Bir şəhidin ləpirləriylə...
(I yazı)
“Aşuranın bu günəcən yaşaması - səbəbiyyət qanununun məntiqi nəticəsidir!”
Şeylərin təbii gedişinin obyektiv səbəbiyyətə, qanunauyğunluğa tabe olması haqqındakı təlim determinizm (latınca– "determinare" sözündən olub müəyyən etmək mənasını verir) adlanır. Determinizmə qarşı obyektiv səbəbiyyəti, zərurəti, qanunauyğunluğu inkar edən təlim– indeterminizm dayanır. Maddi aləmdə səbəbiyyət (Determinizm) ən ümumi, universal xarakter daşıyır. Səbəbiyyətsiz bir hadisə yoxdur. Və ola bilməz!
Səbəb və nəticə bir-biriylə bağlı anlayışlardır. Başqa bir hadisəni doğuran hadisə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı-nəticədir. Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də onun ardınca gəlir. Məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin səbəbidir, çünki hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. Səbəbiyyət ən ümumi, universal və istisnası olmayan əlaqədir.
Səbəbiyyət münasibətləri həm də zəruri və birmənalıdır. Əgər səbəb ciddi müəyyənləşdirilmiş daxili və xarici şəraitdə yaranırsa, deməli həmin vaxt zəruri olaraq nəticə törənməlidir. Bu əlaqə o qədər birmənalıdır ki, Şotlandiyanın məşhur dinşünaslarından biri olan Andre Lonq (1844-1912) hətta Allahı belə bu dediyimiz (determinizm) səbəbiyyət qanunu əsasında tapır. O yazır: "İnsan gözünün önündə nəticələr görür (dağ, dərya, göy, yer və s.) və səbəbiyyət qanunu ona bu nəticələri hər hansı bir səbəb doğurmalıdır, deyir. Bu səbəbin -insanın özü və özü kimi varlıqların ola bilmədiyindən əmin olduğuna görə o, fövqəlbəşər bir qüvvənin (Allahın) səbəbiyyəti və yaradıcılığına istiqamətlənir".
Elə biz də bu yazıda əsasən səbəbiyyət münasibətinin zərurət və birmənalılığı məsələsinin üzərində dayanacağıq. Bəli, yuxarıda qeyd etdiyimiz kimi, determinizmə görə, səbəb varsa, nəticə hökmən olmalıdır. Əgər siz etdiyiniz hər hansı bir cəhddən istədiyiniz nəticəni əldə edə bilmirsinizsə, bu o deməkdir ki, sizin səbəbinizdə qüsur var! Yoxsa, səbəb var olan kimi nəticənin də var olması mütləqdir, nəticə yoxdursa, bunun səbəbini səbəbdə axtarmaq lazımdır!
Bir cəhdin nəticə verməməsinin üç əsas səbəbi ola bilər:
1) Harmoniyasızlıq.
Ola bilər ki, siz səbəb və nəticə arasında olması lazım olan harmoniyanı yarada bilməmisiniz. Axı nəticə əldə etmək üçün səbəb və nəticə arasında olan harmoniya çox mühümdür. Misal üçün, siz eşitmisiniz ki, suyu odla isidib qaynatmaq olar və bunu həyata keçirmək istəyirsiniz. Neynirsiniz? Bir kibrit yandırıb və onu on tonluq su çəlləyinin altında tutursunuz. Siz bir kibritin atəşi ilə o su çəlləyini qızdıra biləcəksinizmi? Xeyr! Çünki səbəb və istədiyiniz nəticə arasında harmoniya yoxdur:-bir kibrit alovu on tonluq suyu qızdırmağa qadir deyil. Demək burada nəticənin əldə olunmamasının izahı, sizin səbəb və nəticənizin arasında harmoniyanın olmamasıdır!
Bəli, qarşıya qoyulmuş nəticəni əldə etmək üçün səbəbin olması kifayət deyil, həm də münasib səbəb seçmək lazımdır. Albert Eynişteyn gözəl deyirdi: "Dəlilik-eyni şeyləri təkrar edib fərqli nəticələr gözləməkdir". Bu nə deməkdir? Bu o deməkdir ki, insan etdiyi hər hansı bir əməldən istədiyi nəticəni ala bilmirsə, demək rəftarında (cüzi də olsa) dəyişiklik etməlidir. Bu məlum rəftar (səbəb olaraq) istənilən nəticəni vermədisə, boşuna əlləşməyin mənası yoxdur, heç zaman da verməyəcək. Məhz bu məqamda təkrar biliyin anası deyil, vaxt itkisidir. Gecikmək olmaz, səbəbi dəyişmək lazımdır.
2) Səbəbin natamamlığı.
Cəhdinizin uğursuz olmasının başqa bir izahı isə səbəbin natamamlığı ola bilər. Səbəb tam olmayınca nəticə hasil olmayacaq. Məhşur "biz nəticəyə deyil, vəzifəyə baxırıq" ifadəsi bizi çaşdırmasın. Nəticə bizim üçün o zaman mühüm deyil ki, səbəblərimiz tam olsun. Biz səbəbi dəqiqliklə yaradaq, nəticə ilə işimiz olmasın, çünki səbəb tam yarandısa nəticənin baş verməsi zəruridir. Bizim üzərimizə düşən məsuliyyət nəticəni deyil, səbəbi yaratmaqdır.
Bəli, səbəbimiz tam deyilsə, nəticə olmayacaq. Misal üçün, biz hər hansı bir hədəf seçir və o hədəfə doğru bir addım atırıq, istəyimiz də budur ki, ikinci addımı artıq hədəfin bir başa üzərinə qoyaq. Belə olmadıqda süstləşirik. "Biz etdik, niyə olmadı?" - deyirik. Cavab aydındır, ortada bir əməl, bir hərəkət, yəni bir səbəb var, amma bu səbəb tam səbəb deyil. Bir addımla nəticəyə çatmaq olmaz axı, dayanmadan irəliləmək lazımdır! Tam olmayan səbəb təbii olaraq, istənilən nəticəni verməyəcək. Bizim vəzifəmiz səbəbi tamamlamaqdır. Kamil insanın işi bundan ibarətdir. O səbəbləri tamamlamaqla məşğuldur, nəticələri saymaqla deyil. Böyük insanlar səbəbləri tamamlaya-tamamlaya nəticələr doğurur, kiçik və özləri səbəb yarada bilməyən insanlar isə oturub böyüklərin nəticələrini sayırlar. Bu həmişə belə olub...
3) Səbəbsizlik.
Bəzi insanlarınsa belə bir işi də var. Onların "səbəbinin" problemi harmoniyasızlıq, ya natamamlıq deyil. Onlar ümumiyyətlə heç bir səbəb doğurmadan nəticə gözləyir. Onlar əlini-qolunu qatlayıb oturub və Allah istəsə belə edər, elə edər, deyir. Bəs Allah nə deyir? Allah deyir ki, mən həyatı universal qanunlarla (sünnələrlə) idarə edirəm və onlardan biri də "səbəbiyyət" qanunudur. Səbəbi doğurmamısansa nə qədər dua edirsən et, nəticəsi olmayacaq! Bəli, bizim dualarımızın qəbul olmamasının əsaslı səbəblərindən biri də məhz budur: Səbəb doğurmadan Allahdan bir başa nəticə istəyirik. Axı bu mümkün deyil. Sən səbəbi doğur, sonra Allahdan istə ki, o səbəbinə təsir yükü versin. Əsl dua belə olmalıdır, əsl dua hərəkətdən sonradır.
