Son zamanlar Azərbaycan kosmetika bazarını saxta mallar ələ alıb. Yüngülvari müşahidə kifayət etdi ki, satışda külli miqdarda mənşəyi bəlli olmayan müxtəlif çeşidli, üzərini toz basmış keyfiyyətsiz və saxta məhsulların olmasına əmin olaq.
Qadin.Net bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Tuğra Şirinova - Alıcı: "Bazarda əsasən var belələri. Dəridə səpgi yaradır, ləkə yaradır, keyfiyyətsiz olduğunu təxmin edirəm. Düzgün deyil gigeyenik cəhətdən".
Satıcı: "Üzərində yazılıb 2020-ci ilə qədər vaxtı var. Vaxtı keçmiş məhsul qaytarılır firmaya. Saxta məhsulun üzərində PC yazılır. Bu saxtadır, bu da orjinaldır. Hər ikisi eyni yerdən gəlir göstəririk müştəriyə, məsləhət görürük nəyi bəyənirsə onun imkanına uyğun olaraq veririk".
Bəzi alıcıların əksəriyyəti kosmetik vasitələrin saxta olduğunu bilə-bilə yenə həmin kosmetikadan istəyirlər. Əsas məsələ qiymətdir.
Ətri Əhmədova - Alıcı: "Bu hardan gəlib, hara buraxıb, yaxşıdır, pisdir gərək satıcı bilsin də! Onu harda istehsal edib göndəriblər. 1 dəqiqə də vaxtı keçdi, gərək onu işlətmiyəsən".
Ekspertlər qeyd edirlər ki, Azərbaycan bazarına təəssüf ki, ucuz, istehsal yeri bilinməyən müxtəlif kosmetikalar daxil edilir. Bu kosmetikaların heç biri kliniki testlərdən keçməmiş olur və tərkibi bilinmir.
Münasib Nuriyev - Ekspert: "Əgər məhsul ticarət obyektinə gəlibsə orda qaymələr olmalıdır. Elə məhsullar var ki, üzərində probniki yoxdur. Hüquqşünas olmasaq da, belə açıq şəkildə bu bilinir ki, cinayət tərkiblidir. Digər tərəfdən ümumiyyətlə istənilən halda müştərini aldatmaq özü bir istelahçı və bazar ticarət qanunlarının pozulması məqamına gəlir".
Azad İstehlakçılar Birliyi ölkədə satılan kosmetik vasitələrin 70 faizinin saxta olduğunu və bu, insan həyatı üçün təhlükə törətdiyini bildirib. Bu kimi saxta məhsulların satışının davamı insanlarda dəri xərçənginə və bir çox mənşəyi bilinməyən xəstəliklərə yol aça bilər.
Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR