Müxtəlif kosmetikalar, kremlər və bu kimi dəri canlandıran və gözəlləşdirən vasitələr ilk baxışdan çox məsum görünür. Düzdür, keyfiyyətsiz kosmetikaların ziyanı çoxdur və bu məsələ hər kəs tərəfindən də aşkar bilinir. Lakin xanımlar bəzən elə də diqqətli olmur. Kosmetik vasitələrin baha alınması, eləcə də tanınmış marka olması o demək deyil ki, dəri təhlükədən sığortalanıb.
Kosmetik vasitələrin mənfi nəticələri xanımlar tərəfindən tez-tez rastlaşılmasa da, kosmetik vasitə fəsadından hətta ölüm faktının olması da danılmazdır. Bu isə kosmetika sevərlər üçün bir siqnaldır. Dəri ilə zarafat etmək olmaz, və üzə olunan hər müdaxilədə iki qat diqqətli olunmalıdır.
Qadınların çoxu kosmetik vasitələrinin necə saxlanması haqqında da məlumatsızdır. Əksər xanımlar lazım olan vasitələri elə çantaya atır, əksəriyyəti cibində daşıyır, nisbətən səliqəni sevənlər isə kosmetika üçün xüsusi kosmetik çantalardan istifadə edir. Elə təhlükə də bu kosmetik çantalardan başlayır. Təmizlənməyən, yuyulmayan, müxtəlif kosmetika qalıqları ilə yüklənən ala-bəzək çantalar istənilən bahalı vasitəni də keyfiyyətsiz etməyə qadirdir. Bəzi xanımlar kosmetik çantaların yuyulma və təmizlənməsinin vacibliyini dərk etmir. Halbuki, bir istifadədən sonra çantaya toplanan və sürətlə artan mikrobların sayı milyonlarladır. Amerika kosmetik firmalarının araşdırmalarının nəticələrinə görə, istifadədən sonra təmizlənməyən krem başlıqları, ənlik qablarının qapaqları, dodaq boyalarının kənarları bir müddət sonra tərkib etibarilə dəyişir. Bu cür dəyişim geyimlər, çantalar ilə təmasda olan kosmetik vasitələrdə daha sürətlə gedir. Bu səbəbdən daim təmizlənən kosmetik vasitələr sadəcə kosmetika üçün nəzərdə tutulan qablarda saxlanılmalı, qablar mütəmadi yeniləri ilə əvəzlənməlidir.
Dermatoloq Sahib Rzayevin sözlərinə görə, kosmetik çantalar və qadın əlləri üzün həssas dərisi üçün olduqca təhlükəlidir. İstifadə olunmayan kosmetik süngərlər, istifadə olunduğu zaman yuyulmayan kosmetika yayıcı alətlər tamamilə mikrob yuvasıdır. Üz dərisində olan hər hansı kiçik bir yaralanma və ya sızanaq kifayət edir ki, dəri altı təbəqə zərərli maddəni sorsun, mikroblar bu təbəqəyə daxil olsun. Gənclər arasında yayılan akne, sızanaq problemlərinin səbəblərindən biri də elə budur. Təmiz əl, təmiz kosmetik çanta, orijinal makiyaj vasitələrindən istifadə etmək dəri sağlığı üçün vacibdir: "Təmiz və sağlam cild üçün ümumiyyətlə, kimyəvi qarışımı olan kosmetika istifadə olunmamalıdır. Kosmetikadan istifadə etməyən xanımların azlığını nəzərə alsaq, onda təmiz və gigiyenik baxımdan olduqca həssas olmalarının böyük önəmi var. Əvvəla bilinməlidir ki, kosmetik vasitələri üz dərisinə tətbiq edən kistlər və süngərlər doğru seçilməli, düzgün təmizlənməlidir. Təmizlənmiş bu alətlər çirkli kosmetik çantalarda gəzdirilməməlidir. İstifadədən sonra mütləq yuyulması vacib olan süngər və kistlər istifadə olunduğu kimi çantaya atılmamalıdır".
Onun sözlərinə görə, üz dərisindəki yağı, nəmi özünə çəkib kosmetika ilə də qarışan süngər və ya kistlər sürətlə mikrob toplayır. Çantada uzun müddət saxlanıldıqdan sonra vəziyyət daha da pis olur və dəri üçün təhlükə yaranır. Bədənin ən zərif dəriyə malik olan nahiyyəsi, üz dərisinin strukturunu pozmaq çox asan, bərpa etmək isə olduqca çətindir. Məhz bu səbəbdən bir sıra qaydalara mütləq əməl edilməlidir ki, gözəl görünmək arzusunu üz problemləri əvəzləməsin.
Dermatoloq gigiyenik şərtlərə əməl etmədən kosmetika istifadə edən xanımlara daha diqqətli olmağı məsləhət görür. Dəri allergiyalarından tutmuş yaralı sızanaqlara kimi bir çox əziyyətli müalicə tələb edən xəstəliklər məhz bu yolla yoluxur: "Kosmetik çantalar tez-tez dəyişdirilməli, dəyişdirilmədiyi halda qaynadılaraq yuyulmalı, mütəmadi olaraq kosmetik məhsullar spirtlə silinməli, istifadə tək insana məxsus olmalı, əllərlə kosmetika dəriyə çəkilməməli, quru dərilər 4, yağlı dərilər 2-3 saatdan sonra mütləq təmizlənməlidir".
XƏBƏR LENTİ
Duyğu Şənyürək
Atəşkəs rejiminin pozulması halları 90 dəfəyədək artıb
İş axtaranların nəzərinə!
Türkiyədə turistlər belə qəbul ediləcək
Cəbhədə ağır döyüşlər gedir?
Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
Azərbaycanda on mindən çox yeni iş yeri açılacaq
iPhone-dan yeni bomba
Zukerberq: “Facebook”da radikal dəyişikliklər olacaq
Sinoptiklər yağış, sulu qar, qar deyirlər
2012-2013 payız-qış çanta modelləri
Kivi ilə cavanlaşdırıcı və ağardıcı maska
Doğrudur ki, zibili evdə saxlamaq ruzini azaldar?
Düz qarın üçün 5 qızıl qayda
Hind filmlərinin ulduzu əslində...
Həyat məqsədini necə tapmalı?
"Bu hələ başlanğıcdır" - Aygün yoqaya başladı
Azərbaycanda kino nümayişində reklam YASAQLANDI
Şokoladlı badam (foto resept)
Hormon dəyişmə qanunu
“Rembo” ləqəbli qazi: “Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük”
Pivə alarkən nəyi bilmək vacibdir?
Ermənilərin bayram təxribatı
İlin dəbli çantaları
Şevçenko "Milan"a qayıda bilər
Kim nə yeyir?
2018-ci ilin ən gözəl TOYLARI-FOTO
Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?
Avro da qalxdı
Yüksək patogenli quş qripi yayılıb
Cəbhədə Ermənistanın dinc əhaliyə atəş açmasına dair cinayət işi açılıb
Dünya şöhrətli aktrisa vəfat etdi
Seray Kaya imicini dəyişdi
Hava haqqında
Rusiya Ermənistanı qlobal naviqasiya sistemi QLONASS-a qoşur
"Ertuğrul" obrazını kimin canlandıracağı məlum oldu-FOTO
Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"
Gözəlliyin mənbəyi
Günün qoroskopu: enerjinizdən rasional istifadə edin
2012-nin ziyafət geyimləri
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Sabah bu ərazilərdə qaz olmayacaq!
Bəzi dərmanlar uşaqlarda karlığa və dovşandodaqlığa səbəb olur
"Küləklə sovrulanlar"ın məşhur aktrisası öldü-FOTO
Doğum gününə görə xarekter (dekabr)
Əldə hazırlanan turşulara etibar etmək olarmı?
Fəsəli (foto-resept)
Halit yeni İMİCDƏ-FOTO
"Facebook" yeni xidmətini istifadəyə verib
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
- ŞƏRHLƏR