Satanizm – Şeytana sitayiş edən dindir. Bu dində Satana güc və höküm simvoludur.
Satanizmin rəqəmi 666, bəzi hallarda 616 hesab edilir. Heyvan rəqəmi (666) İncildə qeyd edilmiş satanizm rəqəmidir. Böyük heyvan, və ya Antixristin rəqəmi hesab edilir. Amma satanizmin böyük banisi olan Anton Laveyin dediyinə görə, 666 rəqəminin elə də mənası yoxdur, bu sadəcə boş inamdır.
Satanizmin işarəsi pentaqramdır.
Satanizmin, və ya Şeytana sitayişin əsrlər boyu müxtəlif kitabları mövcuddur. Ən qədim kitabı b.e. 1312-ci ilində aid “Şeytanpərəstliyin Tam Kitabı”-dır. Həmən ili 9 ən güclü şeytanın siyahısı da yaranıb. Bu günə qədər bu say dəyişilməyib.
Ənənəvi satanizmdən başqa, ən məşhur olan Laveyin Satanizmidir. Fəlsəfə və din üzərində qurulmuş bu satanizm 1960-cı ildə ABŞ-da Anton Lavey tərəfindən yaradılmışdır. Bu insan həyatı boyu insanların hərəkətləri və yaşayış tərzinə fikir verib belə qərara gəlmişdir. İllər boyu müəyyən insanları ətrafına yığıb öz fəlsəfəsi barədə onlara məlumat vermişdir və sonradan anlamışdır ki, bir fəsləfə kifayət deyil, Dünyanı dəyişmək lazımdır və buna görə öz şəxsi dini – Satanizmini yaradır. 1966-cı ildə Satana Kilsəsi yaradır və 3 il sonra “Satanizmin İncili”-ni nəşr elətdirir.
Laveyin kitabında deyilir:
1. Satana dözümlüyü deyil, yumşaqlığı təmsil edir.
2. Satana imanlı arzular yerinə həyatın mənasını təmsil edir.
3. Satana özünüaldatmaq əvəzinə müdrikliyi təmsil edir.
4. Satana layiq olanlara rəhm edir.
5. Satana şillədən sonra ikinci üzünü çevirmək əvəzinə, qisası təmsil edir.
6. Satana insanı hərdən yaxşı, çox zaman pis cəhətləri ilə dördayaqlı heyvanlardan seçilən heyvan kimi təsəvvür edir, o heyvan ki, bütün iman və dini bilikləri, intellektual inkişafı nəticəsində bütün heyvanlardan ən təhlükəlisi olub.
7. Satana bütün günahların tərəfdarıdır, çünki bunlar fiziki, ağıl və emosional rahatlığa gətirir.
8. Satana bu zamana qədər kilsənin biznesinin tərəfdarı olaraq həmişə kilsənin dostu olub.
Sonradan satanizm bütün dünyanı bürüyür. İlk sanatistik xaçlanma, toylar, yaslar yaranır. 2004-cü ildə Böyük Britaniyada satanizm rəsmi din kimi qeydə alınır.
Ümumilikdə, Satanizmdə əsas bunlar deyilir:
Gücünü itirməmək üçün zəiflərə və acizlərə hörmət göstərmə.
Daxilində uğur gizləndiyi üçün gücünü həmişə sına.
Xoşbəxtliyi sülhdə deyil, qələbədə axtar.
Uzunmüddətli dincəlməkdənsə istirahətlərini qısa et.
Yeni bir şey yaradanda köhnəni tamamən məhv et.
Ölümünü görə bilməyəcəyin heç nəyi çox sevmə.
Bünövrəni qumun yox, qayanın üstündə inşa et. Çünki o təkcə bu gün deyil, hər zaman lazımdır.
Həmişə indiyədək edilməyəni kəşf etmək üçün daha çox səy et.
Boyun əyməkdənsə, öl.
Dəmirçiliyin ölüm qılıncı hazırlamaqdan başqa, sənət dəyəri yoxdur.
Hər şey üzərində müvəffəqiyyət qazanmaq üçün özünə hakim ol.
Yaşayanların qanı yeni toxum yaratmaq üçün gözəl gübrədir.
Soyuqqanlı (daşürəkli) başlardan təşkil olunmuş piramidalar üzərində dayanan adamlar daha uzaqları görə bilirlər.
Sevgini bir kənara atma, amma onu həmişə təhdid et. Çünki o, saxtakardır.
Bütün möhtəşəmliklərin əsasında əzab durur.
Öndə durmaqdansa, üstdə dayanmağa çalış. Çünki əzəmət oradadır.
Keçmişdəki əngəlləri məhv etmək üçün yeni və güclü qasırğa kimi ol.
Qoy sevgi həyatında məqsəd olsun, amma hədəfin böyüklük olsun.
Kişidən başqa heç bir şey gözəl deyildir, amma hər şeydən gözəl qadındır. (fikrimcə, bu cümlənin məqsədi kişi-qadın mübahisəsi məqsədilə deyilib)
Gücə mane törətdiyinə görə bütün aldanmaları və yalanları rədd et.
Daima fərdi təminatın üçün çalış!
Həyatı canlı yaşa!
Düşmənə nifrət et, səni vuranı yox et!
Sadə həyat yaşa, heyvan kimi ol!
Günahları müdafiə et!
Özünü əsla aldatma!
........................................................................
Yuxarıda sadalananlar fikrinizdə varsa, pozun getsin! Əks halda, Satanizmin fəlsəfəsi ilə razılaşmış olursuz.
Satanizm İslamda
Qurani-Kərimdə şeytanın insanı yolundan azdırmağa çalışması ilə bağlı bildirilir: "Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı".
(Allah İblisə) "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis) Mən ondan daha yaxşıyam (üstünəm), çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!" – dedi.
(Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. (Oradan) Çıx, çünki sən alçaqlardansan!"
(İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!"
(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!"
(İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların qarşılarından və aralarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!"
(Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!" (Əraf surəsi, 11-18-ci ayələr)
Satanizmin ayələrindən də aydın olur ki, şeytan insanı düz yoldan çıxartmağı qarşısına məqsəd qoymuşdur. Göründüyü kimi, satanizm insanlara müqəddəs dəyərləri inkar etməyi və şeytana uymağı təlqin edir.
Mənbə: azərbaycan dilində vikipediyadan.
Satanistlər
Stanistlər insanın heç bir qadağaya tabe olmasını qəbul etmir, daxildən gələn hər bir hissi reallaşdırmağı vacib sayırlar. Ürəkdən qarşıdakı adamı öldürmək keçirsə, onu heç bir məhdudiyyət qoymadan, istənilən formada həyata keçirməyi məqbul hesab edirlər. Satanizmə görə, pislik insanın təbiətində mövcuddur və buna görə də o, heç kimin qarşısında məsuliyyət daşımır. Məsuliyyət yoxdursa, onda kiməsə pislik etməmək üçün heç bir səbəb yoxdur. Satanistlər insanı inkişaf etmiş heyvan hesab edir, cəmiyyətin meşə qanunları ilə idarə olunmasını istəyirlər. “Güclülər zəifləri əzməlidir” prinsipi əsasında yaşayırlar. Ayinlərində qurban kimi pozğun qadınlardan aldıqları körpələri öldürüb qanını içirlər. Satanistlərə görə, səbəbindən asılı olmayaraq, istənilən adamı hər hansı satanistin xoşlamaması onun qurban kimi seçilməsinə əsas verir.
Quran-Kərimdə şeytana uyanlar haqqında deyilir:
“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!”
(əl-Mucadələ surəsi 19-cu ayə)
Satanizmin yayılması və təbliğat formaları. Satanistlər dünyanın bir çox ölkələrində yayılıblar. Əsasən Norveçdə, ABŞ-da, Polşada, Rusiyada Almaniyada və Türkiyədə fəaliyyət göstərirlər. Çoxlu gəncləri ayinlərinə cəlb edir, onları intihara sövq edirlər. Dinə görə özünü öldürən şəxsin cəhənnəmlik olmasını nəzərə alan satanistlər intihar etməyi ibadət hesab edir, öldükdən sonra cəhənnəmə gedərək, orada şeytana xidmət etmək imkanı qazanacaqlarını düşünürlər. İnternet vasitəsilə çox fəal təbliğat aparırlar. Bu istiqamətdə fəaliyyət göstərən satanist saytlar mövcuddur.
Satanistliyə qoşulanlar əsasən mənəvi cəhətdən boşluq hiss edən gənclər, narkotik aludəçiləri, ailələrində pis münasibət görən uşaqlar, məktəb şagirdləri və universitet tələbələridir.
Satanistlər əsas təbliğatlarını internetdə aparırlar. İnternet forumlarında iştirak edir, özlərinə qarşı maraq yaradır və insanları təsir altına salmağa çalışırlar. Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu dövlətlərdən olan Rusiya və Türkiyədə satanistlərin törətdiyi dəhşətli cinayətlər tez-tez mətbuatda öz əksini tapır. Yeniyetmə qızlar və oğlanlar toplaşaraq qrupun üzvlərindən birini, yaxud tanımadıqları adamları işgəncə verərək öldürür, bundan zövq alırlar.
Satanistlərin təsiri altına düşən insanlar cəmiyyətdən qaçır, qeyri-adi davranışlar nümayiş etdirirlər. Tək qalmağı xoşlayır, qara paltarlara üstünlük verirlər. Cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına nifrət edir, özlərinin hamıdan güclü olduqlarını sübut etmək üçün əllərindən gələni edirlər.
Satanizmin cəmiyyətə yaratdığı təhlükə ona qarşı çox diqqətli olmağı tələb edir. Xüsusən də azyaşlı və yeniyetmələrin internetdən istifadəsi zamanı onların zərərli saytlara daxil olmamaları və belə təbliğatların təsiri altına düşməmələri üçün onlara nəzarət edilməsi böyük əhəmiyyət kəsb edir. Gənc nəslin zərərli vərdişlərdən çəkindirilməsi və əxlaqlı yetişdirilməsi onların mənfi təsirlərə məruz qalması riskini də azaldır.
Bu xəbəri hazırlamağımda və Satanizmin məqsədləri və içi barədə sizi tanış etməyimdə məqsədim odur ki, özünüzdə bu qeyd edilənlərin hər hansı birini hiss edirsinizsə, o hisslərdən və düşüncələrdən uzaq durun, bilin ki, bunlar Şeytan əməlidir. Bu mövzudan qorxmayın! Düşmənin gözünə baxaraq ona qarşı olan qorxunu yox etmək və ondan qorunmaq olar.
Və sonda bizim müqəddəs kitabımız olan ”Qurani Kərim”-də qeyd edilmiş cümləni nəzərinizə çatdırıram:
”Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!” “Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!”
(ən-Nəhl surəsi 99-100-cü ayələr)
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Ayaqqabılarımızı özümüz bəzəyək
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Üçölçülü görmə
Hava xəbərdarlığı - küləkli hava olacaq
Qırmızı xalçada CeyLo etirazı - "Utanmaz"
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
Qadınlar üçün məsləhətlər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Orucun elmlə sübut olunmuş faydaları
Haçalanan saçlar üçün maska.
Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı qaydası sadələşdirildi
Emma Stounun Toy Tarixi Bəlli oldu-FOTO
"Kök deyiləm sümüklərim ağırdır"
"Yüzleşme" serialı reytinq qurbanı oldu
Öldürücü virus qurbanlarının sayı artır
Fıstıqlı şorba ( foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tekila içkisi haqqında
"Fənər"də 5 il oynayan "Everton"a od qoydu
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Kefir süddən daha faydalıdır
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)
Filmi xatırladan real təbiət şəkilləri
Məşhur teleaparıcı qulduru tutdu
Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
"Göbələk" peçenye (foto resept)
Reyhan şərbəti (foto-resept)
Ajda Pekkan Yeni il konsertlərindən sərvət qazanacaq-FOTO
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Buyurun, söz sizindir - "Zeytun Bağları"
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Saç uzadan kök maskası
Büllur məscid
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Qorxuludur, yoxsa faydalı?
Ağız qoxusunu necə aradan qaldırmalı?
Çərəzli konfetlər (foto resept)
9 milyona ev aldı - FOTO
Kottiqli pəriləri (4-cü hissə)
Ermənilərin havası kəsilir
Qeyri-sağlam ürəyin simptomları
Bu tələbələrə təqaüd veriləcək
Snoudendən şok iddia
Mobil saytlarla bağlı yenilik
- ŞƏRHLƏR