Ayrılıq
De niyə dalğınsan, dərdin var kimi,
Alıb qucağına fikirlər səni?
Ötən tələbəlik illərinəmi
Şirin xatirələr çəkirlər səni?
Sevdiyin o qızmı düşür yadına?
Nədənsə ilk eşqi unutmur insan.
Utancaq bir səslə bəlkə də ona
Könül açdığını xatırlayırsan?
Söylə, ayrılığı duyurmu ürək?
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək,
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, institutun pillələrində
Mənim də, mənim də izlərim vardır.
Gəzdiyin bu zalın lövhələrində
Hələ silinməmiş sözlərim vardır.
Bəzən mürgüləmiş gecənin özü,
Mən sirdaş olmuşam öz xəyalıma.
Ələyib seçmişəm neçə min sözü,
Cavab tapmaq üçün bir sualıma.
Hərdən düşündükcə çatılır qaşım,
Təhsil illərinin başqadır dadı.
Bu illər ərzində, ey qəlb yoldaşım,
Bizim bir sözümüz ayrı olmadı.
(Bəxtiyar olaram öz istedadım
O gündən bir lövhə yarada bilsə.
Toz-duman içində qoy itsin adım,
İlhamım bir şerə qadir deyilsə.)
Böldük duyğumuzu, şadlığı, qəmi,
Bir oldu fikrimiz, əməllərimiz.
Bu gün, məslək dostu, könül həmdəmi,
Artıq vidalaşır dost əllərimiz.
Duyub ayrılığı çırpınır ürək,
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, düşünmə ki, ayrılırıq biz,
Doğrudur, gün gəlib ötüşəcəkdir.
Bir məna daşıyan saf əməlimiz
Həyat məktəbində görüşəcəkdir.
1954.
ÖTƏN GÜNLƏR
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan...
(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin...)
Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?
Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər...
Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı...
Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.
Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.
Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.
Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.
Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım...
1956.
Məmməd Araz
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ailəvi baxdığımız Yeni il filmləri
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi
Qeyri-adi fotoşop
Komitə sədri: “15200 tələbə üçün 40 milyon manat ayrılıb”
Göz yaşları....
Baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək - AÇIQLAMA
Azərbaycanda bütün məktəblər bu ilin sonunadək internetlə təmin olunacaq
Dövrümüzü tənqid edən şəkillər
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Polis üzü texnologiya ilə tanıyacaq
“Victorias Secret” 1,1 milyarda satıldı
Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”
Qarabaşaq kotleti (foto-resept)
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Ali məktəb tələbələrinin yarısı təqaüdlə təmin olunacaq - RƏSMİ
Günəşdəki partlayış insanları da "vuracaq"
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
İndi ev tikmək daha da asanlaşır
Eskobarın xəzinəsi tapıldı
"Külək və Atəşin Rəngləri"
Paşinyan yenə gülüş hədəfi oldu: “Türkiyəyə ciddi sanksiya” açıqlaması lağlağı obyekti oldu
"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri
Kiçik evlər üçün faydalı mebellər
Stress çarxından sizdə də var? - Uşaqlarınıza verməyin
Serdar Ortaç qumarda bütün sərvətini uduzdu
Dünyaca məşhur villa satışa çıxarıldı-FOTO
Boksçularımız ermənilərə dərs keçdilər
Cavanlaşdırma formulu
Şəhzadə kababı (foto-resept)
Labirint-6
Daha bir yüksək rütbəli işğalçı məhv edildi - RƏSMİ
Dərini qidalandıran maska
Elmi işçilərin əməkhaqları yeni qaydada hesablanacaq
"Eurovision kids"-in açılışı oldu-FOTO
HAVA necə olacaq?
Ziynet Salı ərə gedir-FOTO
Dərslər nə vaxt və hansı formada başlayacaq? – AÇIQLAMA
Bu gecə niyyət gecəsidir
Ay tutulması belə görüntüləndi - Dünyadan fotolar
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Məşhurları təqlid edən italiyalı Emanuele
Dekabrın 22-də nə baş verəcək?- Hamı bu tarixi gözləyir - VİDEO
Bu rəsm əsərinin ilkin qiyməti 120 milyon dollardır - FOTOLAR
Üzə qulluq qaydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava necə olacaq?
ABŞ vitse-prezidenti Rusiyanı hədələdi
Culfa rayonu
Nostradamus Koronavirus Haqqında nələr deyib?














