Finlandiya
Finlandiya (fincə: Suomi, isveç dilində: Finland) -Avropanın şimalında Baltik dənizi sahilində yerləşir. Rusiya, Norveç və İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km2-dir. Əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Rəsmi adı Finlandiya Respublikası (fincə Suomen Tasavalta, isveç dilində Republiken Finland). ”Finlandiya” sözünün mənası İsveç dilində Finland sözündən - "finlər ölkəsi" deməkdir.
Əhalinin 93,4%-ni finlər, 5,7%-ni isveçlər, 0,12%-ni qaraçılar, 0,4%-ni ruslar, 0,2%-ni saamlar təşkil edir.
Tarixi
Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl Baltik bölgəsindən gələn immiqrantlar ilə Buz Çağından sonra bölgəyə daşınan əsl yerlilərin soyundan gəlir. Dil baxımından isə, estonyalılar və macarlar ilə birlikdə fin-Ugor dil ailəsinə mənsubdur. Finlandiya 1155-ci ildə İsveç Krallığına daxil edilmişdir. Dünyəvi quruluşların yanında Katolik Kilsəsi və 16-cı əsrdəki İslahatların 18-ci əsrin sonunda, İsveç gücü azaldıqca, müstəqil Finlandiya fikri ortaya çıxmışdır. 1809-cu ildə Finlandiya Rusiya əsarəti altında olmuşdur. 1865-ci il tarixindən Finlandiya öz pul vahidi olan markanı çıxarmışdır. Parlamentar bir hökumət sistemi ilə hüququn üstünlüyünə söykənən bir hökumət inkişaf etdirmişdir. Beləcə Müstəqil Finlandiya yolunda əhəmiyyətli bir addım atılmışdır.
Oktyabr İnqilabı ilə Finlandiya müstəqilliyini elan etmək üçün 6 dekabr 1917 tarixində böyük bir fürsət əldə etmişdir. Sovet Rusiya Hökuməti 31 dekabrda Fin müstəqilliyini tanımışdır. Finlandiya Konstitusiyası 17 İyul 1919-cu il tarixində qəbul edilmişdir.
Sovetlər Birliyinin Finlandiyaya 1939-cu ildə təşkil etdiyi hücumun ardından, tərəfsiz Finlandiya bir anda II. Dünya Müharibəsində istəmədən iştirakcısına cevirilmişdir. Finlandiya 1939-1940 və 1941-1944-cü illəri arasında Sovetlər Birliyi və 1944-1945 illəri arasında Almaniya ilə döyüşmüşdür. Döyüşün sonunda Finlandiya torpaqlarının 10% ilə 100,000 insan itirmişdir. 1944-cü ilin payızı Finlandiya üçün çox çətin keçmişdir. Döyüşdə itirilərək Sovetlər Birliyinə buraxılan 400,000 min insan ölkədəki başqa yerlərə yerləşdirilmişdir. Laplandiya böyük nisbətdə korlanmış və yenidən qurulmaq məcburiyyətində qalmışdır. Finlandiya bütün bu çətinliklərin öhdəsindən gəlmişdir. Qitədən II. Dünya Müharibəsində qatılan bütün Avropa ölkələrindən, yalnız Finlandiya az xarici birliklər tərəfindən işğal edilməmişdir və daha da əhəmiyyətlisi Fin demokratiyasına toxunulmamışdır. 1947-ci ildə Paris Andlaşması çərçivəsində, Finlandiya Sovetlər Birliyinə döyüş təzminatı ödəmək və müəyyən bir torpaq parçasını buraxmaq məcburiyyətində qalmışdır.
Coğrafiyası
Ölkə ərazisinin çox hissəsi (əsasən cənubu) düzənliklərdir. Ölkənın şimalını və şərqini hündür 400-600 m-ə çatan yüksəkliklər , şimal-qərbini Skandinaviya yaylası tutur. Meşələr də Finlandiyanın təbii qaynaqları arasında böyük əhəmiyyətə sahibdirlər. Finlandiyada həddindən çox göllər var. Ölkədə cəmi 187 888 dənə 500 kvadrat metrdən çox ölçüdə göllər vardır. Ən irisi Saimaa və ən dərini Päijännedir(Pəiyənne).
İdarə olunma forması respublikadır. Ali qanunverici orqan - Eduskunta (birpalatalı parlament). Ali icraçı orqan - hökumətdir.
1995-ci ildə Avropa birliyinə daxil edilmişdir. 2002-ci ildən pul vahidi avrodur.
Eduskunta binası
Dil
Finlandiyada iki rəsmi dövlət dili mövcuddur: fin və isveç dilləri. XIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Finlandiya İsveçin əsarəti altında olmuşdur və bu dövr ərzində Finlandiyanın dövlət və ədəbi dili isveç dili olmuşdur. Fin dili isə yalnız məişət danışıqları zamanı istifadə olunurdu. Yalnız 1865-ci ildə fin dili rəsmi dilə çevrilmişdir. Fin dilinin iki böyük dialekti mövcuddur: şərq və qərb dialektləri. Ölkədə yaşayan saamların böyük hissəsi öz ana dilində danışırlar. Hətta saam dilində məktəblər də fəaliyyət göstərir. Saamlar əsas Laplandiyada (ölkənin şimalında) yaşayan xalqdır.
Bu günlərdə hökumət tərəfindən yeni qanun qəbul edilməkdədir: Finlandiyanın ikinci rəsmi dili olaraq isveç yox, rus dili qəbul edilə bilər. Səbəb isə ondadır ki, Finlandiyada həddindən çox rusdilli əhali yaşayır.
İlin fəsilləri
Finlandiyada ildə 4 fəsil mövcuddur:
qış: orta soyuqluq 0 dərəcəyə bərabərdir
bahar: orta temperatur 0 dərəcədən +10 dərəcəyə kimidir
yay: orta temperatur +10 dərəcədən yüksəkdir
payız: orta temperatur +10 dərəcədən 0 dərəcəyə kimi düşür
Təbii ki, qlobal istiləşmə bu ölkəyə də təsir etdiyindən son illər temperaturlar bir neçə dərəcə qalxıb.
Finlandiyada havanın qeyri-adiliyi ondan ibarətdir ki, cənub bölgələrdə qışda gündüz saat 16:00-dan etibarən zülmət qaranlıq düşür, şimalında isə günəş təmamilə görükmür. Yayda isə bəyaz gecələr olur.
Baltik dənizinin qışda şaxtadan donmuş görünüşü
Turizm
Turistlər qışda əsasən dağ ətəklərinə xizəklə məşğul olmaq üçün və Laplandiyaya Milad bayramında Joulupukkini (Youlupukki, yəni Şaxta baba) görmək üçün gedirlər. Yayda isə əsasən paytaxtətrafı və paytaxta istirahət üçün gəlirlər, yayda hər il keçirilən musiqi festivallarını görmək üçün səyahət edirlər. Finlilər özləri ən çox gəmi ilə İsveçə və Estoniyaya səyahət edirlər, Peterburdan da gələn və ora Finlandiyadan gedənlər də az deyil.
Helsinkidə yerləşən rus kilsəsi
Finlandiyanın ən brend, ən şik, ən adlı-sanlı ticarət mərkəzi sayılan - Stokman
______________________________________
Mənbə: Vikipediya (azərbaycan və fin dillərində),
bir az öz bildiklərimdən də əlavə etmişəm,
şəkillər - google.
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR