
Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində Azərbaycan və rus bölməsini nəzərə almaqla, ölkədə 200 yeni dərsliyə ehtiyac olduğunu deyib. Nazir yeni dərsliklərdə problemin olacağını da istisna etməyib.
Onun sözlərinə görə, mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur: "Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar vardır. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik".
"Biz bu sistemi dəyişdik"
Nazir gənc ölkə üçün yeni dərslik hazırlamağın heç də hər zaman asan məsələ olmadığını deyib. M.Cabbarov bildirib ki, bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib: "Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır. Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır. Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq. "Ehtiyat dərslik" nə deməkdir? Bu dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən hazırlanacaq. Əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən təmin olunacaq".
M.Cabbarovun sözlərinə görə, müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmadığından onlar üçün kitab yazmaq maraqlı deyildi. Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar: "Mən hələ reputasiya məsələsini demirəm, az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, 11 sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin".
"Bizim dərslik hazırlamaq təcrübəmiz olmayıb"
Təhsil eksperti Nadir İsrafilov deyir ki, Sovet dönəmində dərslik məsələsini dövlət özü həll edirdi. Dərsliklər Moskvada nəşr olunub, Azərbaycan dilinə tərcümə olunurdu: "Həmin dərsliklər də istifadə olunurdu. Rusiya tarixinə müvafiq olaraq Azərbaycan tarixi, coğrafiyası nəşr olunurdu. Ona görə də bizim dərslik yazmaq, hazırlamaq təcrübəmiz olmayıb. Birdən-birə Sovet dövləti dağıldıqdan sonra dərslik əldə edə bilmədik. Kurikulumun tətbiqi də problemin genişlənməsinə səbəb oldu. Nazirlik özü də dəfələrlə dərsliklərin problemli olduğunu gündəmə gətirib. Bu səbəbdən də yeni vasitələr, üsullar axtarılır. Yəni bu dərsliklərin çıxdaş edilməsi həyata keçirilir".
"Kitablar həm çətin, həm də səhvlərlə dolu olur"
Valideynlər də dərsliklərdən olduqca narazıdırlar. Övladları Bakı məktəblərinin birində oxuyan Kəmalə Əliyeva deyir ki, uşaqlar dərslikləri başa düşməkdə çox çətinlik çəkirlər. Gərəksiz mövzular və tapşırıqlar isə uşaqları bezdirir: "Qızlarımdan biri 7-ci, digəri 4-cü sinifdə oxuyur. Dərs vaxtı evdə hər gün eyni mövzu olur. Hər ikisi kitabı götürüb üstümə gəlir ki, "Ana, dərsi anlamıram. Burda məndən nəyi tapmağımı istəyir?". Hələ bu azmış kimi riyaziyyat dərsliyində olan məsələ və misalların bir çoxu səhv çıxır. Saatlarca uşaq oturub baş sındırır ki, məsələni həll etsin. Ancaq səhər dərsə gedəndə müəllimi bildirir ki, məsələ kitabda səhv qurulub. Ya rəqəmləri səhv verirlər, ya da qoyulan sual səhv olur. Çətinlik azmış kimi, hələ səhvlər də olur".
K.Əliyevanın sözlərinə görə, uşaq nə qədər çalışqan və bacarıqlı olsa da, əlavə müəllimin yanına hazırlığa getməyə ehtiyacı olur. Valideyn kimi bütün dərslərə yardım etmək olmur: "Müəllim sinifdə hər uşaqla tək-tək məşğul ola bilmir. Biz valideynlərin isə dövründə dərslər başqa cür idi. Təzə kurikulum çıxandan sonra istənilən valideyn övladına kömək etməkdə çətinlik çəkir. Buna görə məcbur olub, müəllim yanına hazırlığa qoyuruq. Hər il dərsliklərin dəyişdiriləcəyini deyirlər. Ümid edirəm, qızlarım məktəbi bitirənə kimi dərsliklər dəyişdirilər. Yoxsa belə olduqca çətin olur".
"Dərsliklər qeyri- ixtisas sahibləri tərəfindən hazırlanır"
Nadir İsrafilovun fikrincə, dərsliklərin hazırlanması haqda qanunvericiliyə görə dərsliklərin hazırlanması, nəşri nəşriyyatlara tapşırıldı. Yəni bir növ Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına, çapına görə məsuliyyət daşımır. Nəşriyyatlar da tenderlər elan edirlər: "İstənilən hüquqi şəxs həmin dərsliyi hazırlayıb, müsabiqəyə təqdim edə bilər. Tenderdə hansı dərslik qalib gəlirsə, o da məktəblər üçün nəşr olunur. Ona görə də tender vasitəsi ilə dərsliklərin hazırlanmasının ayrı-ayrı nəşriyyatlara tapşırılması, onların bərbad vəziyyətə düşməsinə səbəb olub. Bütün bu dərsliklər qeyri-ixtisas sahibləri tərəfindən hazırlanıb. Məsələn, deyək ki, riyaziyyat dərsliyini Texniki Universitetin mühəndisi hazırlayır. Ona görə də uşaqlar həm dərsliyi anlamaqda, həm də misal, məsələləri yerinə yetirməkdə çətinlik çəkirlər".
Mütəxəssis dərslik məsələsinin həll edilməsinin asan olmadığını deyir. Onun fikrincə, dərsliyin tender vasitəsi ilə yazılması düzgün deyil: "Baxmayaraq ki, ölkəmiz bazar iqtisadiyyatına keçib. Fikrimcə, dərslik məsələsi buna aid edilməməlidir. Dərslik hazırlayan xüsusi bir komanda olmalıdır. Dərsliklərin analizi, yoxlanması aparılmalıdır. Belə olan halda problem öz həllini tapa bilər".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Acun "Netflix"ə yeni rəqib gətirir
Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər
İpoteka ilə ev alanlar kimlərdir?
Maaş əndişəsinə son
Cəbhədə atəş səsləri
Müəllimləri onu pulsuz hazırladı - 692 bal yığdı
Azərbaycan idmançısı Olimpiadada mübarizəni dayandırıb
Koronavirusla bağlı Azərbaycan əhalisinə MÜRACİƏT EDİLDİ
Madonna 3 əsrlik MALİKANƏ ALDI – Bu evdə TƏMİR QADAДћANDIR
Döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı - RƏSMİ
Azərbaycanda 10 milyona yaxın nömrə var
Bərbərxana və gözəllik salonları yenə bağlı qalacaq?
Unutmamalıyıq...
2018 payızın trendləri
Şirin şpits
Prezidentlərin təkbətək görüşü
Bakıda duman olacaq, külək əsəcək
Arda Turan ikinci dəfə ata olacaq
Azərbaycanda meyvə-tərəvəz ucuzlaşıb
Kraliça koronavirusdan belə qorundu-FOTO
Fahriye Evcen telefonlardan imtina etdi-SƏBƏB
Dəri niyə quruyur?
Düşüncələrimizə məsafə qoymağı bacarmaq
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
Müslüm Gürses 21 milyona film çəkdi-FOTO
"Körpə gəzintidə"nin balaca qəhrəmanı əkiz imiş - FOTO
Günün qoroskopu: o vərdişləri tərgidin
Azərbaycanlıların xaricdəki elmi məqalələrinin sayında böyük fərq yaranıb
Südlü toyuq qızartması (foto resept)
Yaşıl qar sakinləri qorxutdu - VİDEO
Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
Bir diş sarımsağı su ilə udsanız...
Arıqladan qəribə üsullar
Universitetdə qadağa
Nəhəng dalğa fotosessiya edən cütlüyü “yuyub” apardı - VİDEO
4 gün iş olmayacaq
Dilqəm Əsgərov: “Şuşa həbsxanasında azərbaycanca kitablar qalmışdı”
Yeni ili harada qeyd etmək sərfəlidir?
Saç boyasının zərərləri
Ütünü təmizləməyin ən asan yolu
Gerçək eşqin 50 göstəricisi
Karantinə nəzarət üçün Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb edilib
Evdəki bu əşyalar xərçəngə səbəb olur
Düşmən bir günə daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Qatıq maskaları
Ayrılıq xəbərləri yalan çıxdı
Qiyməli noxud yeməyi (foto-resept)
17 dərəcə isti olacaq
Yeni manikür trendi - Şotlandka














