Bakıdan gələn qonaq əlini boşqaba uzadıb iri basdırma tikəsini götürdü, ağzına aparıb saralmış dişləri ilə didməyə başladı. Elə bu vaxt başçının telefonu zəng çaldı. Başçı əlini pencəyinin sağ cibinə aparıb telefonu çıxartdı, Röyanın ən son mahnısının səsini kəsdi, sonra telefonu qulağına tutdu:
– Hə, Rəsul, nədir?
– Şərafət müəllim... – telefonun o başından təngnəfəs bir səs gəldi – Yenə də yoxa çıxıblar... Hamısı... Diz Qonaqlıda...
Başçı oturduğu yerdə qəfil atlandı, telefon əlindən yerə düşdü, yerə düşən kimi də iki yerə parçalandı, bir hissəsi sürüşüb yaxındakı şkafın altına girdi. Qonaq basdırmanı dişindən çəkib iri gözlərində narahat ifadə ilə Şərafət müəllimə baxdı. Başçı bu dəfə pencəyin sol cibindən ikinci telefonu çıxardı, titrəyən əlləri ilə Rəsulun nömrəsini yığmağa başladı. Rəsulun nömrəsi məşğul idi. Başçı Rəsulun
ikinci nömrəsini yığdı.
– Nə olub, Rəsul? Diz Qonaqlıda nə olub?
– Şərafət müəllim... Camaat yenə yoxa çıxıb... Hamısı... Kərəm var ha, icra nümayəndəsi, anasını rayona həkimə gətirmişdi... Kəndə qayıdanda görüb ki, heç kim yoxdur... İndicə mənə zəng elədi...
Başçı telefona otboy verib stolun üstünə atdı, üçüncü telefonu çıxarmaq üçün əlini pencəyin içəri cibinə apardı. Nəhayət, qonaq dilləndi:
– Əvvəlcə mənə de görüm nə olub?
– Yoxa çıxıblar. Diz Qonaqlıda. Hamı. – elə bil ki, sözlər başçıdan kəlbətinlə çıxırdı.
Qonaq basdırmanı qabağındakı boşqaba qoyub bir salfet götürdü:
– Üçüncü kənd də yoxa çıxdı?
Bakıdan gələn qonaq əlini boşqaba uzadıb iri basdırma tikəsini götürdü, ağzına aparıb saralmış dişləri ilə didməyə başladı. Elə bu vaxt başçının telefonu zəng çaldı. Başçı əlini pencəyinin sağ cibinə aparıb telefonu çıxartdı, Röyanın ən son mahnısının səsini kəsdi, sonra telefonu qulağına tutdu:
– Hə, Rəsul, nədir?
– Şərafət müəllim... – telefonun o başından təngnəfəs bir səs gəldi – Yenə də yoxa çıxıblar... Hamısı... Diz Qonaqlıda...
Başçı oturduğu yerdə qəfil atlandı, telefon əlindən yerə düşdü, yerə düşən kimi də iki yerə parçalandı, bir hissəsi sürüşüb yaxındakı şkafın altına girdi. Qonaq basdırmanı dişindən çəkib iri gözlərində narahat ifadə ilə Şərafət müəllimə baxdı. Başçı bu dəfə pencəyin sol cibindən ikinci telefonu çıxardı, titrəyən əlləri ilə Rəsulun nömrəsini yığmağa başladı. Rəsulun nömrəsi məşğul idi. Başçı Rəsulun
ikinci nömrəsini yığdı.
– Kül sənin başına, əvvəldən gəlməzdin, – qonaq bu sözləri deyib televizoru söndürdü. – Gör nə günlərə qaldın, Balaş...
Birdən Şərafət müəllim hönkür-hönkür ağlamağa başladı. Qonaq üzünü ona çevirib təəccüblə baxdı. Qaşları yuxarı dartıldı:
– Paho, deyəsən bu xəmir hələ çox su aparacaq...
– Mən istefaya çıxmaq istəyirəm...
– Başqa bir şey istəmirsən?
– Yox, ancaq istefa...
– Şərafət, bir mənə bax!
Qonağın zəhmli səsi başçını karıxdırdı. O, ağlamağını boğub qonağın üzünə baxdı. Qonağın cəllad ciddiyyətli gözləri başçını az qala yandıracaqdı.
– Sən indi ağıllısan, biz isə axmağıq, hə? Bakıda oturmuşuq, burnumuzun ucundan o tərəfi görmürük? Bu zibili sən qaynatmısan, sən də gərək axırına çıxasan. Atıb qaçmağa nə var ki? Səni buraya göndərəndə bəyəm demişdilər ki, işin çətinə düşdü, dur qaç? Sən başa düşürsən ki, nə boyda ciddi işdir bu? Ölkə əldən gedə bilər! Sən isə istefa istəyirsən! Axı əvvəl bir mənə başa sal ki, burada
nə baş verir?
