Uzun zaman öncə Mars planetində kişilər yaşayırdılar. Onlar çalışqan, namuslu, ədalətli idilər və Marsda yüksək inkişaf etmiş sivilizasiya yaratmışdılar. Onlar bütün günü işləyir, axşamlar isə öz mağaralarına çəkilirdilər. Bəzən kişilərdən biri pis olurdu və o, öz mağarasında uzun müddət qalırdı. Və heç kimin də ağlına onu narahat etmək və ora girmək gələ bilməzdi, çünki hamı bilirdi - zaman keçəcək və hər şey öz yerinə gələcək. O zaman o, mağaradan çıxacaq və gündəlik işlərinə geri dönəcək. Kişilər Mars planetində belə yaşayırdılar və belə həyat onlara xoş gəlirdi.
Marsdan milyon kilometr uzaqlıqda Venera planeti var idi və orada qadınlar yaşayırdı. Onlar hamılıqla mehriban və rahat yaşayırdılar. Axşamlar birlikdə yığışaraq, öz dillərində uzun-uzadı mahnılar oxuyurdular. Bəzən qadınlardan kiminsə halı pis olurdu. Və onda digər qadınlar onun evinə gəlirdilər - onlar birlikdə oturub söhbət edir, oxuyurdular, əylənirdilər və bir müddət sonra o, özünü daha yaxşı hiss edirdi. Qadınlar Venera planetində belə yaşayırdılar, belə həyat onlara da xoş gəlirdi.
Marsın sivilizasiyası bir gün elə səviyyəyə çatdı ki, kişilər kosmik gəmi düzəldə bildilər və Marsın onlarla sakini kosmosa yollandı. Onlar çox uzun zaman uçdular, bir müddət sonra ulduzlardan biri əvvəlcə ləkəyə çevrildi, sonra kürəciyə və nəhayət planetə. Bu, Venera idi. Kişilər endilər, onlar planetin şüurlu varlıqlarla məskunlaşdığını görəndə, əlaqə yaratmağa çalışdılar. Kişilər qadınları bəyəndilər, hətta çox bəyəndilər. Qadınlar isə, əksinə, bu çağırılmamış qonaqlara diqqətlə yanaşdılar və bir müddət məsafə saxladılar. Amma bir müddət sonra hər şey qaydasına düşdü.
Məlum oldu ki, iki sivilizasiyanın bir-biri ilə bölüşə biləcəkləri var. Kişilərin bir qismi Venerada qaldı, qadınların bir hissəsi isə Marsa uçdu. Venerada kişilər öz mağaralarını qazıdılar və orada yaşamağa başladılar, sonra isə onlardan kimsə pis olanda o, öz mağarasında xəlvətə çəkilirdi. Bu qadınlara çox qəribə gəlirdi, amma onlar başa düşürdülər ki, kişilər başqa planetin sakinləridir və hər planetin adətləri var. Eyni zamanda kişilərə də qadınalrın bəzi hərəkətləri və adətləri qeyri-adi gəlirdi. Amma onlar da anlayırdılar ki, hər planetin öz qanunları var və ən rahat yol onlara hörmətlə yanaşıb qəbul etməkdir. Bu bilgini rəhbər tutaraq onlar mehriban və xoşbəxt yaşayırdılar.
Və budur, bir dəfə kişilər və qadınlar kosmosa getmək üçün kosmik gəmi düzəltmək qərarına gəlidilər. Ekspedisiyaya bir çoxu hazırlaşırdı, sonra gəmi nəhayət start götürdü. Gəmidə çoxlu kişi və qadın var idi. Amma onlar kosmosa çıxan kimi azdılar. Bir müddət sonra, onlar mavi rəngli məchul planeti gördülər. Bu planet kosmosdan o qədər gözəl görünürdü ki, qadınlar və kişilər onu araşdırmaq qərarına gəldilər.
Bu planet soyuq Mars və ya isti Venera ilə müqayisə edilməyəcək qədər gözəl - əsl cənnət idi. Zümrüd yaşıllığı, mavi səma və qəribə okean əsrarəngsiz idi. Çaylar balıqlarla dolu idi, meşələr quş və heyvanlarla. Onlar heç vaxt düşünməzdilər ki, Kainatda belə möcüzə var. Planeti o qədər bəyəndilər ki, orada qalmaq qərarına gədlilər. Bir müddətdən sonra isə Mars və Veneradakı bütün kişilər və qadınlar Yer adı verdikləri planetə köçdülər.
Uzun müddət qadınlar və kişilər əvvəlki kimi dinc və xoşbəxt yaşadılar. Amma illər ötüb keçir, nəsillər bir-birini əvəz edirdi, getdikcə insanlar unutdular ki, onların əcdadları müxtəlif planetlərin sakinləri idi. Kişilər qadınları başa düşmürdülər, qadınlar isə kişiləri. Onlar bir-birini dəyişmək istəyirdilər, bir çox qanunlar və qaydalar yaradaraq onları yeganə düzgün hesab edərdilər. Harmoniya və sülh Yeri tərk etdi, müharibələr başladı, şəhərlərin alışdığı yanğınlarda kişilər və qadınlar həlak olurdu. Xaos dövrü başlandı.
Bu, indiyədək davam edir. Amma əgər insanlar xatırlasalar ki, biz - müxtəlif planetlərin öz qanunları ilə yaşayan sakinləriyik və digər planetin qanunlarını başa düşə bilmiriksə, onda onları qəbul edərək hörmət etsək, dünya tamam başqa olacaq.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR