...
Yetişdi şəhərə qız axşamçağı,
Vağzalda isindi gecə qonağı.
Səhərı başına çalma sarıdı,
Baxanlar sanırdı qoca qarıdı..
Bir tikə çörəkçün o iç atırdı,
Keçənlər hey ona pul uzadırdı.
Özü istəmədən o dilənirdi,
Cavan olduğunu kir gizlədirdi.
Sizə kimdən deyim, kimdən danışım,
Vağzalda işləyən köhnə tanışım,
Bir əlil ananın halal övladı,
Adı Tariyeldi, indi ordadı...
Görmüşdü qəribə bu dilənçini,
Hamının vağ sandığı göyərçini.
Pul alanda yanaqları qızaran,
Dik baxış görəndə solan, bozaran.
Bu qızın gözləri yaman gözəldi,
Gənc qəlbi yandıran parlaq məşəldir.
Qarıtək dilənən həmən gözəl qız,
Vağzalda dolaşır, kimsəsiz, yalqız...
Dostum düşündü ki, görən nə sirdi?
Gecəyədək qıza diqqət yetirdi,
Dilənçi bir kəsdə üzə baxmadı,
Gecə də vağzaldan bu qız çıxmadı.
Oğlan görəndə ki, bu kirli mələk,
Toz içərisində qalmış bu çiçək,
Heç də fitnəkar bir yalançı deyil.
İmkansız bəndədir, dilənçi deyil!
Əlacsız salıbdı özün bu hala,
Yəqin ki, başına gəlib bir bəla.
Sakitcə yanaşdı bu qıza sarı,
Görüncə çaşmışdı onu bu "qarı"...
Dedi dilənçiyə: "Gəncsən, bilirəm,
Sanma ki, mən bu halına gülürəm.
Nədən bu geyimdə de, dilənirsən?
Evin yoxmu, vağzalda sülənirsən?"
Qızın o an gözü yaş ilə doldu,
O kirli bənizi bir azda soldu.
Qəfil əl-ayağın tutdu əsməcə,
Yıxıldı, özündən getdi səssizcə.
Oğlan tez-tələsik su verdi ona,
Hıçqırıb bir qədər qız gəldi cana.
Açıldı çox qəmgin könül dəftəri,
Danışdı başına o gələnləri.
Tariyel heç dinməyir, başın yelləyir,
Arada ah çəkir, onu dinləyir,
Gülün danışdığı gerçək söhbətdi.
Onun ürəyini yaman kövrəltdi.
Elə ki, qız sözün sona yetirdi,
Yenə də ağladı, özün itirdi.
Oğlan ürək-dirək verdi bu qıza,
Məsum və çarəsiz yetim, yalqıza.
Dedi: "Di bəsdi, ağlamaq yetər,
Talehlər görmüşəm bundan da betər.
Gəl olma naümid, ağlama daha,
Burda dilənməklə batma günaha.
Bir əlil anamla yaşayıram mən,
Gəl gedək mənimlə, əgər istəsən.
Sən ona edərsən yaxşıca qulluq,
Aclıqdan çıxarsan, taparsan bolluq.
Mən öz bacım kimi baxaran sənə,
Qorxma, indi həyan çıxaram sənə"
Qız dedi:"nə olar, burax qoy gedim,
Bircə Allahadır mənim ümidim.
Səni tanımıram, gəl məni anla,
Başa düş sən məni, düşün vicdanla,
De, xoş sözlərinə necə inanım?
Qorxuram sonunda alışım-yanım!
Hər halda çox sağ ol, Allah köməyin,
Qoy qübar görməsin təmiz ürəyin."
Oğlan düşündü ki, təkid əbəsdi,
Qız tamam haqlıdır, nahaq tələsdi.
Dedi:"sabah səhər gəlib, aramla,
Tanış eləyərəm səni anamla.
Söz ver ki, bir yana getməyəcəksən,
Sabah gözümüzdən itməyəcəksən."
İlk dəfə gülərək bu məsum gözəl,
Yenə gənc qəlbinə salaraq məşəl,
Dedi:"gedən yerim başqa haradı?
Di daha ayrılaq, gecə yarıdı!...
Sübh tezdən oyandı oğlan tələsik,
Anası yatmışdı, batıq ev-eşik.
O özü evləri təmizləyirdi,
Şikəst (əlil) anasını incitməyirdi.
Nəhayət anası durdu yuxudan,
Onu arabaya oturtdu oğlan
Yenə bu sözləri deyir oğluna:
"Barı evlən, mənə bir kömək gətir,
Bu qoca ananı bir az sevindir.
