
Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır.
Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar günü" may ayının ikinci bazar günü qeyd edilir. İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların bazar günü" adlı bayram qeyd olunurdu. ABŞ-da "Analar günü" ilk dəfə 1872-ci ildə məşhur Amerika pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C.Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür.
1910-cu ildə ilk olaraq Virciniya ştatı "Analar günü"nü rəsmi bayram kimi tanımışdır. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan etmişdir. ABŞ-ın ardınca 23 ölkə may ayının ikinci bazar gününü bayram elan etdi. Daha 30 ölkə isə bu bayramı başqa günlərdə qeyd edir. Siya Federasiyasında 30 yanvar 1998-ci ildən etibarən noyabr ayının sonuncu bazar günü ölkədə "Analar günü" kimi qeyd olunur. Türkiyədə isə bu bayram 1955 - ci ildən etibarən hər il qeyd edilir. Türkiyədə may ayının 2-ci bazar günü qeyd edilir. Bu ildə "Analar günü " 13 maya düsür.
Və nəhayət Azərbaycanda da "Analar günü" 13 mayda qeyd edir. Mən ilk dəfədir ki, Azarbaycanda "Analar günü"- nün qeyd edildiyini gördüm və buna görə də çox sevindim. Hə Analar və ana olmağa hazırlaşan xanımlar sizləri səmimi qəlbdən təbrik edirəm. İçində öz anam və mənə ikinci ana olan qaynanamı da təbrik edirəm.
Əziz uşaqlar gəlin valideynlərin qədrini bilək. Onları üzməyək. Çünki bizləri onlar gətirib dunyaya və onu da unutmayaq ki, biz də gələcəyin valideynləriyik.

Özümün yazdığım bu şeri bütün analara həsr edirəm:
Üşüyürəm ANA. Hava çox soyuqdu.
ANA! Üşüyürəm, üşüyürəm Ana.
Yorğanı çəkirəm üstümə Ana
Yenədə sənin kimi isitmir, isitmir Ana.
Hansı gecələr mən yatarkən Ana
Çöldə hava soyuq, qar yağarkən Ana
Yenə açıb üstünü deyə yorğanı örtərkən Ana
Üşümək nədir bilməzdim, sən varkən Ana.
Darıxıram o şəfalı əllərin üçün,
Xəstələnəndə baş ucumda oturan,
Hər şıltaqlığı, hər nazımızı çəkən
Sən idin Ana, yenə sən idin.
Gəlin bircə gün də olsa Anaları sevindirək.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR