Hələ çox-çox qədim zamanlardan bəri yollar, nəqliyyat xətləri bəşər tarixi sivilizasiyasında böyük rol oynamışdır. Bu yollardan ən əhəmiyyətlisi Şərq mədəniyyətini Qərblə birləşdirən İpək yoludur. Bu yolun ipək yolu adlandırılması təsadüfi xarakter daşımır. Miladdan əvvəl misirlilər, romalılar və daha sonralar digər qərb dövlətləri Çindən ipək satın almağa başladılar. Nəqliyyat vasitəsi isə dəvələr -karvanlar idi. Şərqin ipək və ədviyyatı karvanlarla Qərbə daşınırdı, bu qərb üçün böyük beynəlxalq əhəmiyyət kəsb edirdi. İpək Şərq mədəniyyətinin Qərbdə tanınması üçün zəmin yaratdı. Bu yolla təkcə ipək deyil, ədviyyat, xalça, çini qablar, qiymətli daşlar, zinət əşyaları, pambıq, silah, civə, kompas və s. danşınırdı ki, o zamanlar qərb dövlətləri bunlardan xəbərsiz idilər. Beləliklə, tədricən ticarət yolları əmələ gəlirdi. Məhz ipəyin dəyərinə görə "İpək Yolu" adlandırılmağa başlandı. İpək yolu insan əliylə yaranmış bir yol deyil, bu yol təbii dərələr və təpələrdən ibarət olub. Daha sonra isə bu güzəndah üzərində şəhərlər salınmağa başlanmışdır. Möhtəşəm İpək Yolu termin olaraq ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand for Rixhofen tərəfindən işlədilmişdir.
Ticarət karvanları Çinin Şinan şəhərindən hərəkətə başlayırdı. Dunxuandan karvanlar iki istiqamətə ayrılırdı (Dunxuan xan sülaləsi tərəfindən Çinin qərbində ucaldılmış qala idi). Yolun şimal qolu Turfan çökəkliyindən ötərək Orta Asiyaya - Səmərqənd və Buxara şəhərlərinə daxil olurdu. Buradan qərbə - Mərv şəhərinə daxil olaraq əsas terminalla birləşirdi. Bu istiqamətin yaranması baramaçılığın inkişafı üçün əlverişli təbii şəraitə malik olan Orta Asiya ölkələrində ipək istehsalına zəmin yaratdı.
Dunxuandan ayrılan yolun ikincisi cənub istiqamətində Təklə-Məkan səhrasının yanı ilə Pamir dağlarının vadilərini keçərək Mərv şəhərinə gəlirdi. Həm şimal, həm də cənub arsında keçid yollar da mövcud olmağa başladı, Yarkənd-Qaşqar belə keçidlərdən idi. Cənub qolu üzərindəki Baix şəhərindən də Hindistana yol uzanırdı. Özbəkistanın Kaşğar şəhərinə gələn yol bir tərəfdən Əfqanıstanı keçərək Xəzər dənizi limanlarına, digər tərəfdən də İran üzərindən Anadoluya çatırdı. Anadoludan dəniz limanlari ilə (Aralıq və Qara dəniz) Avropaya çıxırdı. Bu yollarla Şərqdən Qərdə və Qərdən Şərqə dil, din, mədəniyyət, sivilizasiya daşınırdı və qitələr arasında nəinki ticarət, həmçinin mədəniyyət əlaqələri də daşınır və inkişaf etdirilirdi. Beləliklə, elmi və texnoloji naliyyətlər Şərqdən Qərbə bu yollarla ötürülməyə başlandı.
İpək yolunun mədəniyyət tarixində də əhəmiyyətli yeri var. Şərqdən Qərbə xalçaların, çalğı alətlərinin, memarlıq üslublarının daşınması Qərbdə köklü mədəni innovasiyaların yaranmasına səbəb olmuşdur. Bu yolla daha çox adət-ənənələr, sənət, fəlsəfi düşüncələr, əxlaq mübadilə olunurdu. Kompas və kağızın qərbə gəlməsi Avropa dəniz dövlətlərində güclü inkişaf yaratdı və məhz İpək yolu sayəsində Qərb dövlətləri indiki mədəniyyət və inkişafı qazanmış oldular. Bu yolları ələ keçirməkdən ötrü bir çox dövlətlər arasında, o cümlədən Çin və Türkiyə arasında böyük müharibələr olmuşdur və Çin dövləti Türklərdən qorunmaq məqsədi ilə "Çin Səddi"ni tikmişdir. Lakin xristian aləminin Şərqdəki son nümayəndəsi Bizansların Türkiyə tərəfindən fəth edilməsi ilə Möhtəşəm İpək Yolu əvvəlki əhəmiyyətini itirmiş oldu.
İpək yolu Azərbaycan üçün də az əhəmiyyət kəsb etməmişdir. Şinan şəhərindən başlanan İpək yolu Lançjondan keçərək Donxuana gəlirdi. Burada yollar Avropanın hər tərəfinə bölünürdü. Bu yollardan biri də Kopet dağının şimal ətəkləri ilə Xəzərin cənub sahilinə çıxırdı. Digər tərəfdən Təklə-Məkan səhrasından keçən yol da Dərbənd, Şamaxı, Gəncə şəhərlərindən keçib Batumi və İstanbula gedirdi. Xəzərin cənubu ilə keçən İpək yolu Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına səbəb oldu. Bu zamanlar istehsal olunan ipəyin keyfiyyəti Çin ipəyini geridə qoyurdu. Bakı, Dərbənd, Şamaxı, Şirvan, Gəncə, Şəki şəhərləri böyük ticarət mərkəzlərinə çevrilməyə başladı və tacirlər üçün karvansaralar inşa olundu.
1492-ci ildə Amerikanın kəşfi ilə İpək yolu tamamilə əhəmiyyətini itirdi. Bu da Amerikada Çindən və Hindistandan gətirilən malların olması və dəniz yolunun daha ucuz başa gəlməsilə əlaqədar idi. Çox uzun tarixi dövrdən sonra Böyük İpək yolu yenidən bərpa olundu. Bu yolun yenidən bərpasında Azərbaycan da təşəbbüs göstərmişdir. 1998-ci ilin sentyabrında Bakıda Azərbaycan və Gürcüstan dövlət başçılarının təşəbbüsü ilə TRASEKA proqramı çərçivəsində 32 ölkənin, 13 beynəlxalq komissiyanın nümayəndələri ilə İpək Yolunun yenidən bərpası müzakirə olundu. İpək yolunun inkişafının əsəs məqsadləri bölgədə yerləşən ölkələrin mədəni, iqtisadi, nəqliyyat, ticarət və tranzit əlaqələrini inlişaf etdirmək idi. Azərbaycan həm quru, həm dəniz, həm də hava yolları vasitəsilə bu əlaqələri ilbəil inkişaf etdirir və öz mövqeyini bu yol üzərində qoruyub saxlanılmasında böyük işlər görür.
XƏBƏR LENTİ
Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1
Soyaya tələbat niyə artır?
Valideynlərin uşaqlarda itirdikləri güvən problemi
Dəri ləkələrini necə aradan qaldırmaq olar?
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Dondurulmuş çiyələkli limonad (foto-resept)
Liam Nison müsahibəsinə görə təhqir olundu-FOTO
Cəbhədə partlayış, 3 yaralı
Ərdoğan bütün sirləri açdı
Tikintiyə icazə ilə bağlı qərar
Sızanaqlara təbii yolla yox deyək
2020 Yaz/Yay Ayaqqabı Trendləri
Yazıçı valideynlərə müraciət etdi!
Rusiya gözəlini seçdi
BÜRCLƏR bizə nə vəd edir?-17 Sentyabr
Saç kəpəyinin yaranma səbəbi(1)
Daimi ordusu olmayan ölkələr
Dik dur, əyilmə!
Kredit faizləri niyə düşmür?
Dünyanın ən bahalı futbolçuları: 100 milyon nədir ki...
Hava cənub bölgəsinə qənim kəsildi
Bu gün Bakının iki rayonu qazsız qalacaq
Azərbaycanda xüsusi sürücülük vəsiqəsi veriləcək
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Sən kimsən? (Test)
Hadisənin arıqlamadığı məlum olub - FOTO
Məşhur rəsmlər günümüzdə
Albalı-qovurma plov (foto resept)
Məşhur cütlük AYRILDI-SƏBƏB
850 minə yaxta aldı - FOTO
Temperatur yüksəlir
Hadisədən Ozan Güvən qalmaqalına sərt reaksiya
İsti çay ömrü uzadır
Günəş və Ay tutulacaq
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Heyvanlar aləmindən(2)
Çavuşoğlu Azərbaycanın yeni XİN başçısını təbrik etdi
Ətli paxla (foto-resept)
İrəvanda qaramıza danışıldı
Qozlu bükmə (foto resept)
Məktəblilərin vahid geyim formaları olacaq
Koronavirusa qalib gələn ilk ölkə məlum oldu
Gəlinlər üçün ayaqqabılar
Naxışlı cins pençəklər
Sonsuz ailələrə şad xəbər
Sarkisyanın savaş qorxusu
Öz portretini dəfələrlə çəkən rəssam
Dekorasiyada hörgülü aksessuarlar
Türkiyədə zəlzələ dağıntı var
Türkiyə hökumətində istefa















- ŞƏRHLƏR