
Azərbaycanlılar adətən Yeni ili Gürcüstan, Rusiya, Dubay və Türkiyədə keçirməyə üstünlük verirlər. Bunun da öz səbəbləri var. Turist agentlikləri hər il məhz bu ölkələrə ucuz turlar təşkil edirlər. Bundan əlavə, əksəriyyət heç də Türkiyə və Gürcüstana getmək üçün turist agentliklərinə müraciət etmir. Səyahət planını şəxsən özlərinin qurması daha ucuz başa gəlir.
Bəs turist agentlikləri Yeni ili hansı şəhərlərdə qeyd etməyi təklif edir? Ən əsası - maksimum 1 həftə, minimum 3 gün olan bu tətil bizə neçəyə başa gələcək?
"Ritm Travel" yeni ili 470-680 manat civarında vəsait qarşılığında Türkiyənin Bursa şəhərindəki "Uludağ" istirahət mərkəzində keçirməyi təklif edir. Bu vəsaitə 6 gün, 5 gecə Uludağda tətil, gündə 3 dəfə qidalanma və aviabilet daxildir. Uçuş Tiflisdən nəzərdə tutulub. Ötən il Yeni ili "Uludağ"da keçirmiş Bakı sakini Şahin Mikayılov deyir ki, 680 manat "Uludağ"a görə çox baha qiymətdir: "Üstəlik, nəzərə alsaq ki, uçuş Tiflisdəndir, bu zaman tam əminliklə baha olduğunu demək mümkündür. Mən ötən il orada 3-ulduzlu oteldə qaldım. Səhv etmirəmsə, adı "Böyük otel" idi. Günü 100 lirəyə (35.3 manat) qalırdım. Bu qiymətə gündə 3 dəfə yemək, 2 dəfə çay-qəhvə təklif edirdilər. Türk hamamından istifadə və sauna da qiymətə daxil idi. Bu da 5 gecəyə edir - 175 manat. Bakıdan Tiflisə gediş-gəliş (avtobusla) 26 manatdır. Tiflisdən İstanbula təyyarə biletinin gediş-gəlişi 100 manatdır (maksimum 150 manat). İstanbuldan da "Uludağ"a iki cür getmək mümkündür. Gəmi və avtobus ilə. Hər ikisinin qiyməti 20 lirədir. Gediş-gəliş olsun 40 lirə (14.12 manat). Ümumi məbləğ 315 manat edir. Turagentlik isə ən ucuz qiymət kimi 470 manat təklif edir. Bahadır. Qaldı 680 manata, bu, ümumiyyətlə cəfəngiyyatdır".
"Fun Travel" Baku turist agentliyi isə yeni ili Moskvada keçirməyi təklif edir. (29 dekabr- 1 yanvar tarixlərini). Bu 3 günlük tətil sizə 480 manata başa gələcək. Qiymətə yalnız otel daxildir. Qalan təyyarə bileti, sığorta, transferi şəxsi xərcləriniz hesabına təmin etməlisiniz.
Şarm əl Şeyx-də 28 dekabrdan başlayaraq 8 gün tətil 699 manatdır. Qiymətə aviabilet (Tiflis reysi ilə), otel, qidalanma (all inclusive), transfer və sığorta daxildir.
Tiflisdə Yeni il keçirməyin qiyməti isə 211 manatdır. 4 günlük tətil proqramına oteldə qalma, səhər yeməyi, transfer, transport və siğorta daxildir.
29 dekabr - 2 yanvar tarixlərini İstanbulda olmaq istəsəz, bu sizə 250 manata başa gələcək. Qiymətə otel və səhər yeməyi daxildir.
Azərbaycanın bölgələrində olan otellər də müxtəlif Yeni il təklifləri ilə çıxış ediblər. Məsələn, "Rixos Quba" otelində "deluxe" dağ mənzərəli otağın bir günü 149, "deluxe" göl mənzərəli otağın bir günü 159, "junior suite"in bir günü 199, "honeymoon suite" 239 manatdır. Qiymətə səhər yeməyi daxildir. Bundan əlavə, bir nəfərə əlavə olaraq 1.1 AZN bələdiyyə vergisi ödənilir. Bu qiymətlər bayram günlərinə aid deyil.
"Şahdağ Park Chalet Hotel" 30 dekabr- 4 yanvar tarixlərində qalmaq istəsəniz, gününə 90 manat ödəməli olacaqsınız. Qiymətə səhər yeməyi də daxildir.
Qusarda yerləşən "Zirve Hotel"də yeni il ərəfəsində 4 gün qalmaq sizə 343 manata başa gələcək. Qiymətə gündə iki dəfə yemək və Yeni İl Qala şam yeməyi daxildir.
Turizm üzrə ekspert Ülvi Həsənli bildirir ki, Quba və Qəbələdəki turizm komplekslərində qiymətlər o qədər bahadır ki, orta statistik azərbaycanlının gəlirləri orada istirahət etməyə imkan vermir:
"Belə bahalı yerlərə xarici turistlər gələ bilər, onlara isə Azərbaycan maraqlı və cəlbedici deyil. Çünki xidmətlər və çeşidlər qiymətlərə adekvat deyil. Azərbaycan turizm sahəsini inkişaf etdirmək istəyirsə, birinci növbədə sahibkarlar azad olmalıdı, monopoliyaya yol verilməməlidir. Turizm sahəsi prioritet olan ölkələrdə yeni başlayan obyektlərə 3, 5, 10 illik vergi güzəştləri tətbiq olunur, yaxud ümumiyyətlə vergidən azad olunurlar. Həmçinin turistlərin ölkəyə rahat gəlməyini təmin etmək üçün viza ləğv olunmalı, ya da asan və ucuz viza sistemi tətbiq olunmalıdı. Ancaq bunların heç biri bizim ölkədə yoxdur. Yenə deyirəm, bizim hökumət turizmin inkişafında maraqlı deyil, əks təqdirdə yuxarıda sadaladığım ən adi tədbirləri həyata keçirməli idilər".
Ekspert Azərbaycandakı qiymətlərin bahalığını nəzərə alaraq bildirir ki, xarici ölkələrdə istirahət xarici turistlər üçün daha sərfəli, daha əyləncəli və daha cəlbedicidir: "Məsələn, xarici turistlərin Azərbaycanda və Gürcüstanda qış turizmi obyektlərinə xərclədikləri vəsaiti müqayisə etsək, bu Gürcüstanın xeyrinə ən azı 2-3 dəfə fərq edər. Çünki həm təyyarə biletləri Gürcüstana kifayət qədər ucuzdur, həm xidmətlər daha aşağı qiymətədir, həm də keyfiyyətlidir. Azərbaycanın turizm komplekslərinə gələnlərin sayına gələndə isə, bu rəqəmlər gözlənilənlərin çox altındadır və hətta onlar da şişirdilmiş rəqəmlərdir (bu cür hesablamaları turistlərin sayının müəyyənləşdirilməsində də görmüşük). Çünki bizim ölkədə gəlmə turizm, demək olar ki, yoxdur. Ora gedənlər əsasən 1 günlük həftəsonu gedən yerli turistlərdir, onların da həmin obyektlərdə xərclədikləri pul adambaşına maksimum 20-30 manat olur. Belə olan halda otellər gəlir əldə etmir. Gələn xarici qonaqlar isə hökumətin, yaxud oliqarxların öz qonaqları olur. Yəni likvid biznes deyil".
Çoxları isə Yeni ili xarici ölkələrdə keçirməyi üstün tutur. Bəs, xaricdəki qiymətlər necədir?
Britaniyanın "The Economist" dərgisinin araşdırma şöbəsi dünyanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını dərc edib. Yenin məzənnəsinin zəifləməsi və dünyada sürətlənən qiymət artımı, bu il Tokionu ən bahalı şəhər edib. "Dayli Teleqraf"ın yazdığına görə, Yaponiya paytaxtı əvvəllər də, daha doğrusu, 1992-1998-ci illərdə birinci mövqedə olub. Ən maraqlısı ondadır ki, ən bahalı şəhərlər siyahısında ikinci yerdə Yaponiyanın Osaka şəhəri gəlir, üçüncü yerdə Avstraliyanın Sidney şəhəri, dördüncü yerdə isə Norveçin paytaxtı Oslonun adı hallanır. Ən bahalı şəhərlər onluğuna eynilə, Melburn, Sinqapur, Sürix, Karakas, Cenevrə və Fransanın paytaxtı Paris də daxil edilib.
Hesabata görə, builki reytinqin özəlliyi Asiya şəhərlərinin bahalı şəhərlər siyahısında üstünlük təşkil etməsidir. Yaşayış və xidmət xərclərinə görə dünyanın ən ucuz şəhərlərinə isə Tehran, Ciddə, Panama, Kolombo, ƏL-Cəzair, Katmandu, Yeni Dehli, Mumbay və Karaçi aid edilir. Araşdırmada dünyanın 131 müxtəlif şəhəri üzrə statistik məlumatlardan istifadə olunub. "The Economist" dərgisinin ekspertləri 160 ayrı əmtəə məhsulu və xidmət üçün 400-dən çox qiymət arasında müqayisə aparıb ki, bura məhsullardan əsasən, qida, içki, geyim, gündəlik məişət məhsulları, şəxsi gigiyena vasitələri, xidmətlərdən isə, kirayə pulu, nəqliyyat xərcləri, kommunal ödənişlər, özəl məktəb xərcləri, səyahət xərcləri daxildir.
"Economist Intelligence Unit" analitik nəşrinin hazırladığı siyahıya isə bahalığına görə 10 şəhərin adı salınıb. Burada ən bahalı şəhər kimi Şinqapurun adı qeyd olunub. Şəhər-dövlət möhkəm valyutası (Sinqapur dolları), avtomobil saxlamağın baha başa gəlməsi və kommunal xidmətlərə yüksək ödənişlər üzündən birinci yeri ələ keçirib. Halbuki 10 il öncə Sinqapur yaşayış məbləğinə görə 18-ci yerdə idi. Siyahıya isə Tokio (Yaponiya) başçılıq edirdi.
Ən bahalı şəhərlər arasına Paris (Fransa), Sürix (İsveçrə), Sidney (Avstraliya), Oslo (Norveç), Tokio (Yaponiya), Karakas (Venesuela), Cenevrə (İsveçrə), Melburn (Avstraliya) və Kopenhagen (Danimarka) da düşüb.
Ucuz yaşayış isə Mumbay (Hindistan), Karaçi (Pakistan), Nyu-Dehli (Hindistan), Dəməşq (Suriya), Katmandu (Nepal), Əlcəzair (Əlcəzair), Buxarest (Rumıniya), Panama (Panama), Ciddə, Riyad (hər ikisi Səudiyyə Ərəbistanı) şəhərlərindədir.
Reytinq tərtib olunarkən, analitiklər ildə iki dəfə dünyanın 131 şəhərində yaşayış məbləğini öyrəniblər. Başlanğıc nöqtəsi kimi ABŞ-ın Nyu-York şəhərindəki yaşayış minimumu sayılıb.
Bəs ən ucuz Avropa şəhərləri hansılardır?
Siyahı tərtib olunanda bu şəhərlərdəki ən ucuz otel, motel və ya otellərdə sutkalıq yaşama, 3 dəfə yemək, ictimai nəqliyyatda iki dəfəlik gediş-gəliş, hər hansı muzeyin ziyarəti və yerli pivə və ya şərabın 3 porsiyasının qiyməti nəzərə alınıb.
Reytinqə görə, müstəqil səyahət üçün Avropanın ən ucuz şəhəri Bolqarıstan paytaxtı Sofiyadır. Belə ki, Sofiyada sözügedən parametrlər nəzərə alınmaqla turistin sutkalıq xərci 20,75 ABŞ dolları təşkil edir. Siyahıda ikinci yerdə Polşanın Krakov şəhəri (26,55 dollar), üçüncü yerdə isə Rumıniyanın paytaxtı Buxarest şəhəri (28,30 dollar) yer alıb. Reytinqin ilk beşliyini Macarıstanın paytaxtı Budapeşt (33,10 dollar) və Türkiyənin İstanbul şəhərləri (35,77 dollar) tamamlayır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanın işğaldan azad olunan ərazilərində azan səsi ucaldı - VİDEO
Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO
Demetin evini yardılar
Mədə-bağırsaq xəstəliyi və qurdları
Azərbaycana qar yağdı
Ayrılığa kədərlənməmək üçün 7 səbəb
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
"Çukur" mövsum finalına hazırlaşır
Balıq yedikdən sonra süd içmək olarmı?
300 illik mumiya 1 saata çürüdü
IV Qlobal Bakı Forumu başlayır
Zakir Həsənov Qarabağdan danışdı
Kitab"sevər"lər
Şəfalı heyvanlar
Vacib namazlarda hansı surələri oxuyaq?
Sevgidə bəxti gətirməyən filosoflar(2)
Girovlarımızdan məktub var
Xalına görə insanları necə tanımalı?
Azərbaycan Silahlı Qüvvələrinin yeni səhra geyim forması hazırlanır
Xərçəngin yox edilməsində YENİ ERA BAŞLADI: Sadəcə 3 aya...
Şərf bağlamağın 25 üsulu
Ən böyük sərnişin təyyarəsi BAKIDA
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (6-cı hissə)
Müstafa Sandalın keçmiş xanımı təəccübləndirdi-FOTO
Bu qadınlar fillərə jaket və şalvarlar toxuyurlar - FOTO
Şok nədir?
Gizem Karaca yenidən məhkəməlik oldu-SƏBƏB
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil.
HAVA necə olacaq?
İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsinə dair kataloq hazırlayır
Evləri kiçik olan “Sovetski” sakinlərinə mənzillər veriləcək.
Yaşlıları yalnız buraxmayın!
Uşaqlar arasında neçə yaş fərq olmalıdır?
700 bal toplamış abituriyentlər ali məktəb seçimini etdilər
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
Rusiya prezidenti Putin tətildədir-FOTO
Pensiyaçıların nəzərinə!
Saçlarınızın sağlamlığını testlə yoxlayın
Oğlan uşaqlarının saçlarını uzatmayın-SƏBƏB
Qadınlar ən çox hansı havada intihar edirlər?
Britaniyalı sarışınları saç boyalarından məhrum edə bilərlər
Böyük hərbi təlim başladı
İsmayıllı meşələri od tutub yanır
Tərəvəzli qovurma (foto-resept)
Laçının işğalından 22 il ötür
Hansı şəxslər koronavirus testindən keçirilə bilər?
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi keçiriləcək
2014-cü ilin ən yaxşı gün eynəkləri
ABŞ-da afroamerikalılar üçün ayrıca şəhər tikilir
Yanvarın 17-si UŞAQLARI bağçalara APARMAYIN!-RƏSMİ XƏBƏRDARLIQ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]