Qədimlərdən bəri insanlıq tarixində ən qorxunc qadın fiqurlarından biri. Bəlkə də ən təhlükəlisi. Onun şəkillərini hamınız çox yaxşı tanıyırsınız: saçının hər bir teli zəhərli ilanlardan ibarət olan və birbaşa gözünə baxan hər kəsi daşa çevirən qadın. İlk öncə bildirmək istəyirəm ki, Medusa yunan mifologiyasının məhsuludur və buna görə də ilk əvvəl onun məşhur əfsanəsini nəzərinizə çatdırmaq istəyirəm:
Rəvayətə görə, antik dəniz tanrısı Phorcys və dəniz ilahəsi olan Cetonun qızı Medusa o qədər gözəl idi ki, adanın bütün kişiləri ona aşiq olur və sahib ola bilmək üçün hər şeylərini verməyə hazır olurlar. Lakin Medusa Tanrılara yaxın ola bilmək üçün öz bəkarətini qoruyaraq Atenanın (yunan ədalət, güc, savaş və ağıl ilahəsi) məbədində xidmət etməyi seçir.
Günlər keçir, Medusanın gözəlliyinin səsi-sorağı artıq hər tərəfə yayılır və gözəl qadınların ovçusu olan dəniz tanrısı Poseidonu maraqlandırmağa başlayır. O, insan formasına girərək Atenanın məbədinə gedir və Medusanı görür. Tanrı olmağına baxmayaraq, heyvani hisslərini cilovlaya bilməyən Poseidon düz müqəddəs məbədin ortasında qızı zorlayır. Atena bu hadisəyə çox qəzəblənir. Bütün bunların hamısı Poseidonun günahı olmağına baxmayaraq, Atena Medusanı cəzalandırmağı seçir və onu gorgona, yəni ölü sifətində, qorxunc və səssiz bir canavara çevirir. Artıq Medusanın gözəl, ipək saçlarının yerində zəhərli ilanlar hərəkət edir və birbaşa gözünə baxdığı hər insan daşa çevrilir. Üstəlik, şəhərdə qalmağı təhlükəli olduğu üçün Atena onu kimsəsiz bir adaya göndərir. Amma Medusa orda tamamilə yalnız olmur, zaman keçdikcə onun başına sahib olmaq və silah kimi istifadə etmək üçün bir çox döyüşçülər həmin adaya gedib onu öldürməyə çalışır və nəticədə Medusanın ətrafına hər gün bir yeni daş heykəl əlavə olunur.
Nəhayət, baş tanrı Zeusun dünyəvi bir qadından olan oğlu Perseus böyüyür və tanrıların köməyi ilə güzgüdə əksinə baxaraq Medusanı tapır və onun başını kəsir. Ən sonda Perseus Medusanın başını köhnə evinə, Atenanın məbədinə aparır. Atena isə onun başını öz qalxanına bağlamaqla heç kimin məğlub edə bilməyəcəyi bir gücə sahib olur.
Bu mif idi, bəs bunun arxasında duran həqiqət nədir?
Susdurulmuş, hüquqları, həyatı əlindən alınmış, lakin daxilində bir baxışı ilə belə insanları daşa çevirməyi bacaran güclü bir qadın. Məncə, Medusanı anlamaq üçün onu cəzalandıran Atenanı araşdırmaq lazımdır. Atenanın anası Metis (müdriklik simvolu) lal idi. Buna görə də Atena öz səsini atasından alır. Qısacası Atenanın səsi patriarxizm tərəfindən əlindən alınır və qadın olmasına baxmayaraq, ona kişi səsi verilir. Beləliklə, Atena həmişə anasını, öz qadınlığını inkar edir və atasını, patriarxizmi qürurlandırmaq üçün yaşayırdı. Başqa sözlə desək, bir qadın cəmiyyət tərəfindən eşidilmək üçün kişi səsindən istifadə edir. Düşünürəm ki, Medusa Atenanın gizlədilmiş qadın tərəfi idi. Hətta bu tərəfindən o qədər qorxur ki, onu danışa bilməyən və kişiləri daşa çevirən bir canavar kimi düşünür. Lakin hekayənin sonunda öz qadın tərəfinə yenidən qovuşur və Medusanın başını öz qalxanına bağlamaqla, yaxud başqa sözlə desək, həyatının bir parçasına çevirməklə ikiqat daha güclü olur. Yəni bir qadın sadəcə medalyonun hər iki tərəfinə sahib olmaqla mükəmməl və güclü ola bilər.
Ziqmund Freyd “Medusanın başı” adlı məşhur əsərində bu mifoloji simvolu analiz etmişdir. O düşünür ki, Medusa əfsanəsi bir kişinin öz cinsi orqanlarının funksiyasını itirməsini, sonsuzluğu, yaxud kastrasiyanı təmsil edir. Freydə görə, Medusanın başı qadın cinsiyyət orqanının simvoludur və qeyd edir ki, anasından başqa qadın tanımamış bakir oğlan uşağı ilk dəfə cinsi əlaqədə olmağı düşündüyü an bir qadını, daha doğrusu, onun cinsiyyət orqanını görür, ona dəhşətli gəlir və homoseksuallığa can atır. Kişilərlə əlaqədə olan oğlan artıq mifdəki kimi “Medusaya baxdığı an daşa dönür”, ya da “Cinsiyyət orqanına baxdığı an sonsuz olur”, çünki bir kişi ilə əlaqədən heç vaxt çoxala bilmir. Beləliklə, Ziqmund Freyd nəzəriyyəsində fərqli bir forma alır.
Günümüzdə bəzi feministlərə görə, Medusa qadının əsəbini və üsyanını təmsil edir. Artıq sözlərin bitdiyi yerdə baxışlarını hərəkətə keçirən bu güclü qadın simvolu bəzi filosoflara görə nihilismi təmsil edir: heç bir mənası olmayan dünyanın gözlərinə birbaşa baxmağın verdiyi dəhşət.
Son olaraq qeyd etmək istəyirəm ki, hal-hazırda məşhur moda markası “Versace”, “Crooks and Castles” başda olmaqla bir çox restoran və şirkətlərin logosu kimi istifadə edilən Medusanın başı tarix boyu psixoloqların, filosofların və incəsənət xadimlərinin sevimli mövzusu olmuş, haqqında həddindən artıq fərqli fikirlər irəli sürülmüşdür. Ortaya çıxan bütün fikirlər insanları bu qədim mifi sadəcə bir əfsanə kimi dəyərləndirməyib, onu yaradan insan psixologiyasının dərinliklərinə enməyə vadar edir.
Sura Rzayeva
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Tibb işçisi lotereyada 758 mln. dollar udub
Hatice Ana erməni imiş
Su yoqasının faydaları
Gələn həftə son 68 ilin ən nadir hadisəsi baş verəcək
Tarixi bina və məbədlər (3)
Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparıldı
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Aylinin 8 aylıq hamilə olduğuna inanmayacaqsız - VİDEO
Qəbizlik üçün çarələr
ABŞ Azərbaycan millisinə 2 verdi
Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək
Təhsil Nazirliyi əhaliyə müraciət etdi
Pikassonun tablosu 6,9 milyon dollara satıldı-FOTO
Günün qoroskopu: maraqlı perspektivlər yaranır
Hərbçilər üçün bina
Partlayışın TƏFƏRRÜATI - Hərbçilər silah götürmək məqsədilə zavoda daxil olarkən...
İxtisas seçimi başlandı
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Günün ulduz falı
"O səs Türkiyə"də yeni münsif Bəyaz olacaq
Gülben Ergen xəstəxanalıq oldu - FOTO
220 kişiyə aşiq olan model itinə ərə gedir-FOTO
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 6 MART
Erməni ordusu qızların ümidinə qaldı
İlham Əliyev: “Füzuli işğaldan azad olundu”
Azərbaycanda bağlanan və pozulan nikahların statistikası açıqlandı
Qara çayın faydaları
HAVA necə olacaq?
Almaniya Suriyaya hücumla bağlı bəyanata qoşuldu
Azərbaycan tarixindən yüz şəxsiyyət-67
Qan vermənin faydaları və zərərləri
Sızanaqlara qarşı nar qabığı maskası
Bakıda mənzillərin qiyməti ucuzlaşıb
Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb - VİDEO
Sibel Can və Mahsun Kırmızıgül Xocalını BELƏ ANDI - FOTO
Müəllimlərə veriləcək testlər
ABŞ-da şəhər satılır-VİDEO
Peşə məktəblərində bəzi ixtisaslar üzrə qruplarda şagirdlərin sıxlığı azaldılıb
Zövqlü don modelləri
Günün qoroskopu: əsla ruhdan düşməyin
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Gəlin və bəy olmaq neçəyə başa gəlir?
Bakıda mənzillərin qiymətləri
Cem Yılmazın GÖZÜnə nə oldub?
Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq
Yeni peyvənd gəlir
Yoldaşından pul gizlətmək istədi, axırı belə oldu- VİDEO
Real rəsmlər
Kostyumları ilə hamını heyran edən təsirli filmlər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]