Qadın - bir göz dolu göz yaşıyam, göz qapaqlarının həsrətinə məhkum. Hər damlada bir arzu var, hər baxışda bir ölmüş duyğunun kədəri. Süzüldükcə yanağımdan ürəyimin bir parçası, içimdə qapqara bir şəhzadə bağırır “Qırıl həyatdan” çərçivələrə məhkum yazıq , istiqamətlərə müqəvva bədbəxt, nəfəs alan oyuncaq qop həyatdan. Hər gün kimliyimin altında əzilir qürurum. Mən kiməm? Duyğularımın cəlladı, çünki ayıbdır! Mən kiməm? Sükunətlə boğulan bağırtı, çünki haqqım yoxdu! Mən kiməm?! Zəhər kimi məcburiyyət tükəticisi , hər qurtumda acıdan qıvrılıram. Qadın-canlı qəbristanlıq portreti, gülümsəyən fəryad, çarəsizliyin orağı ilə kəsilmiş başsız bədən, həqiqətlər tonqalı ilə alovlanan yolları gedən ayaqyalın yolçu. Üzümdə səhvlərimin kötəyinin izi, ürəyimdə sevgi adlanan yanlışın viranxanası, üsyanım içimdəki hıçqırıqlarımdı. Mənim əsərim göz yaşımla üzümdə bəzədiyim kədərimdir. Çürüyür ruhum bu olar, o olmaz cümlələri altında. Dözümümlə heç kəs qürur duymur, çünki borcum imiş!..
Yeriyirəm insanların arasında. Cəmiyyət mənə yad planet kimi özgədir. İnsanlar addım-addım üstümə gəlirlər, yanımdan keçirlər. Bəziləri boş qutu, bəziləri isə sükuta qərq olmuş fəryaddır. Hər simada bir başqa taleyin dəsti-xətti var, hər ürəkdə bir başqa ümidin qəbri var. Bəzilərində isə heçnə yoxdur. Bomboş qutu. Hərdən kiçik müddətli ünsiyətlər olur istəmədən. Ürəyim bulanır çoxlarından. Çoxları mənəvi virusdur, anti-virussuz. Danış, danış fayda etməz, təsir etməz. Bir silah ola kaş, toxunmadan öldürə, sahibinə cəza verilməyə. Baxdıqca düşüncələr duyulur qarma-qarışıq. Qulaqlarımı az qala kar edir bəzən sakit, bəzən ən son tondakı fikirləri. Cəmiyyət- insanın özünün də fərqində olmadan mənəviyyatını tərbiyələndirən böyük çəkic. Ruhum dar bir qara qəfəsdə, bu qəfəsi qaraldan ümidsizliyim, bu qəfəsin barmaqlıqları ölmüş ümidlərim. Qapısı açıq bir qəfəs, qaçmağa həvəssiz mən. Əgər təkrar əzab çəkmək varsa, gərəkdirmi əzabdan qurtulmağa çalışmaq? Sus və addımla heç kəsi görmürmüş kimi. Danışa-danışa sözlərimi eşitdirə bilməməkdən bezmişəm! Yeyə-yeyə doymayanlardan bezmişəm! Gözümün içinə baxaraq özünü dananlardan bezmişəm! Yaşadıqlarımı yaşamadan səhvlərimi mühakimə edənlərdən bezmişəm! Rol oynamaqdan bezmişəm! Kabusum olan suallardan bezmişəm! Həyatımı lazımsızlarla doldurub özümü aldatmaqdan bezmişəm! Həyatımda özəl bilib əyrisi olan dəyərliləri sevməkdən bezmişəm! İnsanları razı sala bilməməkdən bezmişəm! Xəyallarla yaşıyanları gicbəsər, reallıqla yaşıyanları vecsiz, duyğularıyla yaşayanları axmaq adlandırırlar.
Yağışın damcıları tökülüb dəftərimə ötən gecə. Gün keçib quruyub, izi qalıb sapsarı. Bu da bir tarixdi iz saldı həyatımda. Hər baxanda xatırlıyıram. Məcburiyyətlər bitmir ki, bitmir. Uşaqsan-olmaz, qızsan-pis baxarlar, gəlinsən-otur yerində, orta yaşdasan-ayıbdır, qocalmısan-geridə qalmısan, sən bilməzsən və öldünsə- heç olmamısan. Bir gün tək tənha qalarsan o sözü deyənlərsiz qəbristanlıqda. Əbədi sükuta qərq olar ömrün. Yaşadınmı? Yox! Həyat budurmu? Biz belə görmüşük. Qırıq-qırıq içimə yığılan təəssüflərin zirvəsindəyəm. Bəzən bu dəqiqə yıxılıb öləcəkmiş kimi oluram. Baxıram ətrafa. Uşaqlığımın xoşbəxt gülüşləri hələ də qulağımdadı. Onda duyduğum ən böyük acı, şirin ana kötəyi idi. Bəs indi? Yaşıyıram hiss etmədən. Ömür axıb gedir. Daha yaşım da az deyil. Qorxuyla çırpınır ürəyim. Qocalmağa start oldu artıq. Deyirlər hər yaşın öz gözəlliyi var. Hər yaşımı gözəlmi yaşadım mən? Gözüm hələ də "kaş" sözü ilə çağırdığım keçmişimdə qalıb. Qayıtmır ki, qayıtmır. Ata-anamın qara saçları üçün çox darıxmışam, qardaşımla oynayanda etdiyimiz dava-dalaş üçün.
Qaranlıq, taxta qutu, nəm torpaq, qulağımı kar edən sükut, təklikdən dəli olan ruhum - sonu budur başlanğıcın!!!
XƏBƏR LENTİ
AMD-dən yenilik var
Saçınızın tez ağarmaması üçün…
Günün ulduz falı
İspaniya kralının qızı karantinə götürüldü
Miqrantlar Rusiyadan qaçır
Saturnda əsrarəngiz hadisələr baş verir
Ermənistan yanlış yolda
Saçımıza qarşı etdiyimiz səhvlər
Boğazında qalan kolbasanı çıxarmaq istədi, diş fırçasını uddu - FOTO
Karbon pilinqi
Azərbaycanın orta məktəblərində yenilik
Filmlərdəki rollara bənzəyən insanlar
Avakado ilə saç və dəriyə qulluq
Qadın barğamını kəsib boynundan asdı
Mətbəx pərdələri
Xəyanət etdiyini göstərən davranışlar
Toy üçün özəl gün: 17.07.2017 - bu gün bütün saraylarda toy var
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində - VİDEO
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeni ağaclar əkildi
Türkiyə Azərbaycan yığmasından revanş aldı
2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
Dekolte bölgələrinə qulluq
Silvestr Stallonni qızı ilə alış-verişdə - FOTO
Bu gün imtahan olacaq
Qarışqanın iybilmə xüsusiyyəti
Qadınlar haqqında çəkilmiş son uğurlu filmlər
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi
Günün ulduz falı
Günün qoroskopu: fikrinizi dəyişməyiniz istisna deyil
Dünya xalqlarının çay mədəniyyəti
Dünya ulduzlarının təəccübləndirən FOTOLARI
Şahzadə Harrinin oğlunun dayəsi işdən çıxdı_SƏBƏB
Bitkilərlə dəbi canlandırdı
Yaponiyada uşaqların sayında rekord azalma
Rusiyada məktəblər yeni dərs ilinə kimi bağlı qala bilər
Novruzun mənşəyi və tarixi
Yay üçün hündürdaban ayaqqabılar
Uzun illər qıtlıq gözlənilir
Pelin və Anıl cinayətə şahid oldular-FOTO
May ayında neçə qeyri-iş günü olacaq?
Möhtəşəm rekord: dünyanı qaçaraq dolaşdı
Möhtəşəm səhər yeməyi (foto resept)
Dünya "pis dünya sindromu" yaşayır...
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Pendir souslu yaz salatı(foto resept)
DİN-in zabitlərinə general rütbəsi verilib
Eurovision 2011 - Kubok Bakıya gəlir!
Prezident Cıdır düzündə çay içib - VİDEO
- ŞƏRHLƏR