Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.
Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.
Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.
Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.
Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.
Bibərdən uzun, ay qız haxışta,
Göydə ulduzun ay qız haxışta.
Gəl alım qardaşıma, haxışta,
Olum baldızın ay qız haxışta.
Al almağın vaxtı var, haxışta,
Şal almağın vaxtı, var haxışta.
Oğlanın adamısız, haxışta,
Aparmağın vaxtı var, haxışta
Ağ dəvə düzdə qaldı haxışta,
Yükü Təbrizdə qaldı haxışta.
Oğlanı dərd apardı haxışta,
Dərmanı qızda qaldı haxışta.
Gülü atdım dənizə haxışta,
Batdı çıxmadı üzə haxışta.
Nolar bizim baxçada haxışta,
Yar gələ bir gün bizə haxışta.
Bir oğlan var biçində haxışta,
Sarı sünbül içində haxışta.
Nolar onu görərdim haxışta,
Bu həftənin içində haxışta.
Dağlar başında lalə haxışta,
Əlində var piyalə haxışta.
Mən səninəm ay oğlan haxışta,
Düşmə özgə xəyala haxışta.
Ağacın adamı var haxışta,
Yedikcə badamı var haxışta.
Hərə bir ağız desin haxışta,
Desinlər adamı var haxışta.
Bir qız gördüm biçində haxışta,
Sarı sünbül içində haxışta.
Burda bir toy olacaq haxışta,
Bu ayın içində haxışta.
Mən aşiq gözlərinə haxışta,
Qoy baxım gözlərinə haxışta.
Canım canına qurban haxışta,
Gözlərim, gözlərinə haxışta.
Bülbül qonubdu gülə haxışta,
Calaq olub gül-gülə haxışta.
Yar gəldi bağçamıza haxışta,
Xəzan gətirdi gülə haxışta.
Ulduz dönüb ay olmaz haxışta,
Yaz getməsə yay olmaz haxışta.
Könül sevən gözələ haxışta,
Gözəllikdə tay olmaz haxışta.
Qızılgül dəstə-dəstə haxışta,
Bülbül qonar gül dəstə haxışta.
Burda bir yar sevmişəm haxışta,
Ala göz, boyu bəstə haxışta.
Sənə qurban ay oğlan haxışta,
Mənə ver sən hay oğlan haxışta.
Gəzdim eli-obanı haxışta,
Yoxdur sənə tay oğlan haxışta.
Qaşların çatan oğlan haxışta,
Köynəyi kətan oğlan haxışta.
Nişanlın apardılar haxışta,
Bixəbər yatan oğlan haxışta.
Əzizim aydın olsun haxışta,
Ay doğsun aydın olsun haxışta.
İki həsrət qovuşdu haxışta,
Gözlərin aydın olsun haxışta.
Dağ başına bar gəldi haxışta,
Demə ahüzar gəldi haxışta.
Qardaşı gözləyirdim haxışta,
Birdə gördüm yar gəldi haxışta.
Girdim bağa nar üçün haxışta,
Heyva dərdim yar üçün haxışta.
Analar qız bəsləmiş haxışta,
İgid oğlanlar üçün haxışta.
Tanrı məni quş eylə haxışta,
Qanadımı gümüş eylə haxışta.
Dar yolda dar küçədə haxışta,
Yarı mənə tuş eylə haxışta.
Mən aşiqəm gün gəlir haxışta,
Ay dolanır gün gəlir haxışta.
Gözlərin aydın olsun haxışta,
Nişanlın bu gün gəlir haxışta.
Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.
Gözəl yaşına gərək haxışta,
Sürmə qaşına gərək haxışta.
Toy günü tumə şalı haxışta,
Örtə başına gərək haxışta.
Bu gəlin özün bilməz haxışta,
Danışar sözün bilməz haxışta.
Suya tək gələn gözəl haxışta,
Çeşmənin sözün bilməz haxışta.
Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
Taley sənə yar olsun haxışta,
Ömrün yaz bahar olsun haxışta.
Könül verdiyin oğlan haxışta,
Sənə tacidar olsun haxışta.
Pəncərənin milləri haxışta,
Açıb qızılgülləri haxışta.
Oğlanı yoldan eylər haxışta,
Qızın şirin dilləri haxışta.
Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.
İydənin hal ləçəyi haxışta,
Ətirlidir çiçəyi haxışta.
Kaş bəxtimə düşəydi haxışta,
Oğlanların göyçəyi haxışta.
Armud ağacı haça haxışta,
Əlim dolaşdı saça haxışta.
İgid ona deyirəm ki, haxışta,
Sevdiyini ala qaça haxışta.
Sular kimi axmaram haxışta,
Başa xına yaxmaram haxışta.
Üzün görsəm bəsimdir haxışta,
Aya, günə baxmaram haxışta.
Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.
Göydə ulduz olaydım haxışta,
Bəxtəvər qız olaydım haxışta.
Yar qapını döyəndə haxışta,
Evdə yalqız olaydım haxışta.
Yaşım üzümdən gedər haxışta,
Axar gözümdən gedər haxışta.
Çəkməyin oğlan adı haxışta,
Ağlım özümdən gedər haxışta.
Qaşların qarşı- qarşı haxışta,
Gözlərin bostan arxı haxışta.
Hara getsən tez qayıt haxışta,
Bilki, sən qoyma yalqız haxışta.
Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.
Qara toyuq hindədi haxışta,
Yumurtası hindədi haxışta.
Gəlnimizin qaş, qələmi haxışta,
Bəyimizin cibindədi haxışta.
Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu mesajları yazsanız, WhatsApp-ınız bağlanacaq
Dilimizi "sındıranlara" bir cəza yoxmu?
Xərçəng xəstəliyindən qorunun!
Olimpiyaçılarımız "Zika"dan necə qorunacaqlar?
Xərçəngin növbəti qurbanı...
Dəbli boyunbağılar
Evdə yaşayan şir
"Dallas" və "Santa Barbara"nın məşhur katyoru öldü-FOTO
ABŞ-da tapılan sirli “zaman səyyahı” – Şok FOTO
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
HAVA necə olacaq?- 7 MART
Günün qoroskopu: əsas məsələ...
Çində qəribə intihar-FOTO
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Sabah 27Лљ isti olacaq
Azərbaycanda yeni qurum yaradılır
Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ
"Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq"
Məşhur aktrisada xərçəng aşkarlandı-FOTO
Yuxular və yuxuyozmalar (2)
Smartfonunuzda antivirus var?
Aya meteorit düşdü - Yer üçün təhlükə varmı?
Ermənistanda siyasi xaos: Prezident hökuməti istefaya çağırdı - VİDEO
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
Xodorkovskinin oğlu: "Atam heç dəyişməyib"
Gəlinliklər
Türkiyə prezidentinin köməkçisi Zəfər Paradından yazdı
Azərbaycanda ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ
Azərbaycanda süni yumurta satılır?
Ramazanda mədəni yormayan tövsiyələr
Rusiyanın Qarabağ təklifi: 5 rayon qaytarılacaq
Azərbaycanda ilk
Uşaqlarınıza çoxlu balıq yedizdirin
2018-in dəbi necə olacaq?
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Nikahdankənar münasibət yaşayanları gözləyən BÖYÜK TƏHLÜKƏ
İşçiyə az maaş verənlərin nəzərinə!
Möcüzəvi saçlı bacılar
Füzuli şəhərinin mərkəzi küçələri- VİDEO
Gələn il neçə gün istirahət olacaq?
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Ziyafət üçün mini donlar
Ramazanda bədən detoksunu gücləndirməyin yolları
Bakı metrosunda sərnişinlər təxliyyə edildi
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Hərəkət edən rəsmlər
Banklar əhalini necə aldadır?
Gəlin uşaqları qoruyaq!
6 qardaş və bir bacının əzablı həyatı: 14 il evdə















- ŞƏRHLƏR