Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...
İCAZƏSİZ KOPY EDİLMƏSİ QADAĞANDIR!!!
Otağa qayıdandan sonra çalışdım bu fikirlərlə başımı yormayım.Axşama parti var idi.Çox maraqlıdır Əbu-Dabinin göbəyində nə parti?Bakıdakı kimi olacaqdı?İçki,rəqs,qızlar…darıxmışdım e bütün bunlar üçün lap…
İki saat sonra artıq ağız deyəni qulaq eşitmirdi.Çox qəribə mənzərə var idi.Çöldən içəri girənə qədər hamı normal şəkildə,içəri girəndən sonra isə bu şəhərdə qadağan olan hər nə vardısa…Bütün xarici qonağlar,səfirliklərin əməkdaşları,Ərəb şeyxlərinin qiyafə dəyişmiş vəliəhdləri daha kimlər,kimlər.Əbu-Dabidən bezənlərin özlərini sərbəst Avropa mühitində hiss edə biləcək yeganə yer imiş sən demə bura.İçəridə seçmək olmurdu kim yerlidir,kim gəlmə.Cengiz yeri gəldikcə tanıdırdı gördüklərini mənə.Bu filan şərkətin prezidentinin oğlu,bu bəhmən səhmlərin başçısı,bu filan səfirlikdən…Belə nəticə çıxartdım ki,sadə vətəndaşlar quş olub buralaradan uça da bilməzlər.Bəs nə bilmişdin,Əbu-Dabinin göbəyində belə şərait adi ərəbli üçün təşkil olmazdı hər halda.Özü də “Gizli!”.Amma insafən deyəsən içəridəki musiqi səsi çöldə eşidilmirdi.Gendən adi zirzəmiyə oxşayan tiklinin rəngarəng işıqları elə içəridə boğulurdu,daha çölə yansımırdı.Bu qaralar yaxşı fikirləşmişdilər..Qapıdan girəndən uzun yarımqaranlıq dəhlizdən keçirdik.İki yolu var idi-biri tikinti materialları olan rütubətli anbara digəri,daha sıxlaşan dəhliz isə bu geniş salona aparırdı.Demək olar ki,yeri qazıb içində klub düzəltmişdilər.Çox vacibmiş kimi…
-Elxan ağa,endir gözlərini kəlləndən..Bura ilk dəfə gələndə mən də belə təəccüblənmişdim.
-İlk dəfə gələndə??Soruşmaq ayıb olmasın nə vaxt gəlmisən sən bura?
-Cavan vaxtlarda.Sən onda hələ mənim xəyallarımda idin.
Vəssalam!Yenə başladılar.Bərfim Cengizin dik burnundan öpüb əlinin tutub qaldırdı.Cengiz duranda mənə bir də sataşmağı unutmadı:
-Endir,ətrafa bax,bəlkə dişə dəyəsi bir şey tapdın..Xixi
-Cengiz!
-Əzizim,Elxan üçün deyirəm də.
-Demə!Uşağın tərbiyəsini pozma
Bərfim rəqs edəndə bir başqa aləm olurdu.Mən də həvəslə baxırdlım onun ritmik hərəkətlərinə.Mahnı dəyişəndə isə qanım əməlli başlı qaraldı.Az qala qucağlaşmışdılar salonun ortasında.Yarıqaranlıq zalda Cengizin əli Bərfimin kürəyindən aşağı enəndə artıq dözə bilmədim.Mən bir şeyi başa düşmürəm!Bu oğlan hamının gözü qarşısında millətin diqqətini arvadının budlarına,ombalarına niyə çəkir ki?!Bu nə saymazyanlıq,özünə inmadır?!Bəlkə də sadəcə ağlına gəlmir ki,bu qarışıqlıqda kimsə gözünü onlara zilləyə bilər…
-İz Kafkaz?
Səsə çevrildim.Başımın üstündə sarışın qız durmuşdu.Əvvəl çoxdandır eşitmədiyim dildə nə dediyinbi başa düşmədim.
-Siqaret,u vas est?
Yalan dedim:
-Yox,mən çəkmirəm.
-Afərin!Onunkundan olar?
Cengizin siqaretindən götürdü.Təklifsiz filansız keçib yanımda oturdu.
-Təksən?
-Belə demək olar.
-Sənə vaxt sərf edə bilərəm…
Fahişəyə oxşamırdı.Yəni o qədər də görünmürdü.Sadəcə sərbəst Rus qızı,görünür Rusiyanın solğun havasından bezib qızınmaq üçün Əbu-dabiyə üz tutmuş turist idi.
-Görməli başqa işin yoxdur?
-Darıxıram,malış…
Malış! Biri malış deyir biri uşaq…
-Yaxşı,içmək stəyirsən?
-Pis olmazdı…
Təzə qədəh götürüb konyak süzdüm.Qədəhi alıb əlimdən tutdu.
-Gedək sizə…
Hiss elədim ki,qızarıram.Yox mən elə də müqəddəs deyildim,həyatımda aldığım ilk belə təklif də deyildi,Slavyan xarakterli qızların həyat fəlsəfələrinə də bələd idim elə əsl biz bakılılar üçün göydəndüşmə xasiyyət idi.Hər halda hər şeyin hesabın-kitabın tutan bizim qızlara nisbətən.Amma yenə də ani qərar verə bilmədim,Bərfim tərəfə baxdım,başını Cengizin çiyninə qoyub gözlərini gah mənə,gah yanımdakı sarı saça tərəf firladırdı,acıqlı idi nədənsə,yəqin Cengiz xətrinə dəymişdi.Mən qıza cavab verməyə macal tapmamış başımızın üstündə bir zənci peyda oldu,kobud hərəkətlə qızın qolundan yuxarı dartdı,qız əcaib səslə qışqırdı:
-Burax!
Mən ani çaşqınlıqdan sonra ayağa durdum,oğlan heç imkan vermədi dillənəm:
-Sən sus! Malış!
Cengiz Bərfimin ciyinlərinə sığal çəkirdi…
Stolun üstündən külqabını götürüb var gücümlə zəncinin alnına çırpdım.
Musiqi dayandı.İçərdəkilər narahatlıqla yerlərindən qurdalandılar,barmen,klubun mühvizəsi tələsik yanımıza qaçdı,zəncini qaşının üstündən qan axırdı amma təslim olmurdu,boğazımdan elə sıxırdı ki, altdan böyrünə vurduğum yumruqlar da təsir eləmirdi deyəsən bu pəzəvəngə…
Kimsə onu üstümdən qaldırdı.Ayağa duranda Cengizin mənə sarı tələsik gəldiyini gördüm,Bahadur da özünü yetirdi,Bərfim kənardan acıqlı nəzərlərlə mənə baxırdı.Cengiz heç kimə heç nə izah edə bilməmiş özümüzü kiçik otaqda gördük.İki polis olardı da hər halda,zəncini dindirirdi.Bərfim dayanmadan danışırdı.
-Gecəmizi bərbad etdin! Mən anlamıram bir gün dava eləmədən,baş yarmadan qala bilmirsən sən?!
-Bərfim!...-Cengiz onu sakitləşdirməyə cəhd edirdi-Sənə nə olub axı?
-Görmürsən nə elədi?! Qız qəhətdir ona? Hökmən başqasının malına göz dikməlidir?
-Qız özü yaxınlaşıb, eşitdin ki.
Bərfim hirslə əlini yellədi,mən burnumdan axan qanı dayandırmaq üçün başımı yuxarı qaldırmışdım,zalımın balasının əli nə ağır imiş…
Zənciylə məni “Barışdırdılar”.Deməli qız bunun Moskvadan gətirdiyi imiş,içkini artıq edəndə kimi yanında oturacağını unudurmuş..Özümə gülməyim gəlirdi.
Bahadurla mən otelə qayıtdıq.Bara girib bir az içmək istəyirdim.İçəri girəndə Bərfimlə Cengizi də gördüm,bizdən əvvəl çatmışdılar.Qanım yenə qaraldı.
-Siz evə getmədiz?
-Yo,Elxan ağayla işim var bir az.Sən gəl görüm bir bu yana
Bahaduru da çəkib barın o başına getdilər.Bərfimə tərəf baxmasamn da bilirdim ki,gözü üzümdədir.
-Bəyəndin elədiyini??
Dinmədim,sakitcə ona baxdım,birdən gülümsündü
-Səni ən yaxşı rəfiqəmə hədiyyə edəcəm.Hayif eləmə özünü…
Qulaqlarıma inanmadım,demək olar ki ağzım açıq qalmışdı.Bərfim bic-bic gülüb Cengizgilə yaxınlaşdı.Tək qalandan sonra içimdəki istilik yavaş-yavaş keçdi.Bu nə söz idi bu qız mənə dedi?Həm nə vardı belə utanılası? O qadın ola-ola bunu deməydən çəkinmirsə mən niyə qızrıb pörtürəm onun qarşısında.Deməli mənim haqqımda bunu öz planları var imiş…hiss eləyirdim ki onlara tərəf baxa bilmirəm.Bir müddət tək qaldım,yuxum gəlirdi artıq.
-Vəziyyət?...-Cengiz bardakı asta səslə səslənən müsiqinin sədaları altında yaxınlaşdı mənə
-Babat…
-Darıxırsan?
-Bir az.
-Danışırsan evlə?
-Bayaq danışdım.
-Bir problem yoxdur ki?
Onun sualına sualla cavab verdim:
-Mən ümumiyyətlə niyə burda olduğumuzu bilmirəm.
Darıxma,bu bekarçılığı elə axtaracaqsan iki-üç gündən sonra…-Qolumdan tutub sakit guşəyə çəkdi:
-Sabah Bakıya qayıdıram.
-Nə?!
-İşlə bağlı problem çıxıb,yoluna qoyum məsələni.
-Mən də gəlim.
-Yox,burdakı nümayəndələrlə sən danışıq aparacaqsan.Eyni zamanda ikinci gün atamla baş iclasda olacaqsan.Şirkəti sən təmsil edəcəksən…-Əlini çiynimə vurdu-Buralar sənə əmanətdir mən gələnə qədər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Erməni atəşlərindən zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar"
Marsili sindromu: ağrı hiss etməyən ailə
Alsunun qızının birinciliyi əlindən alındı
DİM imtahan nəticələrini açıqladı
195 ölkəni səyahət edən qız Rekord Qırdı
Kıvanç Tatlıtuğ əsəbləşdi-"SÜBUT EDİN!"
Keti Perri ölümdən döndü - FOTO
Trampdan TARİXİ ETİRAF: "Silah şirkətləri xoşbəxt olsun deyə əsgərlərimiz..."
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
Sürətli oxu - 4
Repetitorluq - günümüzün dəbi, yoxsa?..
Yaşıl meydanlarda fırtına əsdirən qadınlar
Qurban bayramı ilə bağlı Açıqlama
Diş sensoru sağlamlığa nəzarət edəcək
Fransız qadınlarının ən çox sevdiyi geyimlər
Ebru Gündeş birdəfəlik Amerikaya köçdür-SƏBƏB
Məşhur aparıcıdan 10 milyonluq ianə
Ard-arda terror Türkiyəni sarsıtdı: 3 ölü, 35 yaralı
Başqasına etibarnamə verənlərin nəzərinə - VİDEO
Dekolteli ziyafət donları
Pulqabı modelləri (2)
Nanəli dondurma (foto resept)
“YouTube”un bu yeniliyi ürəyinizcə olacaq
Bu bitkiləri evdə saxlamayın
Pakistan mediası Xocalı faciəsindən yazdı
Gəlinlik modelləri
Hollivud ulduzu müsəlman olur
Hava haqqında
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Quru dərilər üçün maska
Ermənistan Azərbaycana başqa yol qoymur
Ruslar Sofiya Rotarunu istəmədilər
8 yaşlı qızın mədəsindən çıxanlar QORXUTDU - FOTO
Səudiyyə Ərəbistanında 120 min illik ayaq izi tapıldı
“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu - VİDEO
Türkiyədə insanlar üzərində test edilən koronavirus peyvəndindən xəbər var
Alişan yoldaşının saçından yazdı-FOTO
Abituriyentlərin qeydiyyatı başladı
Ayı qapının zəngini basıb qaçdı - VİDEO
Bu kişi həyat yoldaşına 55 min paltar alıb
"Beatles" qrupunun məşhur gitarası satılır-FOTO
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Azərbaycanda yeni futbol liqası yaradılır
Azərbaycanda temperatur -10 dərəcədən aşağı düşdü
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
Ağdamda gördüyü mənzərə fotoqrafı dəhşətə gətirdi
Kişiləri nələr hirsləndirir
BÜRCLƏR bizə nə vəd edir? - 12 MAY
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
Telefonla tanışlığa necə baxırsınız?
- ŞƏRHLƏR