- Ən etibarlı ər hindistanlı Temuli Bxikayn hesab edilir. Temuli 86 il bir arvadla ömür sürübdür. Kəbin vaxtı bəyin 5 yaşı var imiş. Çox vaxt belə kəbinlər qohumluq əlaqələrini saxlamaq və ya düşmənçiliyin qarşısını almaq üçün kəsilərmiş.
- Deyilənlərə görə, ən çoxuşaqlı kişi XVII-XVIII əsrdə yaşamış Mərakeş kralı Muley İsmayıl olubdur. O, təxminən 700 oğul və 340 qız atası imiş.
- Banqladeşdə 1986-cı ildə azyaşlı uşaqların evlənməsi üzrə rekord qeydə alınmışdır. Nigah vaxtı bəy 11, gəlin isə 3 aylıq olub.
- Əslən livanlı olan və Braziliyada yaşayan Ziyad Yussu Fəzah 54 dildə yazib oxuyur. O, dünyanın ən çox dil bilənlərindən hesab olunur.
- Dünyada ən böyük kitab Fransanın Tuluza şəhərindədir. Çəkisi 8 ton, ölçüsü isə 3x4 metrdir. Onun hər birisi 200 kiloqram olan 30 səhifəsində müxtəlif hekayə, maraqlı əhvalat, elm və texnikaya aid məqalələr nəşr edilmişdir.
- Dünyada ən böyük atlas Berlin dövlət kitabxanasında saxlanılır. Atlasın hündürlüyü 1m 70 sm, eni isə 2 m 20 sm, yaşı 200 ilə yaxındır.
- Ən qısa məktub Viktor Hüqoya məxsusdur. Hüqo “ Səfillər” kitabının naşirə necə təsir etdiyini bilmək üçün ona yazmışdı: “?” Naşirin cavabı isə “! ” olmuşdu.
- Ərəbistanda bitən bəzi kolları yerli əhali gülüş ağacı adlandırır. Belə ki, onun meyvəsindən yeyən adam dərhal gülməyə başlayır və bu gülüş yarım saat davam edir. Həmin kolun meyvəsindən diş ağrısı zamanı istifadə edilir.
- Azərbaycanın böyük söz ustası Nizamı Gəncəvinin tam və dəqiq adı belədir: Nizami Əbu Mühəmməd Nizaməddin İlyas ibn Yusif ibn Müəyyəd Gəncəvi.
- Qurani-Kərimdə ərəb hərfləri 321583 dəfə işlənmişdir. Kəlmələrin sayı 77389, ayələrin sayı 6666-dır.
- Çox danışmaq üzrə birincilik 5 yaşından 10 yaşına qədər uşaqların payına düşür. Onlar gün ərzində 14 mindən çox söz tələffüz edirlər. İkinci yer isə səfərdən qayıtmış matroslarındır. Üçüncü yeri 18-25 yaşına qədər olan gənclər tuturlar. Onlar gün ərzində 10 min söz tələffüz edirlər.
- Leonardo da Vinçinin əsərlərinin əlyazmasını ancaq güzgü ilə oxumaq olar, çünki o, solaxay olduğundan sağdan sola yazırdı.
- Hazırda dünyada ən böyük ailə Çilidə yaşayır. 65 yaşlı Leontina Albinanın 1981-ci ildə sonuncu 55-ci uşağı olmuşdur. Onun əri Sekunda Albianın dediyinə görə,1943-cü ildə evləndikdən sonra onların 5 dəfə 3 əkiz uşaqları olmuşdur. Hazırda uşaqların 40-ı (24 oğlan və 16 qız) sağ-salamatdır.
XƏBƏR LENTİ
Bakı parkları yenidən açılışa hazırlaşır - FOTO
Mənim toxuduqlarım
İlham Əliyevdən silah mesajı
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
Kremli şaftalı piroqu (foto resept)
Başqa musiqilər...
Albalılı piroq (foto resept)
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Dəri əşyaları təmizləməyin sadə yolu
Ukrayna 2004-cü ilə qayıdır
Sevək və sevilək
Kartofla dəri baxımı
Sosial şəbəkələr haqda qanun olacaq?
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Günün ulduz falı
Depresiyaya yox deyin!
"Eurovision" ləğv olunacaq? - Ölkələr imtina edir
Tarkan ailəsi ilə Almaniyada karantindədir
Begemotla gəzinti
Lənətlənmiş otel
Yumşaq dəriyə sahib olmaq istəyən kişilər üçün tövsiyələr
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Qapının zəngi...
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
Məşhur aktrisa "Barbie" olacaq!-FOTO
"Facebook"dan möhtəşəm yenilik
Sinə əməliyyatından 4 il sonra -ŞOK FOTO
Gözəl vücuda sahib olmaq istəyənlər
Kişilər necədirlər?
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Məşhur aktyor evləndi-FOTO
"Google" əlavə reallıq displeyi yaradacaq
Delfinoterapiya
Dünyada ən varlı 5 qadın
Aleksandr Lukaşenko Bakıya gəldi
Dırnaq yemək vərdişi
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət
Biserli geyimləri necə uyğunlaşdırmalı?
Məşhurlardan ilham alan yumor ustası
Nurgül Yeşilçay hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Evlənmək barədə düşünmürük”
Dünyanın ən uzun pilləkənları
Bade İşçil keçmiş əri ilə barışdı
"Hörümçək adam"ın yaradıcısı vəfat etdi
Təhsilimizin bahalı libasını eybəcərləşdirən yamaq
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Pensiyaçıların nəzərinə!
Romantik görüş üçün göz makiyajı
“YouTube”da messencer funksiyası test edilir
- ŞƏRHLƏR