Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əlimərdan bəy Topçubaşov
(1863-1934)
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov 1863-cü ildə Tiflis şəhərində anadan olmuşdur. O, ilk təhsilini Tiflisdə almış, 1884-cü ildə 1-ci Tiflis gimnaziyasını bitirmişdir. Peterburq Universitetinin hüquq fakültəsini 1888-ci ildə fərqlənmə diplomu ilə başa vurduqdan sonra Əlimərdan bəy bir neçə il Rusiyanın müxtəlif şəhərlərində işləmişdir. 1894-cü ildə o, Bakıya təyinat alaraq şəhərin hüquq-mühafizə orqanlarında çalışmışdır. Çox keçməmişdir ki, Əlimərdan bəy dövlət qulluğundan imtina etmiş və vəkil kimi fəaliyyətə başlamışdır. Dərin biliyi, peşəkarlığı, insani keyfiyyətləri sayəsində o, şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanırdı. Azərbaycan, rus, fars, fransız, ingilis və gürcü dillərini mükəmməl bilən Topçubaşov tanınmış iş adamı və görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin diqqətini cəlb etmiş və o, 1897-ci ildə "Kaspi" qəzetinin redaktorluğunu Əlimərdan bəyə tapşırmışdır. Bu vəzifə Əlimərdan bəyə Bakının ictimai-siyasi həyatı ilə yaxından tanış olmağa imkan vermişdir. Şəhərin bütün işlərində fəal iştirak edən Ə.Topçubaşov Bakı şəhər Dumasının üzvü seçilmiş, bir müddət onun sədri olmuşdur.
1905-1907-ci illərdə müsəlman xalqlarının azadlıq mübarizəsinin təşkilində Əlimərdan bəy Topçubaşovun əvəzsiz xidmətləri olmuşdur. Hökumətin azadlıq mübarizəsini boğmaq üçün müxtəlif provokasiyalarla (milli qırğın siyasəti, neft mədənlərində iğtişaşların törədilməsi, ayrı-ayrı məmurlara qarşı sui-qəsdlər və s.) güc tətbiq etmək üçün hökumətin bəhanə axtarmasını o, redaktoru olduğu qəzetdə açıq ifşa edirdi. Hökumət adına yazılan bütün xahişlər, müraciətlər bilavasitə onun iştirakı ilə tərtib və təqdim edilirdi.
Əlimərdan bəy Topçubaşov müsəlman xalqlarının nicatını birgə mübarizədə görürdü. Çıxışlarının birində o demişdir: "Biz türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Atalarımız o qədər qəhrəman millət olduqları halda, bu gün Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında, atalarımızın mülkü olan öz vətənimizdə, öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkan qalmamışdır".
1905-ci ildə Rusiyanın Nijni-Novqorod şəhərində keçirilən Ümumrusiya müsəlmanlarının 1-ci qurultayında Ə.Topçubaşov sədrlik etmişdir. O, 1906-cı ildə Peterburqda keçirilən 2-ci qurultayda "Ümumrusiya müsəlmanları İttifaqı" partiyasının nizamnamə və proqramını tərtib etmiş, 3-cü qurultayda həmin partiyanın sədri seçilmişdir. Bu siyasi partiyanın yaradılması ilə müsəlmanların ölkənin siyasi həyatında vahid, mütəşəkkil formada iştirak edəcəyinə ümid bəsləyən Topçubaşov əlindən gələni əsirgəməmişdir.
Azərbaycanda böyük nüfuz sahibi olan Ə.Topçubaşov 1-ci Dövlət Dumasına Bakı quberniyasından deputat seçilmişdir. Dövlet Dumasında müsəlman deputatlara qarşı olan əsasən mənfi münasibəti görən Əlimərdan bəy müsəlman fraksiyasının yaradılması təşəbbüsü ilə çıxış etmiş və bu təşəbbüs bütün müsəlman deputatlar tərəfindən dəstəklənmişdir. Topçubaşov fraksiyanın sədri seçilmişdir. Onun rəhbərliyi ilə deputatlar çarizmin imperiyanın ucqarlarında apardığı siyasəti tənqid edir və bir çox mühüm tələblər irəli sürürdü. Müsəlman fraksiyasının tələbini Ə.Topçubaşov səsləndirmişdir: "Müsəlman proqramı ciddi surətdə konstitusiya əsasları üzərində dayanaraq torpaqların milliləşdirilməsi, din məsələlərində tam muxtariyyət, bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlərin və vilayət məclislərinin təsis edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipini irəli sürür".
