Yenə adi günlərdən biri... Bir az yorğun, bir az sıxıcı, bir o qədər də darıxdırıcı... Nuran işdən evə qayıdırdı. Yorğun idi. Gecə səhərə qədər işinə görə çertyoj çəkmişdi. Yatmamışdı. Bir an öncə evə gedib yatmağı fikirləşirdi. Öz avtomobili ilə evə gedirdi. Birdən qışqırırq səsi gəldi. İlk öncə nə baş verdiyini anlamadı. Maşından düşdü. Birdə nə görsə yaxşıdır? Maşının qarşısında iki nəfər uzanıb. Biri yaşlı qadın, digəri isə gözəl bir qız idi. Nuran tez düşünmədən yaşlı xanımı və qızı birtəhər heç kim görmədən maşınına qoydu və xəstəxanaya üz tutdu. Xəstəxanaya çatdı və tibb bacılarının köməyi ilə maşındakıları düşürtdü. İkisini də əməliyyata götürdülər. Onlar əməliyyatda olan zaman polislər Nurana yaxınlaşıb, hadisənin necə baş verdiyini soruşdular. Nuran ilk öncə qorxdu, bilmədi nə desin. Doğrunu desə həbsə atılacaqdı, yalan desə vicdanı sızlayacaqdı. Amma yalan söylədi:
- Mən işdən gəlirdim birdən yolun qırağında uzanmış iki nəfər gördüm. İlk öncə nə baş verdiyini anlamadım. Maşından düşdüm və onlara yaxınlaşdım. Yerdə uzananların insan olduğunu görəndə tez onları maşınıma mindirib xəstəxanaya gətirdim.
Polislər:
- Oldu, hələlik bu qədər yetər, xəstələr əməliyyatdan çıxıb, özlərinə gəldikdən sonra onlarında ifadəsini alacağıq.
Nuran:
- Oldu. Dəyməz.
Nuran oldu desə də əslində olmamışdı. Doğrunu söyləmək yerinə əksinə yalan söyləmişdi. Amma nə etsin? O, həbsə düşsə işi-gücü qalacaqdı. İflas edərdi. Yerinə keçəcək heç kim də yox idi. Bu düşüncələr içərisində Nuran bir də gördüki, həkim əməliyyatxanadan çıxdı.
Nuran:
- Nə oldu? Vəziyyətləri necədir?
Həkim:
- Baxın, yaşlı qadının vəziyyəti çox ağırdır. Cavan xanımın isə vəziyyəti demək olar ki, yaxşıdır. Amma Allahdan ümidinizi üzməyin. İnşaAllah ikisi də sağalar.
- İnşaAllah, çox sağolun.
Nuran keçib bir kənarda oturdu. Nuran cavan, yaraşıqlı, 24-25 yaşlarında bir oğlan idi. Öz işi var idi. Maşınların alqı-satqısı ilə maraqlanırdı. Bir müddət sonra həkimlərin yaşlı qadının palatasına tərəf qaçdığını gördü. Nə baş verdiyini anlamadı. Təlaşlanmışdı Nuran. Yaşlı qadına bir şey oldusa, nə edəcəkdi Nuran? O bu vicdan əzabı ilə necə yaşayacaqdı bir ömür boyu? Bir müddət sonra həkimlər palatadan çıxdılar.
Nuran:
- Noldu? - deyə təlaşla soruşdu.
Həkim:
- Başınız sağolsun.
- Nə? Öldümü?
Həkim sakitcə:
- Bəli... vəziyyəti ağır idi demişdim sizə. Ömrü bu qədərmiş. - deyə cavab verdi.
Nuran üzülərək:
- Çoxsağolun.
Həkim gülümsəyib getdi. Nuran hələ də yaşlı qadının öldüyünə inanmırdı. İndi bir ömür vicdan əzabı ilə yaşayacaqdı. Sonra isə düşündü ki, yaşlı qadın öldü, amma qızı ki sağdır. Az da olsa vicdan əzabını qıza baxmaqla rahatlada bilər. Bir müddət sonra Nuran həkimin otağına gedib, həkimdən qız haqqında məlumat alır.
- Görünür ki, haqqında bəhs etdiyimiz xəstə böyük bir travma alıb. Hələ dəqiq bilmirik, amma ola bilsin ki, xəstəmiz oyandıqdan sonra yaddaş pozğunluğu ilə qarşılaşsın.
- Necə ki?
- Yəni ki, xəstəmiz bir müddət hər şeyi unudacaq, heç kimi tanımayacaq.
- Bəs bu nə qədər çəkəcək?
- Bilinmir, ola bilsin qısa müddətli olsun, ola bilsin uzun... Ola bilsin bir neçə gün sonra keçmişini xatırlasın, ola bilsin bir neçə ay sonra.
- Çoxsağolun, bəs onu görə bilərəmmi? Oyanıbmı?
- Hələ oyanmayıb, ama görə bilərsiniz. Xahiş edirəm bu görüş qısa müddətli olsun. Xəstəmizi yormayın.
- Yaxşı. - deyə cavab verən Nuran həkimin otağından çıxıb qızın otağına tərəf üz tutdu. Qapını açıb içəri girdi. Qız yatmışdı. Qız çox gözəl idi. Uzun qara saçları var idi. Nuran stolda əyləşdi və başladı qızı seyr etməyə. Bir müddət sonra gördü ki, qız gözlərini açır. Tez gedib həkimə xəbər verdi. Bir az sonra həkim gəlib qızı yoxladıqdan sonra Nurana:
- Gözünüz aydın, hərşey yaxşıdır. Xəstəmiz sağalmağa başlayır artıq, amma sizə dediyim yaddaş pozğunluğu var xəstədə.
Nuran:
- Oldu çoxsağolun. Nuran bir müddət sonra yenə qızı seyr etməyə başladı. Qızın qara saçları kimi gözləri də qara idi. Qapqara... İnsanı dünyadan alıb götürən, sakitləşdirən, rahatlaşdıran qara gözləri vardı.
Qız, sual dolu baxışlarıyla soruşdu:
- Mən kiməm? Burda nə edirəm? Siz kimsiniz?
Nuran qızı sakitləşdirməyə çalışdı:
- Sakit olun... Yolda qəzaya düşmüşdünüz, mən də sizi xəstəxanaya gətirdim.
Az da olsa qız sakitləşdi. Nuran isə sadəcə qızı seyr edirdi. Deyəsən yavaş-yavaş vurulurdu ona.
Belə-belə Nuran hər gün qızın yanına gəldikdə ona bir dəstə gül alıb gətirir, onu seyr edirdi. Qızın qara gözlərinə baxanda Nuranı fikir aparırdı. Sanki ayrı bir dünya idi qızın qara gözləri. Bütün qəm-kədəri unudurdu Nuran. Bir də gülüşü var idi. Gülüşü üçün dünya verərdi insan. Güldükcə güllər açırdı üzündə. Deyəsən yavaş-yavaş qız da Nurana aşiq olurdu.
Aradan bir müddət keçdi. Bir gün həkim Nuranı öz otağına çağırdı...
Nuran:
- Buyurun, nəsə olub ki?
Həkim:
- Yox, hər şey yaxşıdır. Sadəcə onu deyəcəkdim ki, artıq burada xəstəxanada bizim edəcəyimiz bir şey yoxdur. Biz əlimizdən gələn hər şeyi etmişik, bizə qalan sadəcə yaddaşının qayıtmasıdır. Amma yaddaşı qayıdana qədər burda qala bilməz. Yaddaşının nə vaxt qayıdacağı bilinmir. Ona görə də xəstəmizi artıq xəstəxanadan çıxarıb evə aparmalısınız.
- Yaxşı...
Nuran yaxşı desə də, amma bilmirdi ki, onu hara aparacaqdı? Qızın evini tanımır, bilmir anasından başqa bir qohumu var idimi ya yox idimi? Sonda belə bir qərara gəldi Nuran. Onu öz evinə aparsın. Çünki artıq onlar bir-birini sevirdilər. Sevgiləri qarşılıqlı idi. Bu düşüncələrlə otağa daxil oldu.
Qız Nuranı görüb soruşdu:
- Nə olub, niyə belə fikirlisən?
Nuran:
- Bayaq həkimlə danışdım, artıq burada qala bilməzsən. Onlar əllərindən gələn hər şeyi ediblər. Bizə qalan sənin yaddaşının geri qayıtmağını gözləməkdir. - deyə fikirli halda cavab verdi.
- Axı mənim gedəcəyim yerim yoxdur?!
- Bir söz deyəcəm , amma səhv başa düşmə.
Qız sakitcə cavab verdi:
- Yaxşı.
- Yaddaşın qayıdana qədər mənim evimdə qal mənimlə. Onsuz da biz biri-birimizi sevirik.
Bir az tərəddüd edən qız dedi:
- Doğru olarmı ki? Nə olsun bir-birimizi sevirik? Axı biz biri-birimizi 1 aydır tanıyırıq.
