Qadin.NET / Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya (fincə: Suomi, isveç dilində: Finland) -Avropanın şimalında Baltik dənizi sahilində yerləşir. Rusiya, Norveç və İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km2-dir. Əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Rəsmi adı Finlandiya Respublikası (fincə Suomen Tasavalta, isveç dilində Republiken Finland). ”Finlandiya” sözünün mənası İsveç dilində Finland sözündən - "finlər ölkəsi" deməkdir.

 

Əhalinin 93,4%-ni finlər, 5,7%-ni isveçlər, 0,12%-ni qaraçılar, 0,4%-ni ruslar, 0,2%-ni saamlar təşkil edir.

Tarixi

Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl Baltik bölgəsindən gələn immiqrantlar ilə Buz Çağından sonra bölgəyə daşınan əsl yerlilərin soyundan gəlir. Dil baxımından isə, estonyalılar və macarlar ilə birlikdə fin-Ugor dil ailəsinə mənsubdur. Finlandiya 1155-ci ildə İsveç Krallığına daxil edilmişdir. Dünyəvi quruluşların yanında Katolik Kilsəsi və 16-cı əsrdəki İslahatların 18-ci əsrin sonunda, İsveç gücü azaldıqca, müstəqil Finlandiya fikri ortaya çıxmışdır. 1809-cu ildə Finlandiya Rusiya əsarəti altında olmuşdur. 1865-ci il tarixindən Finlandiya öz pul vahidi olan markanı çıxarmışdır. Parlamentar bir hökumət sistemi ilə hüququn üstünlüyünə söykənən bir hökumət inkişaf etdirmişdir. Beləcə Müstəqil Finlandiya yolunda əhəmiyyətli bir addım atılmışdır.

Oktyabr İnqilabı ilə Finlandiya müstəqilliyini elan etmək üçün 6 dekabr 1917 tarixində böyük bir fürsət əldə etmişdir. Sovet Rusiya Hökuməti 31 dekabrda Fin müstəqilliyini tanımışdır. Finlandiya Konstitusiyası 17 İyul 1919-cu il tarixində qəbul edilmişdir.

Sovetlər Birliyinin Finlandiyaya 1939-cu ildə təşkil etdiyi hücumun ardından, tərəfsiz Finlandiya bir anda II. Dünya Müharibəsində istəmədən iştirakcısına cevirilmişdir. Finlandiya 1939-1940 və 1941-1944-cü illəri arasında Sovetlər Birliyi və 1944-1945 illəri arasında Almaniya ilə döyüşmüşdür. Döyüşün sonunda Finlandiya torpaqlarının 10% ilə 100,000 insan itirmişdir. 1944-cü ilin payızı Finlandiya üçün çox çətin keçmişdir. Döyüşdə itirilərək Sovetlər Birliyinə buraxılan 400,000 min insan ölkədəki başqa yerlərə yerləşdirilmişdir. Laplandiya böyük nisbətdə korlanmış və yenidən qurulmaq  məcburiyyətində qalmışdır. Finlandiya bütün bu çətinliklərin öhdəsindən gəlmişdir. Qitədən II. Dünya Müharibəsində qatılan bütün Avropa ölkələrindən, yalnız Finlandiya az xarici birliklər tərəfindən işğal edilməmişdir və daha da əhəmiyyətlisi Fin demokratiyasına toxunulmamışdır. 1947-ci ildə Paris Andlaşması çərçivəsində, Finlandiya Sovetlər Birliyinə döyüş təzminatı ödəmək və müəyyən bir torpaq parçasını buraxmaq məcburiyyətində qalmışdır.

 Coğrafiyası

Ölkə ərazisinin çox hissəsi (əsasən cənubu) düzənliklərdir. Ölkənın şimalını və şərqini hündür 400-600 m-ə çatan yüksəkliklər , şimal-qərbini Skandinaviya yaylası tutur. Meşələr də Finlandiyanın təbii qaynaqları arasında böyük əhəmiyyətə sahibdirlər. Finlandiyada həddindən çox göllər var. Ölkədə cəmi 187 888 dənə 500 kvadrat metrdən çox ölçüdə göllər vardır. Ən irisi Saimaa və ən dərini Päijännedir(Pəiyənne).

 

  Hökumət

 

İdarə olunma forması respublikadır. Ali qanunverici orqan - Eduskunta (birpalatalı parlament). Ali icraçı orqan - hökumətdir.

 1995-ci ildə Avropa birliyinə daxil edilmişdir. 2002-ci ildən pul vahidi avrodur. 

 

 

  Eduskunta binası

 

 Dil

Finlandiyada iki rəsmi dövlət dili mövcuddur: fin və isveç dilləri. XIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Finlandiya İsveçin əsarəti altında olmuşdur və bu dövr ərzində Finlandiyanın dövlət və ədəbi dili isveç dili olmuşdur. Fin dili isə yalnız məişət danışıqları zamanı istifadə olunurdu. Yalnız 1865-ci ildə fin dili rəsmi dilə çevrilmişdir. Fin dilinin iki böyük dialekti mövcuddur: şərq və qərb dialektləri. Ölkədə yaşayan saamların böyük hissəsi öz ana dilində danışırlar. Hətta saam dilində məktəblər də fəaliyyət göstərir. Saamlar əsas Laplandiyada (ölkənin şimalında) yaşayan xalqdır.

Bu günlərdə hökumət tərəfindən yeni qanun qəbul edilməkdədir: Finlandiyanın ikinci rəsmi dili olaraq isveç yox, rus dili qəbul edilə bilər. Səbəb isə ondadır ki, Finlandiyada həddindən çox rusdilli əhali yaşayır.

 İlin fəsilləri

Finlandiyada ildə 4 fəsil mövcuddur:

 qış: orta soyuqluq 0 dərəcəyə bərabərdir

 bahar: orta temperatur 0 dərəcədən +10 dərəcəyə kimidir

 yay: orta temperatur +10 dərəcədən yüksəkdir

 payız: orta temperatur +10 dərəcədən 0 dərəcəyə kimi düşür

Təbii ki, qlobal istiləşmə bu ölkəyə də təsir etdiyindən son illər temperaturlar bir neçə dərəcə qalxıb.

Finlandiyada havanın qeyri-adiliyi ondan ibarətdir ki, cənub bölgələrdə qışda gündüz saat 16:00-dan etibarən zülmət qaranlıq düşür, şimalında isə günəş təmamilə görükmür. Yayda isə bəyaz gecələr olur.

  Baltik dənizinin qışda şaxtadan donmuş görünüşü

Turizm

 

Turistlər qışda əsasən dağ ətəklərinə xizəklə məşğul olmaq üçün və Laplandiyaya Milad bayramında Joulupukkini (Youlupukki, yəni Şaxta baba) görmək üçün gedirlər. Yayda isə əsasən paytaxtətrafı və paytaxta istirahət üçün gəlirlər, yayda hər il keçirilən musiqi festivallarını görmək üçün səyahət edirlər. Finlilər özləri ən çox gəmi ilə İsveçə və Estoniyaya səyahət edirlər, Peterburdan da gələn və ora Finlandiyadan gedənlər də az deyil.

 Helsinkidə yerləşən rus kilsəsi

Finlandiyanın ən brend, ən şik, ən adlı-sanlı ticarət mərkəzi sayılan - Stokman


Finlandiya

 

Finlandiya

 

Finlandiya

 

Finlandiya

 

Finlandiya

 

Finlandiya

 

Finlandiya

 

______________________________________

 

Mənbə: Vikipediya (azərbaycan və fin dillərində),

 

bir az öz bildiklərimdən də əlavə etmişəm,

 

şəkillər - google.

 

 

 

 

 

 

 

 

 

 

3 oktyabr 2010
GO BACK