Dumanın fəaliyyətindən narazı olan mürtəce qüvvələrin təzyiqi ilə onun fəaliyyəti dayandırılanda bir sıra deputatlar imperatorun hərəkətlərinə belə etiraz etməkdən çəkinməmişlər. Bu deputatlar sırasında Topçubaşov da olmuşdur. O, Vıborq etiraz müraciətnaməsini imzalamış və buna görə 3 ay həbsdə saxlanılmışdır. O, həmçinin, Dövlət Dumasına seçilmək hüququndan da məhrum edilmişdir. Ona hətta qəzet və jurnal redaktoru olmaq da qadağan olunmuşdur. Bu səbəbdən də o, Bakı şəhər Dumasından çıxarılmışdır. Türk dünyasının görkəmli simalarından biri İsmayıl bəy Qaspralı yazırdı: "...səni, sənin biliyini, təcrübəni və ürəyini xalqdan heç kim məhrum edə bilməz və sən bunu bilməlisən ki, sən xalqa daha çox lazımsan".
Bununla belə Əlimərdan bəy Topçubaşov 2-ci Dövlət Dumasının müsəlman fraksiyasının işində yaxından iştirak etmiş layihələr hazırlamışdır. Onun üçün Moskvada hətta müsəlman fraksiyasının "Daimi təmsilçilik" bürosu açılmışdır. Lakin onun bu fəaliyyətinin də qarşısı alındı və o, 1910-cu ildə Bakıya qaytarıldı.
Topçubaşov I Dünya müharibəsi ərəfəsində müsəlmanların "Tələblər paketi"-ni hazırlamışdır. O, 1916-cı ildə Tiflisdə Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil etmişdir. İmperiyanın dağıldığı bir dövrdə Topçubaşov Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdir. Bu məclis konstitusiya qəbul etməklə demokratik Rusiya respublikası yaratmalı idi, lakin mürtəce qüvvələr buna imkan verməmişlər. Ucqarların yenidən Rusiya əsarətinə düşməsi təhlükəsi yarananda onların müstəqillik məsələsi meydana çıxmışdır.
1918-ci ildə Azərbaycan xalqı müstəqillik qazananda, Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun qarşısında dayanan əsas məsələlərdən biri müstəqilliyimizin dünya dövlətləri tərəfindən tanınması məsələsi idi. Cümhuriyyətin mövcud olduğu illərdə bu istiqamətdə aparılan işlərə faktik olaraq Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişdir. Qısa müddət Azərbaycanın 2-ci nazirlər kabinetində xarici işlər naziri işləyən Topçubaşov daha sonra Azərbaycanın fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilmişdir. Burada bir çox osmanlı vəzifəli şəxsləri ilə fəal görüşlər keçirən Topçubaşov sultanla görüşmüş, Azərbaycanın dəstəklənəcəyi barəsində real vədlər almışdır. İstanbulda, həmçinin, digər ölkələrin nümayəndələri ilə də görüşlər keçirmiş və Azərbaycan həqiqətləri barədə onlara məlumat vermişdir. Topçubaşovun ilk və önəmli addımlarından biri İstanbulda Azərbaycan mətbuat bürosunun yaradılması olmuşdur. Erməni təbliğat maşınına qarşı uğurlu mübarizə aparan büro bütün vasitələrlə Azərbaycanın üzləşdiyi problemlər barəsində məlumat verirdi. Topçubaşov yazırdı: "Ermənilərin iştahası çox böyükdür və həm də bu iştahalarını özgələrinin, ilk növbədə isə bizim hesabımıza doydurmaq istəyirlər. Az qala bütün paytaxtlarda bizim mənafeyimizin zərərinə təbliğat aparır, bizi dövlət həyatı qurmağa qabil olmayan və başqa millətlərlə barışmaz millət kimi qələmə verirlər".
Azərbaycan parlamenti işə başlayanda məhz Topçubaşovun sədr seçilməsi təklif olunmuşdur, İstanbulda olması nəzərə alınaraq o, qiyabi olaraq sədr seçilmişdir. Azərbaycan nümayəndə heyətinin sədri kimi Paris Sülh konfransına göndərilən Topçubaşov burada gərgin danışıqlar aparmışdır. O demişdir: "Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatlar verilməsinin şahidi oluruq. Düzdür, bizi hələ yaxşı tanımırlar. Biz indi birinci dəfədir Avropadayıq, lakin əmin edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq". O, dediklərinə nail oldu: 1920-ci il yanvarın 11-də Paris Sülh konfransının Ali Şurası Qafqaz məsələsini çox gərgin şəraitdə müzakirə etdi və Britaniyanın xarici işlər naziri C.Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Hazırlanan sənəd yanvarın 12-də Ali Şura üzvləri tərəfindən imzalandı. Yanvarın
15-də Azərbaycan nümayəndə heyətindən Əlimərdan bəy Topçubaşov və Məhərrəm Məhərrəmov Fransa Xarici İşlər Nazirliyinə dəvət olundular və qərar rəsmən onlara təqdim edildi. Bu, Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi.
1920-ci il aprel işğalından sonra Parisdə mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmamış, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq Azərbaycan hökumətinin ona verdiyi mandatla 1920-ci il Millətlər Cəmiyyətinin Cenevrə, London, Genuya 1923-cü il Lozanna konfranslarında iştirak etmiş və Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında iştirakçılara geniş məlumat vermişdir.
Əlimərdan bəy Topçubaşov 1934-cü ildə Parisdə vəfat etmiş və Parisin Sen-Deni qəbiristanlığında dəfn olunmuşdur.
XƏBƏR LENTİ
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Şəkidə şirniyyat festivalı olacaq
Fransa telekanalı Qarabağı müzakirə etdi
İnsan
Bu bitkiləri evdə saxlamayın
Meqan və Harridən nümunəvi addım -FOTO
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Emin həmkarları ilə həkimlər üçün oxudu-VİDEO
Göbələkli bilinçik (foto-resept)
"Qalatasaray"ın "pitbul"u Skolariyə səsləndi
Kolumbiyada eynicinsli nikahlar leqallaşdı
Siqareti atmaq üçün az bilinən üsullar
Mirvari dəbi geri qayıtdı
Şərq ay təqvimi günlərinin dölə təsiri
Bibiheybət və İçərişəhərdəki В«CüməВ» məscidində qanvermə aksiyası olacaq
İncə bilərzik modelləri
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Hicablı xanımlar üçün geyimlər
"Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"
Günün qoroskopu: qayıdana fikir verin
Parisdəki terror zamanı ölən və yaralananlar arasında azərbaycanlı varmı?
Portağalın faydaları
Uşaqlarda yeriməyi gecikdirən səbəblər
Zirəddin Rzayevin QƏBUL QİYMƏTİ
Ona səbəb göstərin!
Azərbaycanda necə QİÇS xəstəsi var?
Arıqlamaq üçün ilkin addımlar
Paştet (foto resept)
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
İlham Əliyev və Mehriban Əliyeva açılış mərasimində - FOTO
İslamı qəbul edən dünya ulduzu -FOTO
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Saça necə qulluq etməli
Fıstıqlı krokan (foto-resept)
Plastik tac yarım milyona satıldı
Google sürücüsüz avtomobil buraxacaq
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atdı
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Bəyəndim (Like)
Bakı yollarında sürət həddi yenə dəyişdi
Müəllimlər sınaq qarşısında
İrəvandan ilk acı etiraf: ermənilər ŞOKDADIR
"Xocalı Ermənistanın türk dünyasına qarşı aparılan çirkin oyunlarının bir hissəsidir"
“Şəhid” edilmiş, viranə Seyidli - VİDEO
Onlar tablo deyil, Çinin düyü tarlaları
Təəccübləndirən və güldürən şəkillər
2017-nin dəbi olacaq rənglər
- ŞƏRHLƏR