Aytənin halı heç özündə deyildi.Bir neçə gündü fikirləri çox qarışmışdı.Son günlər tez-tez otağına çəkilər, gizli-gizli ağlayardı.Səbəbini özündən başqa kimsə bilmirdi.Göz yaşlarını gizlətməyə çalışsa da gözlərindəki kədəri, halındakı dəyişikliyi hamı görürdü.Onu qızı kimi sevən qaynanası Zemfiranın, qaynatası Salman kişinın, canından çox sevdiyi əri Eldarın təkidinə baxmayaraq onu üzən bu qəm-kədərin səbəbini onlardan gizlətdi.-“Bir şey olmayıb”, “Səbəbini özüm də bilmirəm”, “ Hərdən olur” və bu kimi sözlərlə onları sakitləşdirməyə çalışır, bu cavablarla onları hələlik “yola verirdi”.Bu gərginlik onun özünü hamıdan çox sıxırdı.Nəhayət bu gün qəti qərarını verdi:-“Boşanacam!Daha belə dözə bilmərəm.Kaş ki, Eldarı heç əvvəldən tanımayaydım.Onun hər şeydən xəbər tutmasındansa ondan ayrılsam yaxşıdır.Bu ayrılıq mənimçün ölümə bərabər olsa belə...”
...9-cu sinifdə oxuyurdu.İki bacı, bir qardaş idilər.Evin ortancıl övladı idi Aytən.Bacısı Dilarə ondan beş yaş böyükdü.Kiçik qardaşı Elçınsə yeni doğulmuşdu.Dilarə artıq ailəli idi, ana olmağa hazırlaşırdı.Aytənin anası Nəzakət böyük qızını ər evinə köçürüb işini bir az “yüngülləşdirmişdi” ki, indi də başı balaca Elçinə qarışmışdı.Aytənə nəzarət bir az zəifləmişdi.”Zəifləmişdi” deyəndə ki, daha əvvəlki kimi məktəbə özü aparıb gətirə bilmirdi.Əslindı bu, Aytənin ürəyincə olmuşdu.On altı yaşlı qızı məktəbə heç ata-anası gətirər?Məktəb heç uzaqda da deyildi.Aytən hər səhər utana-utana ata, ya anasıyla (çox vaxt atası səhər tezdən işə getməli olduğu üçün anasıyla gedərdi) məktəbə gələr, yol boyu da utandığından başını yuxarı qaldırmazdı.
Atası Süleyman çox zəhmli, sərt adam idi.Əslində uşaqlarının içində ən çox istədiyi elə Aytən idi.Amma böyüdükcə daha da gözəlləşən Aytən üçün gələn elçilərin sayı çoxaldıqca atasının qısqanclığı, sərtliyi daha da artırdı.Sanki tezliklə onu itirəcəiyindən qorxduğu üçünmü, ya nədənsə onu daim nəzarətdə saxlayır, rəftarında da kobudluğu artırmışdı.
Bu münasibət dəyişikliyi öz təsirini göstərirdi.Dərs əlaçısı olan Aytənin son vaxtlar fikri tez-tez yayınır, diqqətini cəmləşdirib kitabı axıradək oxuya bilmirdi daha.Atasının ona olan sevgisinin birdən-birə nifrətlə əvəz olunmasının səbəbini dərk edə bilmirdi.İndiyədək özünə arxa, dayaq, ideal bir insan saymışdı atasını.Qəlbindəki bütün sevgisini ona vermişdi.İndi isə özünü bu sevgidən məhrum olmuş, arxasız, müdafiəsiz hiss edirdi.Halbuki onun bu yeniyetməlik dövründə sevgiyə, qayğıya elə ehtiyacı vardı ki..Bir zaman onu çox sevən atasının indiki qəzəbindən, nifrətindən belə qorumağa, müdafiə etməyə hazır olan bir qəhrəmanın, ağ atlı şahzadəsinin yolunu gözləyirdi..
Bir gün yenə məktəbdən evə tək qayıdırdı.Anası qardaşını həkimə aparmalı olduğu üçün arxasınca məktəbə, onu götürməyə gəlməmişdi.Anası yanında olmasa da yenə adəti üzrə başı aşağı həmin yolla evə qayıdırdı.Bu gün dərsləri çox olmuşdu, yorğunluqdan ağır-ağır addımlayırdı.Neçə gündür o da anası kimi qardaşının ağlamasına gecə yarısı yuxudan oyanır, daha yenidən yata bilmirdi.Belə gecələrin səhəri günü dərsdə özünü yatmaqdan güclə saxlayırdı.Dünən də belə yuxusuz gecələrdən biri olmuşdu.-“Görəsən anam qaqaşı həkimdən gətirmiş olar?Kaş bir az gec gətirəydi.Ona kimi bir az yata biləydim.Yuxudan ötrü ölürəm”.-öz-özünə dedi.
-Salam, Aytən.Necəsən?-Onu fikirdən ayıran bu səsin sahibini görmək üçün yana çevriləndə ondan iki sinif yuxarı oxuyan, bu il məzun olmağa hazırlaşan Kamili gördü.O Kamili ki, məktəbdəki qızların “kumir”inə çevrilmişdi.Hündürboylu, gülər üzlü, agbənizli, bir sözlə çox yaraşıqlı idi.Ondan aşağı sinifdə oxuyan qızlar hər tənəffüsdə Kamilgilin sinif otağının qarşısında dolaşar, özlərinə ona göstərməyə çalışırdılar.Hətta onun sinif yoldaşlarından xahiş edib şəklini əldə edib üzünü də çıxartdırmışdılar.Sanki tanınmış bir müğənni, ya artist kimi.Onun özünün də incəsənətə meyli olsa da (məktəb tədbirlərində mahnı oxuyar, dram dərnəyində səhnəciklərdə iştirak edərdi) arzusu iqtisadçı olmaq idi.Qızların gecə yatanda da yuxuda gördükləri Kamilin aylardan bəri qəlbinin sakini olmuş, beynindəki fikirlərini məşğul edən insan isə Aytən idi.Çoxdandır ona qəlbini açmaq istəsə də buna cürət etmirdi.Həm də axı heç Aytəni tək də tuta bilmirdi.İndisə Aytən məktəbdən evə tək qayıdırdı.Belə fürsət ələ düşməzdi.
-Salam, Kamil.Yaxşıyam, sağ ol.Nə əcəb bu vaxtadək məktəbdə qalmısan?Axı sizin uşaqları bayaq evə buraxdılar.
-Mənim məşğələm vardı, ona görə.Bəs sən niyə belə gec çıxdın?
-Dərslərim bu gün çox idi.Bu il buraxılış imtahanlarımız olacaq.Bütün dərslərdə iştirak etməklə yanaşı, həm də fəal olmalıyıq.Onsuz da evdə əvvəlki kimi hazırlaşa bilmirəm.Heç olmasa məktəbdə dərs zamanı nəsə öyrənim.
Kamilgil axırıncı sinifdə oxuduqları və onları çətin buraxılış imtanahları gözlədiyinə görə axırıncı dərslərdən azad edilirdilər.Yəni saat 1-də bütün 11-ci sinifləri evə buraxırdılar.Kamilin məktəbdəki məşğələsi isə saat 3-də başlayırdı.Sinif yoldaşları kimi evə getməz, Aytəni görmək üçün 2 saat məktəbdə gözləyərdi.Əvvəlcə Aytənin dərsdən çıxmasını, sonrasa məktəbin həyətində,bir kənarda, görünməz bir yerdə dayanıb onu sakit, amma sevgidən alışınb-yanan baxışları ilə yola salardı.O anasıyıa gözdən itincə arxasınca baxar, baxar, sonra yenidən sinfə qayıdardı.Bu günsə ilk dəfə onu evə ötürmək qərarına gəldi.Söhbət edə-edə Aytəngilin məhəlləsinə yaxınlaşdılar.Elə burdaca sağollaşıb ayrıldılar..
Həmin gündən etibarən demək olar hər gün dərsdən sonra evə birlikdə qayıdardılar.Aytəni evə ötürəndən sonra Kamil yenidən məktəbə dönərdi.Günlər ötdükcə bu dostluq sevgiyə çevrilməyə başladı.Kamilin qəlbindəki bu sevgi çoxdan kök atsa da Aytənin qəlbində yeni-yeni cücərməyə başlayırd.Atasından sonra ona dayaq, sığınacaq yeri olmuşdu həm də Kamil.Həm dostu, həm sevgilisi, həm də atasıydı sanki..
Artıq məktəb tətili idi.Kamil yüksək balla istədiyi fakültəyə qəbul olmuşdu.Daha istədiyi qədər Aytənlə görüşməyə vaxtı olacaqdı.Tələbə olmaqdan daha çox buna sevinirdi.Aytəninsə ata-anası kiçik qardaşını müalicə üçün şəhərə aparmış, bir neçə gün orda, xalasıgildə qalacaqdılar.Aytəni də böyük bacısı Dilarəgilə tapşırmışdılar.Onlar şəhərdən dönənədək orada qalacaqdı.Bu, Aytənin lap ürəyindən oldu.Dilarədən kitabxanaya getmək bəhanəsilə evdən çıxıb Kamillə rahatca görüşə bilirdi.Aytən çox xoşbəxt idi.O, nəhayət ki, öz ağ atlı şahzadəsini tapmışdı.Sevgisi gözünü o qədər tutmuşdu ki, bir gün heç düşünmədən, etiraz belə etmədən özünü tamamən Kamilə təslim etdi.Peşman da deyildi.Əksinə, sanki bununla sevgisini sübut etmişdi...
Günlər keçdi..Aytənin kiçik qardaşı artıq sağalmış və böyümüşdü.Daha onu əvvəlki kimi tez-tez həkimə aparmırdılar.Yenə bütün diqqət və nəzarət Aytənə yönəlmişdi.Atası onu özü məktəbə aparmasa belə, bir az məktəbdə gecikən kimi anası tez-tez Aytənin mobil telefonuna zəng edər, ya da ardınca məktəbə gedərdi.Yenə əvvəlki gərgin, sıxıntılı günlər qayıtmışdı.Ehh..Əvvəllər bir təhər dözürdüsə indi ürəyi partlayırdı.Axı indi onun Kamili vardı.Bir aydan çox idi görüşə bilmirdi onunla.Kamillə danışdığını bir gün atası eşitdi və onu bərk cəzalandırdı..Mobil telefonunu da əlindən aldılar.Bir müddət məktəbə də buraxmadılar...
Bir yandan atasının ona gündən-günə artan qəddarlığı, bir yandan da canından çox sevdiyi Kamilini üzünə aylarla həsrət qalması onu çox üzürdü.Yeməyə də həvəsi qaçmışdı.Daha dözə bilmədi.Bir gecə bir qutu dərman atıb canını qurtarmaq istədi bu yaşayışdan.İntihar cəhdi baş tutmadı.Evdəki vəziyyəti daha da pisləşdi.Qızını intihara vadar edən ata qəlbi heç olmasa səhvini başa düşüb indi bir az yumşalmaqdansa bu hadisədən sonra daha da bərkidi.Telefonu əlindən alınıb qırılandan sonra rəfiqəsinin telefonundan Kamilə yazdığı sms-də Aytən özü xahiş etmişdi ki:-“Daha məni axtarma.Evdə problemlərim yaranıb.Özüm səni axtaracam.Dalımca məktəbə də gəlmə.Xahiş edirəm..Məni sevirsənsə hələlik unut məni..”Kamil sms-i oxuyandan sonra Aytənin rəfiqəsindən işin nə yerdə olduğunu öyrəndi.Bir müddət onu görmək üçün məktəbə getmədi.Aranın sakitləşməsini gözlədi.Axırıncı görüşdən iki ay sonra sevgilisininn intihar cəhdini eşidən Kamili daha saxlamaq olmurdu.Daha dözə bilmədi.O nə olursa-olsun mütləq görüşməliydi Aytənlə.Amma necə?Məktəbə getməklə onu pis vəziyyətdə qoymaq istəmirdi.Hər dəfə də rəfiqəsindən söz göndərə bilməzdi ki..Üzünü görməsə belə heç olmasa səsini eşidə biləydi kaş.
Elə səhərisi günü rəfiqəsi Lamiyədən xahiş edib aldığı mobil telefonu və nömrəni onunla Aytənə göndərdi.Uzun ayrılıqdan sonra ilk dəfə danışdılar o gecə:
-Heç inanmırdım səsini bir də eşidəm, Balacam.(Kamil Aytənə çox zaman “Balacam” deyırdi)Necəsən indi?
-Bir az yaxşıyam.Səsini eşidən kimi bir az da yaxşı oldum.Nə yaxşı ki sən varsan, əzizim.
-Səninçün bilirsən necə darıxmışam?Sabah məktəbə gəlsəm görə biləcəmmi səni?
-Yox, sabah yox.Sabah gəlmə.Atam gələcək dalımca..
-Yenə atan??Axı sən çoxdan böyümüsən.
-Özümü bu günlərdə çox pis hiss edirəm.Dünən məktəbdən gələndə yolda ürəyim sıxıldı.Evə zəng etdilər, atam gəlib apardı.Müalicə alıram indi.Hələlik atam aparıb-gətirəcək məktəbə.
-İki aydır güclə dözürəm.Ürəyim partlayır lap.Bütün günü, 24 saatı səninlə danışsam yenə doymaram.Amma sənə problem yaratmaq istəmirəm.Nə vaxt danışmaq imkanın olsa xəbər elə.Öpürəm..Özünə yaxşı bax.Tez sağal.Daha çalış xəstələnməyəsən.Sən mənə çoox lazımsan, Balacam..
-Atam işdən gec gəldiyi üçün gec də yatır.Anam da onu qarşılamaq, yeməyini vermək üçün oyaq qalır.Bütün evdəkilər hamsı yatınca çox gec olur.Ancaq gecə 3-dən sonra tam sakitlik olur.Sənə qıymıram.Onsuz da hər gün səhər tezdən oyanırsan ki dərsə gedəsən.Hər səhər 6-da oyanıb hazırlaşmalısan.Gecə mənimlə danışsan gərək bütün gecə oyaq qalasan.Yox, olmaz.Yaxşısı budur ancaq həftə sonları danışaq.Dərsə getmədiyin günlər.
-Yox, yox, yox!!Mən səni hər gün eşitmək istəyirəm.Sən məni düşünmə.Dərsdən evə gələn kimi yatıb dincələrəm bir az.Hər gecə zəngini gözləyəcəm, haa.İndisə get, yat.Yuxun şip-şirin olsun, Balacam...
Ardı var...
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR