Qadin.NET / Bədxərcsiniz, yoxsa qənaətcil?

Bədxərcsiniz, yoxsa qənaətcil?

      Pul haqqında çox şey deyilib. Ancaq etiraf etməliyik ki, pul həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz tez-tez fikirləşirik ki, pulu xərcləyək ya yığaq?

      Tutaq ki, siz pulu yığmağa qərar verdiniz. Təsəvvür edin ki, sizin bütün həyatınız yalnız pul qazanmağa hədəflənib; heç bir əyləncə yox, ürəkdən alış-veriş yox, geriyə bir addım belə yox ...
      Həmişə qorxu içindəsiniz- daha çox pul qazanmaq və yığmaq; başdan-ayağa stress və adi iş günləri... Belə həyat xoşunuza gəlirmi? Şəxsən, mənim  xoşuma gəlmir. 

Bədxərcsiniz, yoxsa qənaətcil?

     Gəlin, bu məsələyə digər tərəfdən də baxaq. Pulu xərcləməyə qərar verdiniz. Düzdür, həyat pul qazanmağa hədəflənib, yəni pulu qazanıb xərcləməyə. Pul elə onu xərcləmək üçündür. Lakin çox çətinliklə qazandığımız pulu əslində çox asanlıqla xərcləyirik; ya lazımsız əşyalar alırıq, ya da bədxərclik edirik. Bəzən (Allah uzaq eləsin!) evimizdə  yanğın baş verə bilər, ya da xəstələnə bilərik, ancaq pul yoxdur! Çünki bir az əvvəl ya təzə model telefon almışıq, ya da başqa bir şey. Müalicə üçün, yeni mebel almaq üçün pul yoxdur! Kədərli haldır, elə deyilmi? 

Bədxərcsiniz, yoxsa qənaətcil?

      Bütün bunları nəzərə alaraq, qeyd etməliyəm ki, burda da orta bir hal olmalıdır. Bütün həyat boyunca pulu yığmaq, və ya bədxərclik etmək lazım deyil. Çünki, həyatda hər bir şey ola bilər, ona görə də hardasa "qara gün"ə pul saxlamaq lazımdır.
Əlbəttə ki, çox şey insanın xasiyyətindən asılıdır. Narahat və vasvası insan pulu ancaq yığacaq, xərcləməyəcək. Əksinə, arsız insan bədxərclik edəcək, pulunu bir gecəyə xərcləyəcək. Amma hər halda insan qənaətcil olmalıdır. Qazandığı pulun yarısını özünə xərcləməli, yarısını da saxlamalıdır. 

Əzizlərim, bəs siz necə, bədxərcsiniz ya qənaətcil?
23 aprel 2013
GO BACK