Qonşu borcu
-Səsinizi Allah kəssin!Əlinizdən köçəsi olmuşam.Beş dəqiqə dincəlməyə imkan vermirsiz.Gedib xarabanızın qabağında oynasanız.Göbəyiniz buradamı basdırılıb, a qırılmışlar?!Yox,sizdən adam olmayacaq!Mən gələcəyi görənəm.Bandit,arvadbaz,oğru...nə pis desəm,
olacaqsınız,adamdan başqa.Yetimçələr...
Yenə Səriyyə qarının gül ağzı açılmışdı.Hər gün səhər-axşam gül ağzının tikanlarını dəcəl,məsum uşaqların qulaqlarına batırırdı.Hələ bunlar tikanların kiçikləriydi.Tikanlar uşaqları incitmirdi;əksinə,qıdıqları gəlirdi,güldükcə gülürdülər.Qarı cırnayır,əlindəki neçə illik əl yoldaşı uzun çubuqla hücuma keçirdi.Pərən-pərən dağılırdılar həyətin arxasına.
Qarının çubuğuna öz aralarında “falaqqa”deyirdilər uşaqlar.Böyüklərdən eşitmişdilər- keçmişdə mədrəsələrdə dərs deyən müəllim-mollaların, dərsini bilməyən uşaqları falaqqa-çubuqla cəzalandırdığını.Səriyyə nənələrisə dərslərini biləndə çubuqlayırdı onları yun kimi. Dövlət himni oxuyanda,şer deyəndə...-nə etsələr,cəzalanırdılar,səslərini eşitmək istəmirdi. İkiotaqlı mənzili bu doqquzmərtəbəli binanın birinci mərtəbəsindəydi;həyətdəki pıçıltını da eşidirdi.Qulaqları sahmanıydı.Qulaqlarına üzbəüz surətdə tikan batıran yox idi,arxadan vardı;gəlib çatmırdı-kölgəsinin qulağına batırdı.Tək yaşayırdı;darıxırdı,özüylə həmsöhbətlikdən bezirdi.Vaxtının çoxunu həyətdə,qonşularda keçirirdi.Daha doğrusu,vaxtını öldürə-öldürə öz ölümünü gözləyirdi.
Tərcümeyi-halını bilirdilər qonşular qarının.Özü danışmışdı.Əri kür adammış,ailəsiylə pis rəftar eləyirmiş.İki tələbə oğlunun biri ruhi xəstəyə çevrilir bu üzdən,qardaşıyla özünü yandırır...Ataları dözmür,sağalmaz xəstəlikdən ölür.Oğullarının ilinə kimi də yaşamır.Qızı ərə gedəndən sonra- Bakının kəndində yaşayırdı-evini satıb indikini alır...
Əsas detalları qarı yox,ayrıları açıqlamışdı qonşulara. Üstünü vurmurdular.Qarının həyatdakı yeganə qız övladınınsa ana axtardığını görməmişdilər.Özü pisləyirdi qızını,xəstə olduğunu da deyirdi.Arada gedib baş çəkirdi qızına,nəvələrinə.Nəvələri balaca olanda hərdən yanına gəlirlərmiş.
Acınacaqlı taleyi xasiyyətini dəyişdirmiş,bir qədər qəddar,sərt, küsəyən eləmişdi qarını.Dönəcəyi yaxınıydı amma.Başqa insanlar kimi,yaxşı cəhətləri də çoxuydu.Əsas da halallığı, dürüstlüyü mənfi cəhətlərini üstələyirdi. ”Dəmir şişlə dağlayır,kərə yağla yağlayır”dı.Bina sakinləri şıltaqlıqlarına dözürdülər,hər cür yardım göstərirdilər.Hövsələsiz qadınların bəzilərisə tablaşmamış, əlaqəsini kəsmişdi onunla.Xasiyyətini kobudlaşdıran taleyi gözəlliyini kobudlaşdırmamışdı.Ağappaq sifətini bürüyən qırışların yan-yörəsindəki gözəlliyinin qalıqları reklam işıqlarıtək,külün altındakı köztək işarırdılar.Bədəni də şux qalmışdı.
Binaya-Səriyyə xalanın üstünə Fidan adlı evli qadın köçəndə qılıncı qında durmadı,tezcə ayaqaçdı elədi.Fidanın əri evdə olmayanda gedib-gəlirdi.Xoş dillə danışan,uşaqların başını sığallayan qarıya alışdılar.Vəziyyət dəyişdi,Fidan- evində qonağa çevrilməyə başladı.Əmrləri özündən əvvəl qapıdan içəri girdi:”Televizoru söndürün,başım ağrıyır!”,”Sakit durun,hamınız məni dinləyin!”və sairə.Bir dəfə evin sonbeşik qızının qolundan sanballı burmac götürəndə o dözmədi,ağlayaraq qışqırdı:
-Sən nə pis nənəsən!
Qarı əsəbiləşdi,”falaqqası”səsiylə yanaşı şahə qalxdı:
-Adə,bunun dilinə də bax hələ bir!Fidan qızım,mən səni yaxşı insan,ana sanırdım, budumu öyrətdiyin uşaq?Bizim uşaqların ağzı nəyiydi böyüyə cavab qaytaraydılar.Sən canın,dur,bunun ağzını-burnunu partlat,bir də belə qələt eləməsin.
Fidan, qızının ağız-burnunu partlatmadı,amma az qaldı ürəyi partlaya.Özünü ələ aldı.
Kirayənişinləriylə də yollaşmırdı qarı.Evə buraxanda damaqlarına şəkər əzib tökürdü,kirə pulunu alandan sonra gizlətdiyi tikanları çıxarırdı.Hərəsinə bir qulp qoyurdu:”Əli mədəniyyətsizdi,hamamımda çimir”,”Namiq arvadıyla mazaqlaşır”...-belə iradları çox idi. Kirayənişinlər uzaqbaşı iki ay qalırdılar evində.Evinə göz dikənlər tapılırdı.Onlar qarının nazıyla oynayır,qılıqlayıb evin sənədlərini ələ keçirmək istəyirdilər.Çoxbilmiş idi,aldanmırdı.Qonşuluqda yaşayan həmyaşıdı kişi saqqızını oğurlamaq istəyirdi.Qarıya sevgisini bəyan eləyəndə cilvələndi,zamanı unutdu.Ömür tarixinin dərin qatlarında batıb qalan duyğuları oyandı.Cavanlarsayağı,güllü sarafan don geyinib evinin qabağındakı oturacaqda saatlarla kişiylə söhbətləşdi.İki yalqız qoca bir-birlərinə gərək idilər:vaxtlarını öldürməkçün. Sevgiləri qürub edən günəşin solğun şüalarına bənzəyirdi-heç birini isidə bilmədi.Evlənmək fikrini anlayınca kişiylə bəhməzi böldü...
Fidangil yeni-geniş mənzil alası oldular.Qarı eşidib Fidanın yanına qaçdı.Ürəyini cavan qadına açdı:
-Qızım,neçə ildi qonşuyuq.Səndən pislik görmədim.Yoldaşından da razıyam.Çox gözütox adamlarsınız.Bir dəfə mənim evimlə maraqlanmadınız.Bilirsən ki,qocalmışam,təklik mənə əl vermir.Ev-eşik işlərini görə bilmirəm,gücüm yoxdu.Gəlsənə,deyirəm,mənə yiyə durub saxlayasınız,evim də mən öləndə sizə qala.Bir sizə etibar edirəm.Nə olar,dağa-daşa salma məni.
Fidan nə deyəcəyini bilmədi.Ürəyindən deyildi bu təklif.Qarıya yox deyəmmədi,inciyərdi.
-Sağ ol,nənə.Biz də səni çox istəyirik.Yaxşı,təklifini yoldaşıma çatdıraram,cavabını sənə deyərəm-dedi.
Fidanın açdığı mövzuya tezcə nöqtə qoydu əri Nəriman:
-Yox,özgə evi lazım deyil bizə,Fidan.Həm də o qadınla yola getmək çətindi.
İki gün keçdi...Gecənin yarısı Səriyyə qarının şəbəkəsiz pəncərəsi çilikləndi...Üzünü bürümüş iki nəfər sınmış pəncərədən içəri girdilər.Qarını hədələdilər:
-Qoca kaftar,evin sənədləri haradadır?Çıxart,yoxsa öldürəcəyik səni.
-Qorxudan dili tutuldu,cavab verəmmədi.
Gələnlər evin altını üstünə çevirdilər,sənədləri tapmadılar.Qarını hirslə divara çırpıb getdilər.
Səhər açıldı.Qonşular çiliklənmiş pəncərəni görəndə dəhşətə gəldilər.Pəncərədən içəri keçdilər.Qarı dəhlizdə uzanıb zarıyırdı.Yerdən qaldırdılar,yatağına uzatdılar.Polis arama aparıb getdi.Bundan sonra hərə bir işin qulpundan yapışdı.Qarını rahatladılar,ev-eşiyi yığışdırdılar. Handan-hana özünə gəldi,dili dolaşa-dolaşa olanları anlatdı.
Qonşular növbəylə qarıya qulluq edirdilər.Evlərindən ləziz xörəklər bişirib gətirirdilər.Qocalar evinə yerləşdiriləcəkdi,ona qədər qonşuluq borcunu yerinə yetirirdilər.Ayağa qalxanda get-gəli seyrəltdilər.Və bir gün hamamda ayağı sürüşdü,qıçı sındı.Qonşular yenə köməyinə yetişdilər.Xəstəxanaya aparıb ayağını sarıtdılar. Adətləri üzrə yenə qulluğuna durdular təmənnasız. Bir-iki nəfər təmənna güdənlər də fikrindən daşındı:dünyadan köçəndə heç kim var-dövlət aparmırdı.Yazıqları gəlirdi zavallı qarıya.TÜRK soyluydular,xəmirləri xeyirxahlıq mayasıyla yoğrulmuşdu.