– Vallah, bilmirəm...
– Kosmosdan gəlib apardılar bunları? – qonaq acıqlandı, sonra da kinayə ilə əlavə etdi – Yoxsa pir aparıb?
– Diz Qonaqlı da pirin yanındadır...
– Sən də?! İkinci Səməd olub mənimçün. Pirin yox, sərhədin yanındadır!
Sərhəddə belə şeylərin olması bilirsən nədir, Şərafət?!
– Axı sərhədi keçsəydilər, əsgərlər...
– Bilmirəm, sərhədi keçiblər, yoxsa dağlarda gizləniblər, yoxsa onları aparıb öldürüblər... Bəlkə sənin işindir? Allah bilir nə oyundan çıxırsan. Oğlun da xaricdə oxuyur, bəlkə sənə kiminsə tapşırıqlarını göndərir oradan?
– Onu qatmayın, çox xahiş edirəm...
– ...
– Vallah, mənlik deyil...
– Necə yəni sənlik deyil? Sənin rayonunda baş vermir bu?
Qapı yenə, amma bu dəfə möhkəm döyüldü, sonra cavab gözləməmiş açıldı. Yaşlı polis zabiti qapıda peyda oldu:
– Çox üzr istəyirəm, mane oldum, amma Şərafət müəllimin nömrəsi cavab vermirdi, təciliydi deyə...
– Nə olub? – qonaq səbirsiz soruşdu.
– Pirin yolundakı postdan zəng etmişdilər. Əsgərlər jurnalistləri saxlayıb,
Səməd Seyirçi ilə Əlcəzairin müxbirləri pirə gedirmiş. Soruşurlar ki, nə edək.
– Əlcəzair?!
– Dedilər nəsə ingilis kanalıdır...
– Nə gic-gic danışırsan? – qonaq əsəbiləşdi, – Səməd televizordadır, danışır.
– Vallah, mənə dedilər ki, Səməddir, xarici jurnalistlərlə...
Qonaq əsəbi tərzdə pultu götürüb televizoru yandırdı. Üçüncü kanalda yenə də Səməd Seyirçi danışırdı. Ekranın küncündə iri hərflərlə “canlı” yazılmışdı. Səməd üzünü turşudub deyirdi:
– Baxın, gördünüz ki, studiyanı tərk etməklə həm bizə, həm də tamaşaçılara qarşı necə tərbiyəsizlik nümayiş etdirdilər? Bunların müzakirə mədəniyyəti buraya qədərdir. Nə olsun ki, Mədəniyyət nazirliyində işləyirlər...
– Səməd bəy, çox xahiş edirəm, gəlin şəxsiyyətlərə keçməyək, – aparıcı söhbətə müdaxilə etdi, – insandırlar, əsəbiləşə bilərlər...
– Bəs sizcə pir əsəbiləşmir, xanım?
14 iyul 2013
Əli Novruzov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
Aslı Enver yenidən kamera önündə-FOTO
İmmuniteti gücləndirən tərəvəzlər
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı
Hamının gözlədiyi qərar verildi
Dində məcburiyyət yoxdur
Göbələkli toyuq (foto resept)
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Bilmədiyiniz maraqlı faktlar
Şeyma Subaşıdan FOTOsessiya
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Sağlam olmaq üçün sadə üsullar
Quru dərilərə xeyirli olan qidalar
Yumalı olduğunuz ərzaqlar
Neft qiymətlərindən son məlumat
TQDK valideynlərə müraciət etdi
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Aslı Ənvər kökəldi-FOTO
"Pensiyalar artacaq"
Keçibuynuzu
Kələmli makaron (foto resept)
Napoleon qəlyanaltısı (foto resept)
Obama "Facebook"da çağırış etdi
Azərbaycanda "Ebola virusu" ilə bağlı ilk müraciət daxil oldu
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Şlyapalar
Məşhur ulduzların şənlikdə çəkilmiş şəkilləri
Günün ulduz falı
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Ağdam barədə sərəncam verildi
Mətbəx pərdələri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Vətəndaşların nəzərinə !
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Elektron siqaretlər yasaqlanacaq
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Brent nefti ucuzlaşıb
Palma yağı haqqında həqiqət
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Manatın məzənnəsi
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
Kəsmikli-moruqlu kekslər (foto resept)
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Fərqli krossovkalar dükanı
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Əliyev və Sarkisyan Fransada görüşə bilər
- ŞƏRHLƏR