Böyük şəhidin Aşuradakı ləpirlərinin izinə düşdükdə görürük ki, Aşurada səbəblər tamdır! Ona görə də, ta o gündən bu günə kimi, öz nəticələrini doğurmaqdadır! Aşura səbəb meydanı idi, orada imam Hüseyn (ə) nəticə dalınca qaçmırdı, onun yeganə hədəfi səbəbi TAM doğurmaq idi. Aşurada zahirən heç nəticə də olmadı axı. Zahirdə Hüseynin (ə) qoşunu məğlub oldu. Amma bu, Hüseyni (ə) üzmürdü. Çünki o həzrət öz səbəbini tam doğurmaqla məşğul idi, onun tapşırığı, vəzifəsi bu idi, nəticə sonrakı məsələydi onun üçün. Çünki şəhid Allahın bu universal sünnəsindən xəbərdar idi: Səbəb tam doğdusa, (gec-tez) nəticə mütləq və mütləq olacaq!
Aşuranın bizə olan mesajları yalnız dini, ibadi mesajlar deyil, həm də həyati, həyatımıza istiqamət verən mesajlardır! Baxın, Şəhid fəryad edir: Səbəbi hələ doğurar-doğurmaz nəticəni saymağa başlama, vaxt itkisidir, səbəbini tam doğur! Və nəticə əldə etməmisənsə ətrafını qınamaqdan əl çək, onu-bunu günhalandırmaqdan usan, "səbəbini" gözdən keçir. Problem səbəbindədir, ya istədiyin nəticə ilə seçdiyin səbəb arasında harmoniya yoxdur, ya səbəbin natamamdır, ya da ümumiyyətlə səbəbin yoxdur və bu halda sən səbəbsiz nəticə gözləyirsən.
Hüseyn (ə) səbəbi düzgün seçib və tamam-kamal icra etdi. Nə oldu? Baxın, əsrlərdir ki, bəşəriyyət o səbəbin doğurduğu nəticələri sayır. Aşurada səbəblər elə düzgün, pak, xalis seçilib, elə dəqiqliklə tamamlanıb ki, onun nəticələri əbədiyyətəcən uzanacaq və uzanmaqdadır. Elə bilirsiz aşuranın yaratdığı alovu söndürmək istəyənlər olmayıb? Ehh, o qədər olub və var ki... amma bu, haqdan yanan şamı söndürmək imkansızdır, çünki onu söndürmək Ulu varlığın həyatdakı "səbəbiyyət" qanununun kökündən dəyişməsi deməkdir. Ulu varlıq isə,
"Sən Allahın qanununda (universal həyat sünnələrində) heç vaxt, heç bir dəyişiklik tapmayacaqsan!" –deyə söz verir! (Fatir 43.)
İlqar Kamil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Bu müalicə beyni dağıdır
Cennifer Lopesin 48 yaşı var, amma... - FOTO
Fındıqlı piroq (foto resept)
Şişləmə tort (foto resept)
Hava haqqında
Marsda həyat izləri 40 il əvvəl tapılıb
Spiral
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Günün ulduz falı
Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu
Huawei - 20 milyon smartfona doğru
Azərbaycanda gənclər günüdür
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Xan Lənkəran
Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Dəbli yay donları
Qaçqınlar təhlükə altında qalıb
Şəkil çəkmək asan iş deyil
İrəvanda böyük Qarabağ qorxusu
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Engin Altandan gözlənilməz qərar
Metro bağlanır - RƏSMİ
Sevginin əlamətləri
Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Cəbhədə gərgin gecə
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Metroda pulsuz Wi-Fi işə düşdü
“Qalatasaray” da PSJ-nin halına düşdü
Əxlaqi degenerasiya
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Yumşaq divan dəstləri
Kökəlməyə səbəb olan pəhriz xətaları
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb
Mişel Obama kələm turşusu hazırlamağın sirrini bölüşüb
Şəhərlə birgə oyanır Bakı bulvarı...
Çiyələyin içərisində iynə aşkarlanıb-FOTO
Ay Yerə YAXINLAŞIR
"Zəhərli ata" xarakterinin xüsusiyyətləri
4 yaşlı oğul atanı peşman etdi
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
- ŞƏRHLƏR