Bir gün balaca Səbuhi anasının yanına gəldi. Anasını əlində oxlov, nəsə ağ və nazik bir şeyin üzərində onu yuvarladır və enlədirdi. Altı yaşı olardı, amma anasının işləri ilə heç maraqlanmazdı. Ana nə bişirir, necə bişirir, nə üçün bişirir, ata səhər hara gedir, nə üçün gedir... Bu suallar onu əsla düşündürməzdi. Həmin yaşda uşaqların öz dünyası olur. Xəyali dostları, düşüncələri... Oyuncaqlar onlarla danışır, ağaclar qulaqlarına pıçıldayır, heyvanlar da onlarla dostluq edərdi.
Lakin artıq illər keçmişdi və Səbuhini bütün bunlar daha ovutmurdu. Qəlbinə sıxıntı və kədər düşmüşdü. Xalası Kəmalənin onların evlərinə gəlişi Səbuhini kədərlə aşina olmağa vadar edirdi. Əvvəllər bunu hiss etmirdi. Sonra fərqinə vardı. Nə üçün belə olmuşdu? Kəmalə xala evə gələrkən 7 yaşlı oğlu Faiqi və 4 yaşlı qızı Fərqanəni də gətirərdi. Bu iki bala Səbuhi üçün doğmadan da doğma idi. Onlarla həvəslə oynayar, bolluca əylənərdi. Lakin onlar evlərinə çıxıb gedərkən özünü atılmış kimi hiss edər, arabir valideynlərindən küsərdi. Bu kədərinə görə bir-iki dəfə sevdiyi oyuncaqlarını divara da çırpmışdı.
- Ay ma!
- Caaan mama.
- Mənim qaqaşım hanı?
- Ay can? Nə qaqaş, başına dönüm? (Ana çox müdrik qadın idi, məsələnin nə olduğunu bilirdi. Əlindəkiləri kənara qoyub, xəmirə bulaşmış əllərini ətəyinə sildi) Mama qurban sənə, pirojki yeyirsən?
- Həəə.
- Dayan bir dəyqə. (Ana nimçəyə iki-üç pirojki qoyub balasına uzatdı)
- Ay maaa.
- Can.
- Qaqaşım mənlə haçan oynuyacaq?
- Dee, sənin qaqaşın var daa, bacın da var.
- Hanııı, yoxdu axı?
- Bəs Faiq və Fərqanə kimdi?
- Olar qaqaşım-bacımdısa, bəs niyə mənnən qalmıllar?
- Qalmasalar da sənnən oynuyullar daa, mama qurban.
- Eeee yox. İstəmirəm (əlindəki nimçəni stolun üstünə qoyub burnunu çəkə-çəkə otaqdan çıxdı).
***
Bu hadisənin üstündən bir həftə keçdi. Səbuhidə Faiq və Fərqanəyə qarşı xüsusi bir yadlaşma hiss olunmağa başladı. Daha onlarla oynamaq istəmirdi. Odur ki, ya televizorun arxasında oturub cizgi filminə baxırdı, ya da pəncərədən həyətdə oynayan uşaqlara tamaşa edirdi.
Bir gün ağlına qəfil bir fikir gəldi. Cəld mətbəxə qaçdı. Adətən uşaqlar valideynə qarşı kin bəsləmirlər. Bu hal çox vaxt az yaşlarda daha çox müşahidə edilir.
- Ay maa, ay maa.
- Can!
- Mama, necə oldu ki, mən oldum?
- Necə yəni? (Ana bilirdi ki gec-tez oğlu ona bu sualı verəcəkdi. Lakin oğlunu kəşf etmək üçün onu danışdırmaq lazım idi).
- Necə oldum daaaa?
- Bilmək istəyirsən?
- Həəə.
- Onda mənə möhlət ver, sənə cavabı verim (Ana bir az vaxt qazanmaq istəyirdi. Həm də bu, uşaqda bir neçə gün yüksək əhval-ruhiyyə yaradacaqdı. Axı o maraqlı bir şey eşidəcəkdi).
- Haçan?
- Mama qurban, gözdə, mama sənə hər şeyi başa salacaq.
- Yaxşı. (Səbuhi ixtiyarsız irəli atılaraq anasını qucaqlayıb öpdü. Sonra otağına qayıtdı)
Ana əlindəkiləri kənara qoyub bir az fikrə getdi. Bu cür məsuliyyətin öhdəsindən səhvsiz gəlmək lazım idi. Ona anası da demişdi ki - düzdü anası ondan fərqli olaraq savadsız qadın idi, yəni məktəb-universitet bitirməmişdi, amma çox zəkalı qadın idi - adam uşağa yalan danışmaz, qızım. Heç vaxt qoyma ki, uşağa bilmədiklərini küçə öyrətsin.
Bu nəsihət Səmayənin qulaqlarında sırğa kimi qalmışdı. Odur ki, tələsmədən ərinin işdən qayıtmasını gözlədi.
***
- Fəxri, bu gün bilirsən Səbuhi nə dedi?
- Nə dedi, Səmiş?
- Məndən haradan əmələ gəldiyini soruşurdu?
- Doğurdan? Ha-ha-ha.
- Susss, uşağ yatıb, oyadacağsan. Ciddi ol daa.
- Hmm, yaxşı, sən nə dedin?
- Sənsiz heç nə. Nə məsləhət görürsən?
- Məncə dovşan məsələsi ilə bunu ona başa salmağ olar. Həm də bir güllə ilə iki dovşan vurmuş olarığ.
- Necə?
- Qulaq as. (Fəxri həyat yoldaşına planını danışdı)
***
Sabahı gün axşam Səmayə Səbuhini yanına çağırdı. Fəxri o biri otaqda filmə baxırdı. Belə bir məsələnin oğula atanın ya ananın başa salmasında, əslində fərq var. Çox vaxt oğul özünə daha çox ananı həmdəm hesab edir. Bu çox maraqlıdır. Bəlkə bu prosesi ata aparsa, uşaq qane olmasa da razılaşar, amma ana ilə rahat şəkildə müxalifətçilik edə, arada diskussiya da apara bilərdi.
- Səbuhi, hardasan? Gözümün işığı gəl bura. (Uşaq sanki zəruri bir xəbəri əldə etmək üçün qaça-qaça gəldi. Uşaqların inadkarlığı bir çox böyüklərdə qalsaydı, onlar istəklərinə çoxdan çatmışdılar. Səbuhi hər iki saatdan bir anasının yanına gələr, "noooldu?" deyə inadkarcasına sualına cavab istəyərdi. Amma hər dəfə ana onu səbirli olmağa çağırardı.)
- Hə, mama. Noldu? Danışırsan?
- Mama qurban aç qutunu, gör ata nə alıb sənçün?
Uşağın gözü ətrafı süzməyə başladı. Ananın gözündən yayınaraq evi bir neçə dəfə ələk-vələk edən Səbuhi evin yeni əşyasını çətinlik çəkmədən tapdı. Qapının ağzında idi qutu. Cəld ona tərəf qaçdı. Düşünmədən qutunu açdı.
- Aaaa.
- Noldu, mama qurban?
- Ay ma, ay maaa! Dovşandı. Mmm, ayy buna bax e. (Qulaqlarından tutub qaldırmaq istədi. Cizgi filmlərində görmüşdü bunu. Elə bilirdi ki, dovşanla belə rəftar etmək lazımdır. Bəlkə də dovşanların tutmaq üçün ən münasib yeri elə qulaqları idi)
- Adam helə eləməz. Qoy yerinə.
- Niyə?
- Adam heyvana əziyyət verməz, balam. Sənin qulaqlarından dartsam xoşun gələr?
- Bəs necə edim?
- Bədəninnən tut.
- Ay maa, iki dənədiye.
- Hə, iki dənədi. (Əslində valideynlər Səbuhi üçün yeni bir plan cızmişdilər. Ona təbiətin ən maraqlı sirlərindən birini başa salmaq lazım idi).
Səbuhi qutunu cəld götürüb otağına aparmaq istəyirdi ki, ana dilləndi:
- Bu gündən dovşannara nəzarət etmək sənin öhdənə düşür. Hər gün oları müşahidə elə. Bax gör neynirlər. Axırda mənə deyərsən.
- Yaxşı, ay ma. (Sevincək anasının üzündən öpdü)
***
Günlər sürətlə keçirdi. Səbuhi dovşanların gəlişindən sonra özünü tənha hiss etmədi. O, Faiq və Fərqanə ilə də barışdı. Onlara dovşanları göstərir, birlikdə onlarla oynayırdılar. Günlər keçir, Səbuhi də hər gün anasına dovşanlarda nələri gördüyünü danışırdı. Onları yemləyir, qutularını təmiz saxlayırdı. Dovşanların bir-biriləri ilə oynaması, cütləşməsi, hətta onların həyata öz balalarını gətirməsinin də şahidi oldu Səbuhi. Hər birini də maraqlı və özünəməxsus şəkildə anasına izah etməyə çalışırdı. "Dovşanlar bir-birilə dava edirdilər.", "Dovşanlardan biri o biri yazıq dovşanı tapdalayır.", "Ay ma, dovşanımın biri xəstələnib, yerində sakit oturub, amma qarnı şişib.", "Ay ma, dovşanın yanı qanayıb.", "Ay ma, bu nədi balaca-balaca ciy-ciy edən balalar. Nə iyrənc görsənirlər." və s. özünəməxsus maraqlı fikirləri ilə anasına məlumat çatdırırdı. Səbuhi çox xoşbəxt idi. Atası düz demişdi. Bir qutuda iki dovşan, uşağın iki məsələsini həll etmişdi. O, daha özünü yalnız hiss etmirdi, həm də üstüörtülü şəkildə valideynlərin ona sirr ötürməsini başa düşməsə də, gələcəkdə bu məsələni daha yaxşı anlamasına yardım edəcəkdi.
Amma bu dovşanlar Səbuhiyə üçüncü hədiyyəni də etmişdilər:
- Səbuhi balam.
- Hə, ay ma.
Anası onu bağrına basdı. Üzündən öpdü:
- Sənin çox gözəl bacın olacaq.
Fərid Abdullah.
XƏBƏR LENTİ
Kim? Harada? Necə? (2)
UEFA-dan şok qərar
Hava haqqında - 09.01.2014
2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin payı 40 faizə çatacaq
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Zamanında "Yox" deməyi bacarırsınızmı?
Ürküdücü yerlər-3 (son)
Varlı olmaq arzusu
İrina Şeyk anası ilə istirahətdə - FOTO
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Günün qoroskopu:Emosional gündür
Azyaşlıların internet klublarından istifadəsinə məhdudiyyət qoyula bilər
Göksel hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Xaçapuri (foto resept)
Zakir Həsənov göstəriş verdi
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
Kök insanlar bu xəstəliyə yoluxmur
Qaz Olmayacaq!
Gəlin pəhrizi necə edilir?
Çoxuşaqlı analara müavinətlərin verilməsindən imtina edildi
Qeyri-adi kreslolar
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Milyon dollarlıq avtomobil təqdim olundu
“Haber Global” sülhməramlı adına ləkə gətirən hallar haqqında: Azərbaycan xalqının səbrinin həddi var - VİDEO
ABŞ-dan Türkiyəyə pis xəbər
ASAN növbədə gözləyənlərə sms göndərəcək
Bu günün hava proqnozu
Məşhur rəssamın əsəri 43 milyon dollara satılıb
Əhaliyə xəbərdarlıq
Qiyməli kartof (foto-resept)
Ukrayna patriarxı Azərbaycan diasporunun rəhbərini ordenlə təltif etdi
Oturaraq ən çox pul qazanan 16 peşə sahibi
"Qaraçı qanı"
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
Leyla Əliyeva qardaşını təbrik etdi - FOTO
İlham Əliyev ona hərbi salam verən çempionumuza medal verdi
Evdən çıxmadan alver edənlərin sayı artır
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Uşaqlar üçün təhlükəli nağıllar...
Valideynlərin yol verdiyi səhvlər
Gül bayramının formatı dəyişdi
Yaylıqların fərqli bağlanışı
25 min nəfər "Facebook"u məhkəməyə verdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
Zəvvarların növbəti qrupu yola düşdü
Media və kino pilotsuz aparatlara keçir
Valideynlərə təcili kömək -1
Azərbaycan daha bir ölkədə səfirlik açır
- ŞƏRHLƏR