Kül üstündə gül bitirir istəsə,
Gör nə qədər sirləri var dünyanın?!
Şən səsindən bülbül düşür qəfəsə,
Gör nə qədər sirrləri var dünyanın?!
Su tökməklə quyu dolmur, a qardaş.
Qarın toxdur, gözlər doymur, a qardaş.
Gözlər yatır, ürək uymur, a qardaş.
Gör nə qədər sirləri var dünyanın?!
Laylay çalır körpəsinə analar.
Qürub salır çöhrəsinə analar.
Çata bilmir bəhrəsinə analar.
Gör nə qədər sirləri var dünyanın?!
Qanqal qalxır, çölü, düzü götürür,
Alaq otu bağ-bostanı itirir,
Bənövşəni kol dibində bitirir
Gör nə qədər sirləri var dünyanın?!
Əbəs yerə kankan qazır torpağı.
Hey çalışır, suya dəymir ayağı.
Daş altından peydə edir bulağı.
Gör nə qədər sirləri var dünyanın?!
Düşən dişə quymaq olur günahkar.
Ley yurdunda qarğa qalır sahibkar.
Düzlər yanır, dağlar başı çovğun, qar.
Gör nə qədər sirləri var dünyanın?!
Bir torpağın, bir günəşin nəfəsi.
Bir ağacın, bir budağın bəhrəsi.
Acı, şirin, turş da olur meyvəsi.
Gör nə qədər sirləri var dünyanın?!
İdrisoğlu başa güşmür bir işi,
Çahar-sələr hey ləngidir şeş-beşi.
Turş ayrana dəyişirik kişmişi.
Gör nə qədər sirləri var dünyanın?!
İlham İdrisoğlu
Brest, 2007
XƏBƏR LENTİ
Dünyanın ən gözəl 6 kitabxanası
Kredit götürənlərə şad xəbər
Qara plov və ləvəngi küküsü (foto-resept)
Bakıda yağış gözlənilir
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Дћina nədir? Niyə haramdır?
"Miss Türkiyə 2018" bəlli oldu-FOTO
Adobe Photoshop (Dərs-17)
Demet Akalının pullarını xərcləyən qızı Hira imiş
Mart ayının qalibləri!
Ecaskar xanımlar üçün
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
Günün ulduz falı
Piylənməyə qarşı yeni dərman
Ərəbistanda Ramazan bazar günü başlayacaq
Azərbaycanda dolu yağıb - FAKTİKİ HAVA
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
İtaliyanın ən yaxşıları seçildi
Tənbəl insanlar
Gənc xanımlar üçün
Erməni yazıçı azərbaycanlı xanəndəyə poema həsr etdi
Kartoflu keks (foto-resept)
İnsan əti yeyən manyak saxlanıldı - Dəhşətli faktlar/Foto
Ajda Pekkan uzun illərdən sonra ilk dəfə
Reperin konserti 28 SANİYƏ çəkdi-SƏBƏB
Uğursuz təbiət şəkilləri
Azərbaycana yay fəsli daxil olub
Şəhidlərimizin bank borcları silindi
Bu da dünyanın ən bahalı velosipedi
“Eşkiya dünyaya hükümdar olmaz”da Gözlənilməz Ayrılıq
Avqust ayının qalibləri!
Royal botanika bağı
Messi ildə azı 18 milyon avro qazanacaq
Davudoğlu Papaya cavab verdi
Orhan Gencebayın vəziyyəti ağırlaşdı
“WhatsApp” istifadəçilərinin sayı 2 milyarda çatdı
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
Orxidea gülləri
Ebru Gündeş 3,5 milyon qazanacaq-SƏBƏB
Nazlı qızlarımız üçün gəlinliklər
Azərbaycanlı gəncdən unikal addım
Günün qoroskopu: olayların ritmi dəyişir
Yəhudilərin bürclər üzrə ən qədim və dəqiq proqnozu
Ramazanın səkkizinci gününün duası
Bakıda mənzillər ucuzlaşdı
Bred Pittin təvəzökarlığı diqqət çəkdi-FOTO
Evdə ilan görən ailə gününü küçədə keçirməli oldu
Ən çox danışdığımız xarici dil ölür
Mobil proqram qadının həyatını xilas edib
- ŞƏRHLƏR