Pul haqqında çox şey deyilib. Ancaq etiraf etməliyik ki, pul həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz tez-tez fikirləşirik ki, pulu xərcləyək ya yığaq?
Tutaq ki, siz pulu yığmağa qərar verdiniz. Təsəvvür edin ki, sizin bütün həyatınız yalnız pul qazanmağa hədəflənib; heç bir əyləncə yox, ürəkdən alış-veriş yox, geriyə bir addım belə yox ...
Həmişə qorxu içindəsiniz- daha çox pul qazanmaq və yığmaq; başdan-ayağa stress və adi iş günləri... Belə həyat xoşunuza gəlirmi? Şəxsən, mənim xoşuma gəlmir.
Gəlin, bu məsələyə digər tərəfdən də baxaq. Pulu xərcləməyə qərar verdiniz. Düzdür, həyat pul qazanmağa hədəflənib, yəni pulu qazanıb xərcləməyə. Pul elə onu xərcləmək üçündür. Lakin çox çətinliklə qazandığımız pulu əslində çox asanlıqla xərcləyirik; ya lazımsız əşyalar alırıq, ya da bədxərclik edirik. Bəzən (Allah uzaq eləsin!) evimizdə yanğın baş verə bilər, ya da xəstələnə bilərik, ancaq pul yoxdur! Çünki bir az əvvəl ya təzə model telefon almışıq, ya da başqa bir şey. Müalicə üçün, yeni mebel almaq üçün pul yoxdur! Kədərli haldır, elə deyilmi?
Bütün bunları nəzərə alaraq, qeyd etməliyəm ki, burda da orta bir hal olmalıdır. Bütün həyat boyunca pulu yığmaq, və ya bədxərclik etmək lazım deyil. Çünki, həyatda hər bir şey ola bilər, ona görə də hardasa "qara gün"ə pul saxlamaq lazımdır.
Əlbəttə ki, çox şey insanın xasiyyətindən asılıdır. Narahat və vasvası insan pulu ancaq yığacaq, xərcləməyəcək. Əksinə, arsız insan bədxərclik edəcək, pulunu bir gecəyə xərcləyəcək. Amma hər halda insan qənaətcil olmalıdır. Qazandığı pulun yarısını özünə xərcləməli, yarısını da saxlamalıdır.
XƏBƏR LENTİ
Dünyanın ən gözəl qəsrləri bunlardır
Qeyri-adi skamyalar
Zoğal kompotu (foto resept)
Bir ton ağırlığında adamyeyən timsah - FOTO
Azərbaycanlı rəssamın əsərləri Parisdə maraq oyadıb
ATƏT Qarabağdan narahatdır
Dağlıq Qarabağdakı sülhməramlılar hansı vəzifələri yerinə yetirəcək?
Qaraciyərin təmizlənməsi
Bu şəkil üçün 179,4 milyon $ saydılar
Prezident çempionumuza qızıl medal verdi
Nardaranda baş verən hadisələrlə bağlı rəsmi açıqlama
Selfi çəkməmək üçün fərqli üsuldan istifadə edən ailə
Toxumağı öyrənək. Dərs - 1
Bakılılar yeraltı keçiddən niyə qorxurlar?
Günün qoroskopu: Qətiyyətli olun!
Qanadlı dostları üçün ev düzəltdi
Mumiyalarla bağlı yeni kəşf
Yay və yoğur
20 illik dostluq bitdi
Prezident İbrahim Məmmədovla bağlı sərəncam verdi
Dünyada minlərlə insan bu günü gözləyir
Yeni hobbi axtaranlar üçün maraqlı fikirlər
Pomidorlu qəlyanaltı(foto resept)
Kevin Petersonun distopiya rəsmləri
Sabah bu ərazilərdə qaz olmayacaq
Bəhram Bağırzadənin vəziyyəti necədir?
Məşhur cütlüyün evində səslər yüksəlib
Tailand silkələndi
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Vikinglərin "Günəşdaşı" əfsanə deyilmiş
Limon pəhrizi ilə arıqlayın
Uşağınız aşiq olub?
Ölkədaxili otellər
HAVA necə olacaq?
Hamilə qalma şansını artıran qidalar
Mətbəxdə köməyinizə çatacaq tövsiyələr
Angelina Jolie "Harper’s Bazaar" dərgisində
Son 10 ilin sərin avqustu müşahidə edilir
Ağciyərə faydalı olan bitkilər
Kremli peçenye (foto resept)
“WhatsApp”dan xoş xəbər
Erməninin başını partladan güləşçimiz danışdı
Çinlilər 12 dollarlıq "ağıllı bilərzik" göstərdilər
Azərbaycanda qadın pilotlar hazırlanacaq
Bakıya gəlməyə daha ehtiyac qalmadı
"WhatsApp" bombanı partlatdı
Balqabaqlı aş
Məşhur aktyor Evləndi-FOTO
Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO
- ŞƏRHLƏR