Mətbəxi basan qarışqalara əsəbləşən anam hər yerə dərman qoymuşdu. Artıq evin hər küncündə ölən bu dəvətsiz qonaqları görmək mümkün idi. "Bu dərman onları evdən uzaqlaşdıracaq, ya diqqətlərini başqa yerə çəkəcək?" deyə soruşdum, amma sualıma cavab vermədi. Qəzet və jurnallardan limon qoyula biləcəyini öyrəndim. Anam bunun xeyri olmayacağını, vaxt itirə bilməyəcəyini söylədi.
Evin hər küncündə ölmüş qarışqalar görünürdü. Ona "ana" demək istəmirdim, çünki yazıq qarışqaların öldüyünü görən kimi sevinclə təmizlik edib rahatlanırdı. Hər ölü qarışqa tapan kimi sevindiyindən qışqırırdı, mən isə qardaşımla bir-birimizə baxıb kədərlənirdik. Tozsoranla yığılan yarımcan qarışqaların halını düşündükcə anamın yaxşı insan olmadığını düşünürdüm. Bu hadisə ana anlayışını araşdırmağıma səbəb olmuşdu.
Hər səhər qalxıb mətbəxə baxırdıq. Əlimizdən gəldiyi qədər onları qurtarmağa çalışır, zəlzələ zamanı dağıntıdan insanları çıxaran xilasedicilərə oxşayırdıq. Danlaq eşitsək də, həyatını qurtardığımız kiçik varlıqlar bizi xoşbəxt edirdi.
Bir səhər mətbəxdə birinin qıvrıldığını gördüm, əziyyət çəkirdi. Ona əvvəlcə bir az su damladıb dərmandan təmizlədim. Sonra qəzetin üstünə qoydum ki, qurusun. Mətbəxin pəncərəsinin önünə gətirib "Oksigen alması yaxşı olar" deyə düşündüm. Gəzməyə gedəcəkdik, getməyə məcbur idim, çünki uşaqdım. Dostumu itirməmək üçün onu bir kibrit qutusuna qoydum.
Döndüyümüz zaman hələ də qıvrılırdı. "Bu kiçik varlıq üçün ölmək bu qədər çətindirmi?" deyə düşündüm, ürəyim ağrıdı. Biz əylənib danışarkən o, əzab çəkmişdi. Tam iki gün qıvrıldı. Bəlkə də asanlıqla öləcəkdi, mənim ucbatımdan vaxt uzandı.
Sonda öldü, mən də onunla. Onunla çox şey öldü - anama sevgim, hörmətim, inancım və bir çox şey...
Qardaşım çox ağladı. Qarışqanı gözəl bir mərasimlə yola saldıq. Kağız və diş çöpündən xərək düzəltdik, bağçada basdırdıq. Məzarı kiçik və çox bəzəkli idi. Çox müqavimət göstərdiyi üçün qardaşım ona Cəsur adı verdi. Kağıza adını yazıb diş çöpü ilə baş tərəfində torpağa basdırdı.
Anam üçün Cəsur iyrənc bir şey idi. Onu narahat etmişdi. Amma biz onu çox sevmiş, ona sahib çıxmışdıq. O, bizim dostumuz, yoldaşımız olmuşdu. O, qarışqa deyildi, onun adı Cəsur idi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kəndlilər kəndi satın aldılar
İspanaqlı qayğanaq (foto resept)
Unutmamalıyıq...
Məşhur modelin FOTOları Diqqət Çəkdi
Fahriye Evcen Şərtlərini Açıqladı
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım
Məhşurların uşaqlıq şəkilləri
Şəhzadə kababı (foto-resept)
Zəifləmiş saçlar üçün maska
Birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“WhatsApp”da yenilik!
Şokoladlı konfet blinilər(foto resept)
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Soyuq su içməyin zərərləri
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək
Heyvanlar atasına oxşayır, yoxsa anasına?
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Niyə qocalmaq istəmirik...
Hıçqırıqdan xilas olmağın yolları
Günün qoroskopu: Qətiyyətli olun!
Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?
Bakı rəsmən imtina etdi
Dünyanın ən gözəl yerləri (2)
Gülməli ev heyvanları
Qışda sağlam hamiləlik keçirmək üçün...
Yeni doğulan qızı ilə ilk fotosunu paylaşdı
Saç boyanızı bəyənmədiniz?
Dünyanın ən eybəcər kişisi
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
Küncütdən konfet (foto resept)
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
İzləməli olduğunuz möhtəşəm filmlər
Payız peyzajları
Afrikada bir gün
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Uçan fantastik kitablar
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Bilirsinizmi?
DİM abituriyentlərə müraciət etdi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Bakıda çox ucuz bazarlar açılıb
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
"Eurovision" da bir ilk
İlham Əliyev Antalyada
- ŞƏRHLƏR