Qarı,batmış səsiylə hamya alqış eləyirdi.Qulluğuna duran gündə neçə kərə”qanına qəltan elədiyi”,”yetim qoyduğu”,səslərindən zəhləsi getdiyi uşaqlara da.Amma borcödəmə uzun çəkmədi...Qarının qız nəvəsi bir oğlanla qapıdan girdi.Salamsız,saymazyana nənəsini oğlanla köməkləşib yerindən qaldırdı.Həyətdəki avtomaşına mindirdilər.Qız geri qayıtdı,üzünü don vuran qonşulara tutdu:
-Nənəm evin sənədlərini hansınıza verib?O sənədlərin xətrinə arvada canfəşanlıq edirdiniz. Keçməz,Səriyyənin yiyəsi bizik,evinin də.Sənədləri verin,gedirəm.Onsuz nənəmdən öyrənəcəm,onda polis işə qarışacaq,işiniz şuluq olacaq.
Sənədləri Həvva müəlliməyə-saxlamağa vermişdi qarı.Gətirib qıza uzatdı:
-Ayıb olsun sənə!Bizləri özünə oxşatma.Dediklərin sənə yaraşır.Nə etmişik,Tanrı xətrinə, insanlıq xətrinə etmişik.Evsizikmi bəyəm?De görüm,necə yiyəsisiniz ki,qapısını açıb girmirdiniz nənənin?Sənədlər,ev sənin olsun.Barı,aparma Səriyyə xalanı,özümüz baxaq,öləndə də urvatlı dəfn edək.Sizə etibarımız yoxdu-dedi.
Həvva müəllimə deməyi unutdu:qarının evinə basdıya gələn bu qızla oğlanmış.
Sənədləri alıcı quştək götürən qız aradan çıxdı.Qapının ağzında son ultimatumunu verdi:
-Bitdi qonşuluğunuz Səriyyəylə.Koneç filma.Öləndə də üstünə gəlməyin.Qapıdan qovaram,biabır olarsınız.
Az keçmişdi,Səriyyə qarı öldü.Qonşular çarəsiz halda bağlı qapısının ağzına yığışıb ağlaşdılar,mollaya yasin oxutdular.Son borclarını ödəyəmmədilər ürəklərincə qarıya.Getmək istəmirdi, ağlayırdı,yəqin evində ölmək istəyirdi .
Təzə qonşular Səriyyə qarının evdə qalan atılası əşyalarını zibilxanaya daşıdılar.Çubuğunu da atmaq istəyəndə həyətdə oynayan uşaqlar gördülər.Çubuğu əllərinə götürüb Səriyyə qarının oturacağına doğru yönəldilər.Oturacağın qırağında dayandılar başıaşağı xeyli.Sonra çubuğu oturacağın üstünə qoydular.Onların aləmində,oturacaq- Səriyyə qarının xatirə lövhəsi,çubuq-yas gülünə çevrilmiş qərənfil dəstəsiydi.Qırx gün kimsəyə icazə vermədilər oturacaqda əyləşməyə,çubuq yerindəcə durdu.
Səriyyə qarı da belə şəhid oldu-öləsi vaxtında...
iyul,2010-cu il.
XƏBƏR LENTİ
SƏFURƏ ƏLİZADƏ stili
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Urmiya gölü çöl oldu
Komada olan şoumendən xəbər var
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün qoroskopu:Məqsədinizə doğru inadla iraliləyin
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Bəzi şəhər və rayonlarda su kəsiləcək
Nemtsovun qətlini kim sifariş verib?
Xoşbəxtliyi ölçən cihaz
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
4K formatlı planşet gəlir
Ermənistanla Avropa Birliyi arasında heç bir sənəd imzalanmayacaq
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Hər kəsin qorxduğu qadın-FOTO
Əzvay şirəsi
Böyüklərə hörmət qalıbmı?
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
İdeal pəhrizin incə məqamları
Koronavirusla döyüşən mübariz xəstələr və fədakar həkimlər - “YENİ KLİNİKA”DAN REPORTAJ - VİDEO
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
90 yaşlı qadından möhtəşəm məsləhətlər.
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Ağıllı insanların ortaq xüsusiyyətləri
Bakıda sürücülərin bu əzabı nə vaxt bitəcək?
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Təmiz zeytun yağını necə tanıyaq?
20 yaşlı gənclərin bilməli olduğu 20 şey
Yaşını eşidən heyrət etdi-FOTO
Operatordan qəribə addım - VİDEO
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Gözümüzdəki işıq
Cütlüklər üçün idman növləri
Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır
Azərbaycanlılar Türkiyənin bu şəhərinə axın edir
İxtisas seçimi başlandı
7 rayon qazsız qalacaq
Kiara Ferragni
Azərbaycan müharibə mesajı verdi
Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ
Riki Martin qızının FOTOsunu paylaşdı
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı
Ançelottidən sonra Pelleqrini seçildi
Gəlinliyə uyğun buzqalter necə seçilir?
Uşaqlar neçə saat yatmalıdır?
Məşhur həkim bu dəfə Dönərdən Danışdı
Marsda şəhər salınacaq-VİDEO
Yayın artan "dərəcə"ləri ölüm gətirir
- ŞƏRHLƏR