İlahə səhərdən neçə dəfə Altaya zəng etsə də telefonuna zəng çatmırdı, ev telefonu da cavab vermirdi. Narahat olmağa başlamışdı, gün ərzində dəfələrlə zəng edən Altayın başında bəlkə bir iş vardı? Faiqə zəng etdi:
-Salam Faiq, necəsən?
-Salam İlahə, nə yaxşı səndən? Sən necəsən?
-Sağ ol yaxşıyam ,işlərin necə gedir?
-Rayondayam. Şəhərin bürküsündən qaçmışıq, siz hələ şəhərdəsiz? Mahmud əmi necədi?
-Sağ ol, yaxşıdı. Faiq, Altayın telefonuna zəng çatmır, ev telefonu da cavab vermir. Narahat oldum, bilmirsən necədi?
-Hmm.. İlahə o bu gün sənə zəng etməyib?
-Yoox, nə isə olub?
-Mənimlə bayaq danışdı, Rusiyadan zəng etmişdi. Mən elə bilirəm, o getməmişdən qabaq səninlə danışıb.
Elə bil İlahənin başına bir vedrə qaynar su tökdülər. Ölgün bir səslə dilləndi, Faiqə zəng etməyinə peşman oldu:
-Yəqin çox tələsirmiş...Eybi yox, bağışla səni də narahat etdim.
Faiqin təəssüf dolu səsi eşidildi:
-Bu Altayda var da belə qəribə hərəkətlər, onun əvəzinə səndən üzr istəyirəm, bağışla İlahə. Yəqin indilərdə zəng edər.
-Yox, yox nə danışırsan? Narahat olma ona görə, yaxşı, sağ ol səni də işindən etmiyim.
-Sağ ol xoşdu.
Bu söz qulaqlarında əks-səda verdi: " Altay gedib.Necə yəni gedib? Belə xəbərsiz, bu dünyada İlahə adlı biri yoxmuş kimi?Bəlkə nə isə mənim bilmədiyim elə təcili bir işi olub ki, zəng etməyə belə imkan tapmayıb":- deyərək özünə təskinlik verdi.
Günlər keçdi... Altaydan bir zəng, bir mesaj gəlmədi. Faiqdən zəng edib onun nömrəsini götürməyi özünə sığışdırmadı. Elə bir zəmanədə yaşayırdılar ki, istəyəndə hər adamla çox qısa zamanda əlaqə yaratmaq mümkün idi. Telefon, internet...Bunlar da olmasa Altay istəsəydi, Faiq vasitəsi ilə onunla əlaqə saxlaya bilərdi. Sonda dözə bilməyib Faiqdən onun nömrəsini götürdü. Zəng etdi. Buz kimi soyuq, kiçicik bir dialoq oldu aralarında. Dəstəyin o başından qız gülüşü eşidildi. Qız qəsdən belə etdi, yoxsa təsadüfənmi alındı?! Altayın yanında olmasını İlahə sanki gözləri ilə gördü. Altayın buz kimi soyuq danışığından:"Sən arıtq mənə lazım deyilsən!" fikrini də anladı.
Fikirdən, əsəbdən əməlli başlı arıqlamışdı. Gözləri çuxura düşmüşdü. Atasını işə yola salaraq hər gün ağlayırdı. Dünən şəhərdə Ceyhunu gördü. Buz kimi soyuq baxışlarla baxırdı ona, hətta baxışlarında nifrət belə vardı. Bir zaman pərəstiş ilə baxan gözlərdə indi nifrəti görüb hiss etmək, dəhşət idi. Bunun səbəbini də bilirdi. Onu Altayın maşınına minəndə görmüşdü,özü də iki dəfə.Bu təsadüf ola bilməzdi.Deməli güdüb İlahəni. Gözlərinə inanmamış, bir xeyli dayanıb maşının dalınca baxmışdı. İlahə də Ceyhunun onları gördüyünü atasına deməsindən qorxmuşdu. O gündən Ceyhun onlara gəlmədi. Təbii ki, atasına da heç nə demədi ondan. Ceyhunu o gündən bəri ilk dəfə idi görürdü.
Onları müqayisə etdi-görünüş necə də aldadıcı imiş. İnsan dilinin arxasında gizlənib nələri edə bilərmiş?! Gün kimi aydın idi ki, Altay ondan istifadə edib. İndi dərindən fikirləşəndə bəzi şeylər yadına düşürdü. Altayla birgə olanda onun telefonu susmaq bilmirdi, zəng edənlər də hamısı "çox vacib bir iş üçün" zəng edən qohum qızlar, tələbə yoldaşları və s. idilər. Ceyhunu tanıdığı müddətdə bir dəfə də telefonda qızla danışdığını görmədi. Çox gözəl sevgi sözləri bilən, görüşdükləri qısa müddət ərzində onların hamısından bacarıqla istifadə edən Altay və baxışlarından ona vurğunluq yağan, lakin bir dəfə də bunu dilinə gətirməyən Ceyhun.Müqayisədə Ceyhun üstünlük qazandı. Ancaq gec idi. Özünü Ceyhuna layiq görmürdü. Sonra acı-acı gülümsündü. Onu maşına qəzəbli baxışlarla yola salan Ceyhuna o lazım idimi? Əlbəttə yox. Nəinki Ceyhuna bu ləkəli adla heç kimə lazım deyildi o. Hələ atası...Atasını nə günə qoydu...Ona həm ata, həm ana olmuş atasını.
Bu fikirlərlə dəli olmaq dərəcəsinə gəlirdi. Ən çox da atası ona "mələk qızım"- deyəndə ölüm arzulayırdı özünə. Bir gün aptekə gedib çoxlu dərman aldı. Özünə qəsd etmək istəyirdi. Son anda işdən tez qayıdan atası qapını döydü. Bir müddət yerindən tərpənmədi: "atamın açarı var, qapını niyə döysün? Yad adam da hər kimdisə, bir azdan çıxıb gedər". Lakin qapı israrla döyüləndə, əlindəki dərmanları döşəyinin altında gizlədərək qapıya yaxınlaşıb gözcükdən baxdı, atası idi. Tez qapını açdı. Atasının rəngi solğun, əli sarıqlı idi, işdə möhkəm əzilmişdi əli. Atasının bənizi ağarmış, belə yazıq görkəmi onu ağlatdı, onsuz da ağlamağa bəhanə axtarırdı:
-Ata, qurban olum, nə oldu sənə belə?
Mahmud kişi zəif səslə dilləndi:
-Ay mələk qızım, xırdaca bir sıyrıntıdı ağlama. Keçib gedər. Ceyhun gətirdi məni.
İlahə arxaya boylandı:
-Bəs özü hanı?
-İşə qayıtdı qızım, tələsirdi.
"İşə tələsmir. Sadəcə məni görmək istəmir"-düşündü İlahə. Atasının qoluna girib, otağa gətirdi. Divanda yanaşı əyləşdilər. İlahə əli ilə sarığın üstünü sığalladı:
-Çox ağrıyır?
-Ağrıyığrdı, əlin dəydi, keçdi ağrı-gülümsündü-Yadındadı? Sən balaca olanda yıxılıb ağlayanda, əzilən yerindən öpərdim. Sən də o dəqiqə ağlamağını kəsərdin. İndi mənə də qızımın əli dəydi, sağaldım.
O biri əli ilə qızının üzünə düşən saçlarını arxaya elədi:
-Ağlama, olmadı ki, bir balaca sıyrıntı mən boyda kişiyə nə edəcək? Birinci dəfə deyil ki...
İlahə başını atasının sinəsində gizlətdi:
-Atacan, yadındadı?Keçən il mənə təklif etmişdin ki, rayona qayıdaq. Evimizi sahmana salaq. Orada həkimlərə daha çox ehtiyac olduğunu demişdin. Mən razı olmamışdım, şəhərdə qalmaq istədiyimi demişdim. Fikrimi dəyişmişəm atacan, gəl evimizə gedək. Mən orda işləyəcəm. Səni də qoymayacam, daha ağır işdə işləyəsən. Mənə söz vermişdin bunu. Həmişə deyirdin "Sən həkim ol, mən daha işləməyəcəm". Həm də, anamın qəbrini elə ziyarət etmək istəyirəm ki...
Mahmud kişi, qızının birdən-birə belə deməsinə təəccübləndi, onun üçün çox gözlənilməz oldu onun söylədikləri. Ancaq ürəyincə oldu, sevinclə qızının saçlarından öpdü.
İlahə atasının çayını-çörəyini verib, uzanıb istirahət etməsi üçün, divanda yerini rahatladı. Mahmud kişi, başını yastığa qoyan kimi yuxuya getdi. Ağır işdə, tikintidə işlədiyi üçün çox yorğun olduğundan, belə asudə vaxtlar az-az əlinə düşürdü. İlahə bir xeyli, yerindən tərpənməyib ona tamaşa etdi.Atasının üzündə elə məsum ifadə vardı ki... İndi artıq tamam başqa fikrə düşmüşdü. Özünə qəsd etmək çıxış yolu deyildi. Tutaq ki, öldü. Bəs sonra?Ömrünü balasının rahatlığına qurban vermiş, bu zəhmətkeş, qayğıkeş ataya bunu necə rəva görmək olar? Həmişə atası işdən yorğun gələrkən, nə vaxtsa özünün də işləyib atasına kömək edəcəyini arzu edirdi. Xəyalında atasını üçün hər şey alırdı. Çünki, atası nadir hallarda özünə qıyıb pul xərcləyərdi. Arzusu idi, özü işə düzəlsin, atasını daha ağır işdə işləməyə qoymasın. Ona həm ata, həm ana olmuş insana birdən-birə belə ağır dərd verməyə onun haqqı vardımı? Niyə onun ağılsızlığının qurbanı onunla birgə atası da olmalı idi?
Belə fikirlərlə ağır-ağır stuldan qalxdı. Elə bil ayaqlarından daş asılmışdı. Otağına keçib bayaq gizlətdiyi dərmanları kağıza büküb zibilqabına atdı.
Özünə söz verdi:necə ki,atası öz ömrünü yaşamadan,ömrünü ona həsr etdi,o,da hər vasitə ilə başına gəlmiş bu hadisəni ondan gizlədib,bundan sonrakı həyatını atasına həsr edəcək.
***
Mahmud kişi həvəslə bağda iş görürdü. Dörd otaqdan, həyətyanı sahədən ibarət olan xudmani evləri rayonun mərkəsində yerləşirdi.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pəhriz zamanı necə qidalanmalıyıq?
Samira və qızının Su çərşənbəsi
Müəllimlərin və həkimlərin maaşı artacaq
Qadınlar evlənmə təklifi edə bilərmi?
Yemək və içmək qaydaları - 2
10 dəqiqəyə dərini yeniləyən maska
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Məşhur ifaçı bir gecədə 91min dollar xərclədi-FOTO
Bir kərə yüksələn bayraq, bir daha enməz...
Timsahların qanında güclü antimikrob vasitələr tapılıb
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
Uşaqlarda köklüyün zərərləri
Qubada 20 Yanvar şəhidlərini andılar
Şəhərlə birgə oyanır Bakı bulvarı...
159 min mesaj yazdı HƏBS EDİLDİ-FOTO
Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması: "Gündəmdən çıxsın"
Əsəb və stress həyatımıza necə təsir edir?
Həyatla mübarizə
Xristofor Kolumbun heykəli dağıdıldı - FOTO
Neçə müəllim çöldə qalacaq?
Ermənistanda siyasi xaos: Prezident hökuməti istefaya çağırdı - VİDEO
Universitetlərə qəbul qaydaları dəyişir
Kağızlarla çiçək sənəti
Leyla Əliyevanın təşəbbüsü ilə fləşmob keçirilib
Məşhur aktyor yenidən evləndi-FOTO
Günəşdə dəhşətli partlayış gözlənilir
İlham Əliyev: “Ermənistanın məqsədi bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi”
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
Merilin Monronun yaylığı Paris teatrını xilas etdi - FOTO
Bayram yarmarkalarının ünvanları açıqlandı
Fransız rejissor islamı qəbul etdi
Adını ölülərin siyahısında gördü/Video
NASA Yerdən 23 dəfə ağır ekzoplanet kəşf etdi
Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız
Dünyada 100 nəfər qalarsa, onlar kimlər olacaq?
Dünyanın ən bahalı bir funtu satıldı
Ərgin pendirin zərərləri AŞKARLANDI
Məşhurlar da bir-birinə bənzəyir
Əfsanəvi idmançı avtobusla yarışdı
Bakının bir hissəsi susuz qalacaq
Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun anım günüdür
Müəllimlərin tutulduğu xəstəliklər
Qadın.Netlilərlə bir az gülək-3
Göy qurşağı şorbası (foto resept)
Prezident və ailəsi "Şahdağ"da-FOTO
Mərakeşdə fəlakət: 30-dan çox ölü
Əhalinin gəlirləri artıb
Türkiyədən Azərbaycana böyük sıçrayış
Günün ulduz falı
“CNN Türk”ün xanım əməkdaşı Azərbaycanla bağlı xatirələrini paylaşdı –VİDEO
- ŞƏRHLƏR