Halal gəlin gəlsin bu ocağıma,
Mən də nəvə alım qoy qucağıma."
Oğlansa dinməyib səbr eləyirdi,
Səhər yeməyini yeyək-deyirdi.
Sənə kömək üçün tapmışam bir qız,
Onunla danışman lazımdı yalnız.
Dünənki söhbəti nəql etdi oğlan,
Əhvalat ananı kövrəlti yaman...
Birgə yetışdilər onlar vağzala,
Tariyel göz yetirdi orda sağ-sola,
Nəhayət dilənçiqızı o gördü.
Əlil arabasını oraya sürdü,
Gül də tanımışdı artıq oğlanı.
Oğlan gətirirdi əlil ananı,
Indi tam inandı Gül bu oğlana.
Onu inandırdı bu əlil ana,
Bu qadın yamanca mehriban idi,
O da bu qız kimi bədgüman idi.
Beləcə qız ilə razılaşdılar,
Birgə evlərinə gəldilər onlar.
Oğlan anasına, bir qıza baxdı,
Sağollaşaraq üst evə çıxdı.
Bu qız ana ilə tez isinişdi,
Sanki o, bu evə gəlin gəlmişdi.
Yer-yığış elədi, təmiz yuyundu,
Cır-cındır donunu axır soyundu.
Ana təzə paltar vermişdi ona,
Çirkli qaz dönərək oldu bir sona.
Allah rast etməsin qoy yaman gözə,
Gülün gözəlliyi çıxdı tam üzə.
Saçını daradı, o ətirləndi,
Güzgünün önündə bir az hərləndi.
Ana ürəyində doğdu bir arzu,
"Oğlumla görərdim kaş toyunuzu.
Nə olsun yox sənin atan, nə anan,
Əsası odur ki, halal insansan."
Amma gətirmirdi arzusun dilə,
Bir qərar verməyə tez idi hələ...
Tariyel qonağı sevsə də qəlbdən,
Həsrətlə gözaltı baxsada hərdən,
Bir kəs də yanaşmaz, ara saxlardı.
İsmətdən arada bir pərdə vardı!
Xəlq eləyəndə tanrı insanı,
Kaş əsirgəməsin ismət, vicdanı.
Xoşbəxt yaşadılar onlar bir ayı,
Yan keçməz nə yazıq taley olayı.
Axtarırdı qızı iki qardaşı,
Belə qardaşdansa yaxşı, baş daşı.
Soraqlaşıb onlar şəhərə gəlmiş,
Qızın ünvanını öyrənib, bilmiş,
Qapının önündə onlar durmuşdu,
Fələk dinc durmayıb, fitnə qurmuşdu.
Döydülər qapını, zəngi çaldılar,
Qardaşlar əməlli haray saldılar.
Tariyel baxdı ki, iki nabələd,
Qapıda durublar, üzləri çox bəd.
Qız baxıb onlara yamanca çaşdı,
Öncə topuq vurdu, dili dolaşdı.
Nəhayət özünə gəlib birbabat,
Tarıyelə hər şeyi dedi o saat.
"Bax, qardaşlarımdı qapıda duran,
Nə olar onlardan sən uzaq dayan!
Atam da onlardan xeyir görməyib,
Onlar xoş niyyətlə bura gəlməyib!"
Tarıyel dedi:" qorxma, keç yan otağa,
Qoy mən qulaq asım gələn qonağa.
İzn ver onlarla özüm danışım,
Razılığa gəlim, siz də barışın."
Gül çox yalvarsada, xeyri olmadı,
Tarıyel inadından geri qalmadı.
Əlacsız qız keçdi qonşu otağa,
Narahat ananın könlün almağa.
Oğlansa qapını açdı mərdanə,
Xoş sifət göstərib iki mehmanə.
Onları içəri elədi dəvət.
Dedi: "Dərdiniz nə? Bir edin söhbət."
Oğlanlar bir şəkil uzadıb ona,
Bacımız-dedilər, gördüyün sona.
Onu sən evinə kəniz gətirdin,
Qeyrətmizə yaman xələl yetirdin!
Bacımızı bizə sən qaytarmasan,
Səni edəcəyik qanına qəltan!
Tariyel: "Sözünüz böhtandır!"-dedi
"Namərd eləməyin, qovum igidi!
Dedi: "evimdədi, düzdü, bacınız.
Bacımdı, kənizim deyildir yalnız!
Bir əlil anamla yaşayıram mən,
Lazım idi ona bir qulluq edən,
Bacınız eləyir tək ona qulluq.
Mən isə etmirəm ona buyuruq,
Onun qayğısına özüm qalıram.
Mənsə üst otaqda, ayrı oluram.
Nahaqdandı sizin bu təlaşınız.
Haqsızdı, inanın bu savaşınız!
Bacınız istəsə, indi görüşün,
Həqiqəti elə ondan soruşun.
Qardaşlar heç cürə tapmırdı dinclik,
Söz dinləməyib, etdi nadinclik.
Bir anın içində plan quldurlar,
Qəfil bıçaq ilə onu vurdular...
Otaqdan qızcığaz çıxdı haraya,
Bir ölüm sükutu çökdü araya.
Əlil arabasında içəri gircək,
Qanına boyanmış oğlunu görcək,
Harayı bürüdü evi ananın.
Tariyel inildəyib, tapşırdı canın!
Gülün də naləsi yayıldı evə,
Qonşular axışdı, bura köməyə,
Amma gecikmişdi onlar, nə yazıq.
Tariyel dünyasın dəyişmiş artıq,
Keçindi dözməyib ana da dərdə.
Göz yaşı axızır hamı bu yerdə...
Qızın qardaşların nələtləyərək
Vururdu onlara daşla, dəyənək!
Amma ölənləri diriltmək olmaz.
Dəyişməz vurmağla iki yaramaz!
Gül isə özünü günahlandırdı,
Günlərin birində özünü yandırdı...
Yetişən olmadı onun dadına,
Rəvayət qoşuldu, yalnız adına...
Ana və oğluna qonşu məzarda,
Onu dəfn etdilər, azca kənarda.
Ucaltdı qonşular xatirə daşı,
Üstünə hopubdur çoxlu göz yaşı.
Daşı da, yazı da, bəlkə də itdi.
O daşın yazısı, bu rəvayətdi,
Bəlkə də bir zaman tarix olacaq.
Mənim borcum idi sizə çatdırmaq!
Elnur nəql eylədi, qəmgin rəvayət,
Allah bədbəxtçilik etməsin qismət!
XƏBƏR LENTİ
Qonşumuzu fəlakət gözləyir
Kölgə sənəti
Azəri, yoxsa türk milləti?
Hərbçiləmiz Ramştayna gedir
9 illik evlilik bitir - Mustafa Sandal boşanır
Stress tutmaları zamanı nə etmək lazımdır?
Sevdiyiniz dırnaq boyası hansıdır?
Bezeli vafli tortu (foto resept)
Hamiləliyin 9-cu ayında nələr olur?
Nazirdən bu müəllimlərə XƏBƏRDARLIQ
Azərbaycanda bu şəxslərə də yardım ediləcək - Deputatdan AÇIQLAMA
Bakıda iki avtobusun toqquşması ilə bağlı rəsmi məlumat
Məşhur cütlüyün toyu bir daha təxirə salındı-SƏBƏB
"Mənə sadəcə bir çağırış lazımdır"
İki metrlik QAR YAДћDI-FOTO
Dünyanın ən təhlükəli şəhərləri məlum olub
Yeni polis bölməsində yalnız robotlar işləyəcək
8 dəfə boşanmış kişi 9-cu dəfə....-FOTO
Paytaxtın bir sıra qəsəbələrinə gediş-gəliş məhdudlaşdırılacaq
Christian Loubotin kolleksiyasından
Boyası qaçmış saç diblərini necə gizləməli?
Mədəmizin dişləri yoxdur!
Fırtına oldu, matç dayanmadı
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
Daşdan mistik üzük (özün düzəlt)
Millimizin üzvü Afrikaya gəlin köçür
Ölkəmizdə 48 üçəm doğulub
Qat-qat balıq (foto resept)
Yengə lazımdırmı?
Bu şəxslərin pensiya yaşı azaldılır
Günün ulduz falı
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Bal ilə gələn gözəllik
Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran xəstəliklərlə qayıdırlar
Monrealdakı Botanika bağına səyahət
Suyu necə içməliyik?
Azərbaycanda İLK - Qan dövranı dayandırılmaqla əməliyyat keçirilib
Məşhur aktyor ata oldu-FOTO
Nemtsovun Əliyev etirafı
Mehriban Əliyeva Mərdəkan və Binədə körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi
Yeni İl gecəsi Bakıda bu avtobuslar səhərə qədər işləyəcək
BÜRCLƏR bizə nə vəd edir?- 21 Dekabr
Saçı tökülən hər kəs oxusun
Uşaqlar üçün hansı qidalar təklif olunur?
Körpələrdə qaz sancısı necə aradan qaldırılır?
Saçların tökülməsini azaldan ot dəmləmələri
Yeyilməyən meyvələr
Günün ulduz falı - 10.02.2014
- ŞƏRHLƏR