- Bu müddət ərzində bir-birimizi tanıyarıq.
- Yaxşı...
Bir müddət sonra qız hazırlaşır və Nuran çıxış işlərini həll edib qızı götürüb gedir evinə. Evə çatdıqdan sonra qızın otağını ona göstərdi:
- Buyur, bu da sənin otağındır. Sən burda qalacaqsan canım. İndi yat dincəl, yorğunsan.
- Yaxşı.
Nuran daha sonra aşağı düşür və divanda əyləşib televizoru işə salır. Televizorda bir-bir kanalları çevirirdi Nuran. Amma fikri televizorda deyildi. Yalnız qızı düşünürdü. O qara gözlərini... Bir müddət sonra qalxıb qızın otağına tərəf getdi. Qapını döydü, amma səs gəlmədi. Düşündü ki, yəqin yatıb. Yaxşısı mən aşağı düşüm, yuxudan oyanar sonra danışarıq. Bir müddət televizora baxdıqdan sonra belə bir qərara gəldi ki, qıza bir ad qoysun. Belə olmaz. Nə vaxtacan adsız gəzəcək bu qız? Bu düşüncələrlə bir də gördü ki, qız yuxudan oyanıb və pilləkənlərdən aşağı düşür.
Nuran qıza səsləndi:
- Canım gəl bura bir az danışaq.
Qız gülümsündü və bir müddət sonra gəlib Nuranın yanında əyləşdi. Nuran dilləndi:
- Canım mən bayaq belə bir qərara gəldim ki, sənə bir ad qoyaq. Belə olmaz.
- Yaxşı düşünmüsən canım, mən də elə bunu düşünürdüm.
- Gəl o zaman sənə bir ad tapaq.
- Aha tapaq.
Nuran biraz düşündükdən sonra:
- Canım Ayan adı necədir? - dedi.
- Hə, yaxşıdır. Xoşuma gəldi.
- Xoşuna gəldisə o zaman bu qalsın adın.
Qız razılığını bildirərək dedi:
- Hə, qalsın, canım.
Əslində bu ad Nuranın bacısının adı idi. Bir avtomobil qəzasında itirmişdi bacısını, həmçinin ailəsini. O gündən bu yana tək yaşayırdı Nuran.
- Nəysə canım, artıq gecdir mən gedim yatım, sən də get yat. - dedi Nuran.
Ayan da:
- Hələlik, şirin yuxular. - deyə cavab verdi.
- Sənə də.
Nuran otağına getdi və çarpayısına uzanıb Ayanı düşünməyə başladı. Onu hər dəfə gördükcə sinəsində bir titrəyiş baş verirdi. Hər dəfə onun o gözlərini gördükcə bütün dərdlərini sanki unudurdu Nuran. Nuranı bu düşüncələrlə yuxu apardı. Ayan da Nuranı düşünürdü. Onun necə xeyirxah, yaraşıqlı olduğunu... Ayan Nuranı düşünə-düşünə yuxuya getdi.
Səhər açıldı. Nuran yuxudan ayıldı və aşağı düşdü ki, süfrəni qursun, Ayanla birgə səhər yeməyi yesinlər. Aşağı düşdü və bir də nə görsə yaxşıdır? Artıq süfrə hazırdır və elə bu zaman Ayan mətbəxdən çıxdı.
Salam canım, dedim sən bu qədər əziyyət çəkirsən mənim üzərimdə, azı sənə səhər yeməyi hazırlayım.
Nuran:
- Niyə əziyyət çəkdin ki? Mən hazırlayardım süfrəni. - deyə narahat oldu.
- O qədər sən əziyyət çəkirsən üzərimdə, indi mən bir süfrə qurmuşam, çoxdurmu?
- Nə bilim.
- Nəysə, buyur əyləş.
Bir az sonra ikisi də süfrəyə əyləşir və bir müddət sonra yeyib qurtarırlar. Nuran ayağa qalxaraq:
- Canım mən işə gedirəm, bir şeyə ehtiyacın olarsa mənə zəng vurub deməyin yetərlidir. - dedi.
Ayan məmnun halda cavab verdi:
- Yaxşı, oldu. Get Allah amanında qal.
- Çoxsağol, sən də.
Bir müddət sonra Nuran evdən çıxıb gedir. Ayan da süfrəni yığır və süfrəni yığan zaman birdən başı fırlanır, gözləri qaralır və Ayan yerə yıxılır.
(Ardı var)
Müəllif: Əhəd Əhədli (13.10.13)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR