Nərgiz qış ayının bitməsini səbirsizliklə gözləyirdi. Günlər, aylar bir-birini əvəz edirdi. Qaranquşların səsi yaz fəslinin gəlişindən xəbər verirdi. Nərgizin sevincinin həddi - hüdudu yox idi. Çünki kəndə, nənəsi gilə gedəcəkdi. Sevimli dostları olan qurbağalar, ördəklər, cücələrlə oynayacaqdı. Hər yaz fəslində kəndə gedər, təbiətin gözəlliyindən həzz alardı. Bu günlərdə çox həyəcanlı idi. Səhərə kimi gözlərinə yuxu getmədi. Budur, artıq səhər açıldı. Nərgiz əl – üzünü yuyub, al çiçəkli paltarını geyindi. Saçlarına daraq çəkib, ana nənəsinin onun üçün aldığı sevimli uşaq ətrindən vurdu. Yaşının az olmasına baxmayaraq, özünə qulluq etməkdən xoşlanırdı. Səhər yeməyini yeyib anası, atası, bacıları ilə birlikdə kəndə yola düşdülər. Yol boyu dənizi seyr edən Nərgiz hiss etmədən dərin yuxuya qərq olmuşdu. Kəndə çatmalarından xəbəri belə olmamışdı. Bacısı Nəzrin onu durquzdu.
- Nərgiz, dur, artıq çatmışıq.
- Nərgiz gözlərini açıb sevimli nənəsinin maşına doğru gəldiyini gördü. Cəld maşından düşüb nənəsinin qucağına atıldı.
- Nənəcan, sənin üçün elə darıxmışdım ki..
- Nənəsi sevimli nəvəsinin saçını sığallayaraq onu bağrına basıb öpür:
- Mənim dəcəl nəvəm, xoş gəlmisən.
Nənəsi Nərgizi hər kəsdən çox sevirdi, çünki ilk nəvəsi idi. Nərgizgil Bakıda qaldıqları üçün kəndə gec-gec gedərdilər, ona görə də kənddə olduqları müddətdə bibisi, əmisi Nərgizin xətrinə dəyməzdilər. İstədiyi hər bir şeyi ona verər, nazı ilə oynayardılar. Hər kəs Nərgizgilin gəlişini səbirsizliklə gözləyirdi, məhz buna görə hamı nənəgildə yığışmışdı. Süfrə açıldı, hər kəs süfrə başına yığışıb gözəl təamlardan dadandan sonra havadan-sudan söhbət etdilər. Nərgiz yeməyini cəld bitirib, sevimli məşğuliyyətindən ötrü həyətə qaçdı.
- Salam mənim əziz dostlarım, sizlər üçün çox darıxmışdım. Əlinə balaca ördək balasını alıb bağrına basdı. Sonra evin arxasında yerləşən gölməçəyə getdi. Qurbağaların səsi aramsız gəlirdi. Sakitcə bir daşın üstündə oturub onları izlədi.
- Deyəsən yağış yağacaq. Nərgiz cəld ayağa qalxıb evə qaçdı.
Birdən göy guruldadı, yağış damcıları torpağı islatmağa başladı. Nərgiz yağışı çox sevirdi. Yazda yağış sonra torpaqdan gələn ətri heç bir ətrə dəyişməzdi. Bir neçə dəqiqədən sonra yağış səngidi. Nərgiz çölə çıxıb evin arxasındakı gölməçəyə tərəf yollandı. Yağışdan sonra gölməçədən çıxan qurbağalar Nərgizi görən kimi cəld suya hoppandılar. Evdə hamı Nərgizin evin arxasında saatlarca oturub qurbağaların gölməçədən çıxmağını maraqla gözlədiyini bilirdilər. Hətta bir dəfə əmisi Nərgizin bu maraqlı hərəkətini izləyirmiş. Onun mahnı oxuduğunun da şahidi olmuşdu. Yadına salıb, hər dəfə deyib gülərdi.
Hər gün olduğu kimi nənə erkəndən durub alış-verişə yollandı. Nərgiz üçün bal aldı.
Süfrə hazırlanmışdı. Nərgizin balı, Nəzrinin isə südlü sıyığı onları gözləyirdi. Bu hal hər nəvələr rayona gələndə adət halına çevrilmişdi. Nəzrin süd içməyi çox xoşlayardı. Nərgiz isə südü heç sevməzdi, lakin baldan ötrü ürəyi gedərdi və nənələri onların bu istəklərini yerinə yetirməkdən məmnun olardı.
- Durun, təmbəllər səhər yeməyiniz hazırdı. Nənə səsləndi.
- Urrraaa, nənə, mənim üçün südlü sıyıq bişirib. Otağı bürümüş sıyıq ətrini içinə çəkərək sevincək dilləndi.
Hər iksi ayağa qalxıb əl üzünü yudular. Səhər yeməyini yeyib əmisigilə oynamağa getdilər. Əmiləri qonşuluqda qalardı və onun ovladları Nərgizgillə həmyaşıd idi. Ona görə də məhz bu əmisinin evi onlara daha doğma, daha əziz idi.
İki gün sonra Nərgizin atasının təcili işi çıxdığına görə anası və balaca Aytacı da götürüb Bakıya qayıtmalı oldu. Nərgiz və Nəzrin isə kənddə nənəsi ilə qaldı. Nənəsi qızların dərsin başlanmasına qədər qızların onunla qalmasından ötrü analarından razılıq ala bilmişdi. Anaları qızlarını gözündən qoymazdı. Ona görə bu razılığı əldə etmək heç də asan deyildi.
Ertəsi gün əmisi qonşu kəndə yola düşəcəyini dedi:
- Əmi, olar mən də səninlə gəlim?
- Olar, niyə olmur. Amma özünü yaxşı aparmalı və sözümə qulaq asmalısan.
- Yaxşı, deyə Nəzrin sevincək cavab verdi.
Səhər tezdən qonşu kəndə yola düşdülər. Uzun yol getdikdən sonra gəlib çatdılar. Gözəl həyəti, meyvə ağacları olan bir evin darvazasından içəri daxil oldular. Salamlaşıb həyətdə kölgəlikdə əyləşdilər. Nərgiz ətrafa maraqla baxırdı. Yanına həmyaşıdı olan bir oğlan yaxınlaşdı.
- Gəl, sənə şəlalə göstərim. Əli dedi:
- Nərgiz əmisindən icazə alıb, Əli ilə şəlalə axan bağa getdilər.
Hər tərəf yamyaşıl ağaclarla örtülmüşdü. Əlinin şəlalə deyə adlandırdığı isə sadəcə kiçik bir bulaq idi. Lakin uşaq baxışlarıyla onlar bunun fərqinə varmırdı. Əli yaxınlıqdakı alça ağacına işarə edərək.
- Alça stəyirsən, dərim?
- Axı ağac hündürdü, boyun çatmaz.
- Əli gülümsəyərək, ağacı yungülcə sillkələdi. Bir neçə alça yerə düşdü.
- Buyur, bu da alça.
- Nərgiz təşəkkür dolu baxışlarla alçaları götürdü.
- Nərgiz, gəl, gedirik - əmisi səslədi.
- Gəlirəm, əmi.
- Evə gələndə Nərgiz gördüklərini bacısına danışdı. Yığdığı alçadan bacısi ilə bölüşdü.
Bir gün Nərgiz yenə bağ gəzintisinə çıxmışdı. Rəngarəng kəpənəklərin çiçəkdən - çiçəyə qonduğuna tamaşa edir, musiqi zümzümə edirdi. Birdən ayaq saxladı. Qış ayına hazırlıq görən işçi qarışqaları gördü.
- Az qala tapdalayacaqdım.
Ayaq saxladı. Oturub onların yuvalarına yem daşımasını seyr etməyə başladı .
- Nərgiz, gəl çörəyini ye..
- Gəlirəm, nənə.
Çörəyini bitirdikdən sonra yenidən qarışqaların yanına yollandı. Uzaqdan vızıltı səsi eşidilirdi. Səsə doğru addımladı. Qulaq verib səsin haradan gəldiyinə baxdı. Gördüyü mənzərə Nərgizi kədərləndirdi. Bir iri iynəcə qarışqaları bir – bir yeyirdi. Nərgiz cəld əlinə bir daş alıb iynəcəyə vurdu. Beləcə qarışqaları xilas etmiş oldu. Amma əslində Nərgiz səhv etmişdi. Bunu ertəsi gün olanları nənəsinə danışandan sonra başa düşmüşdü.
- Nərgiz, əziz nəvəm, iynəcə qarışqaları yemirdi.
- Necə? Axı mən iynəcənin qarışqanı ağzına götürdüyünü gördüm. Təəccüb edərək deyir.
- Əziz balam, əslində iynəcə özünü qarışqalardan müdafiə edirdi.
- Və mən onu yalnışlıqla öldürdüm. Ağlayır.
- Nənə Nərgizin saçlarını tumarlayıb qucaqlayır.
- Ağlama, əziz balam. Sən ki, bunu bilmirdin. Sən sadəcə kömək etmək istəmişdin. Yalnız köməyə ehtiyacı olan qarışqalar deyil, məhz iynəcənin özü idi. Böyüdükcə sən belə şeyləri daha yaxşı anlayacaqsan, əziz nəvəm. Yalan və doğrunu, günahkar və məsumu daha yaxşı sezəcəksən. Yıxıla-yıxıla, səhv edə-edə böyüyəcəksən, şirin dəcəlim. İndi isə qəm etmə...
İllər keçir, Nərgizin uşaqlıq məşğuliyyəti onun peşəsinə çevrilir və o, zooloq olur. Tədris illəri zamanı o bir çox heyvanlarla yanaşı, iynəcə barədə də xeyli məlumatlanır.
Müəllif: Ellada Babayeva
XƏBƏR LENTİ
"Rüzgar gülü"pizza (foto resept)
Hamilə qadınlar hansı çaydan içməlidirlər?
Ən çox yayılmış burun tipləri
Dəbdə olan kəmərlər
WhatsApp-da yeni yasaq
Köhnə kitablar üzərində rəsm əsəri
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Pensiyalar haqqında yeni QANUN
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Bakıda evlərin bahalaşmasının səbəbləri
“Mucize Doktor”da yeni aktyor - FOTO
Yay fəslində hansı rənglər dəbdədir?
Adınıza saxta profil yaradılıbsa...
İlk iş gününün hava proqnozu
Gözəlliyə kölgə salan vərdişlər
Serdar Ortaçın xanımı 1 FOTOdan 30 min qazanır
Dünyanın ən böyük ağac evi
Ruhunuzun rəngi hansıdır?
Nişan üzükləri
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Leyla Əliyeva YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi ilə tanış olub
Aşbazların sirləri
Feyxoanın möcüzələri
Körpələrə vurulan peyvəndlər
Günəşdə güclü qasırğa
Günün qoroskopu: bədgümanlığınız varsa, yeni layihəyə başlamayın
Həkimlər bənzəri olmayan hərəkətlə qadını xilas etdilər - FOTO
30 itlə yaşayan qadının həyat hekayəsi
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
Milli Məclis dövlət büdcəsini müzakirə edəcək
Həftənin ilk iş günü yağışlı olacaq
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Bakı küçələrini xüsusi texnika təmizləyəcək
Bir neçə rayonda qaz problemi olacaq
Almaniya haqqında maraqlı faktlar
Mandarinin faydaları
Rus dili dərs-29
Bu adlar yasaqlandı
Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə
Cəbhədən ən son xəbər
Messi əməliyyat olunacaq
Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”
2012-ci ilin ətək modası
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Hava haqqında - 11.01.2014
Günün ulduz falı
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
- ŞƏRHLƏR