
"İmkanım yoxdur, uşaqlarım lütdür!" elanları ilə əldə olunan pal-paltarlar sonradan satışa çıxarılır
Sosial şəbəkələrdən istifadə edənlər tez-tez "imkansızam, çarəsiz durumda qalmışam" başlıqlı elanlarla rastlaşırlar. Xüsusən xanımlar üçün nəzərdə tutulan belə səhifələrdə bu cür elanlara daha çox rast gəlmək olur.
Elanlar isə təxmini bu tərz olur: "Kasıbam, imkanım yoxdur, rayonda qalıram, uşaqlarım geyimsizdir, yataqsızdır. Əziz analar, kimin imkanı nəyə çatır kömək etsin. Hətta bir oyuncaq belə mənim körpələrimin üzünü güldürə bilər". Elandan sonra isə valideynlərin şərhlərinin ucu-bucağı olmur. Kimisi körpəsi üçün aldıqlarını, kimi yatağını, kimisi baha alsa da, körpənin xatirinə istifadə etmədiyi uşaq arabasını xanıma təklif edir. Geyimlər necə olur, hara gedir, geyimləri götürmək üçün görüş baş tuturmu? Bax, buna demək olar ki, heç kəs əhəmiyyət belə vermir. Bu yolla alınan geyim və əşyaların digər səhifələrdə yenidən "xaricdən gələn mal" adı ilə satıldığı isə yəqin ki, heç kimin ağlına belə gəlmir. Amma bu, realdır.
Şikayətçi Elmira Qasımova deyir ki, o da bu üsulla aldadılan valideynlərdəndir. Uşağı üçün onlayn sifariş səhifələrinin birindən "ayı kostyumu" aldıqdan sonra kostyumun geyinildiyi şübhəsinə düşür: "Kostyumu uşağa geyindirdikdə uşaq balaca, şirin ayı oyuncaq kimi görünür. Bu kostyumu Çin alış-veriş səhifələrinin birində görmüşdüm. Sifarişlə 1 aya gətiriləcəyindən, üstəlik mala qoyulan qiymət baha olduğundan imtina etmişdim. Uzun bir müddət sonra eyni kostyumdan onlayn səhifədə gördüm. Dəfələrlə kostyumun yeni olub-olmamasını soruşanda, aldığım cavab eyni olurdu: "Kostyum təzə gətizdirilib, amma sahibi gəlib götürmədiyindən yarı qiymətə satışa qoyulub"".
Həmsöhbətimizin sözlərinə görə, kostyumu alandan sonra onun üstündəki incə tüklər diqqətini çəkib. "İnsan tükü idi və yeni kostyumda belə bir şeyin olması mümkünsüz idi".
E.Qasımova yenidən mal satan səhifə ilə əlaqə yaradıb məhz bu kostyumun qəbzini, xaricdən gətirildiyinə aid hər hansı bir işarənin ona göstərilməsini tələb edib. Polislə hədələndikdən sonra isə əsl gerçək üzə çıxıb. Demə, satıcı xanım digər səhifələrdə başqa bir hesabla uşaq geyimlərini "imkansız" adıyla pulsuz əldə edir və yeni səhifədə onlayn satış həyata keçirir.
Hüquqşünas Abbas Quliyevin sözlərinə görə, şikayətçi xanımın bir ərizəsi kifayət edər ki, sosial şəbəkə üzərindən olsa belə, həmin səhifə aşkarlansın və sahibi cəzalandırılsın: "Belə insanların inamından istifadə edən dələduzlar üçün Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılır. 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 178.2.2. təkrar törədildikdə, 178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə - yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Qeyd edək ki, istənilən sosial şəbəkə üzərindən onlayn alış- veriş edən insanlar tam ixtiyar sahibidirlər ki, onlara gətirilən malın qəbz, ödəniş və ya hər hansı bir poçt kağızını tələb etsinlər.
Mənbə: Ekspress.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Cennifer Lopez küknar ağacını belə bəzədi-FOTO
Ağıllı dizaynlar
2018/2019 kitab rəfi modelləri
XİN-dən ermənilərin uşaqlardan əsgər kimi istifadə etməsinə SƏRT REAKSİYA
Bədən qulluq üçün evdə hazırlaya biləcəyiniz 3 pilinq
"İlin ən cazibədar kişisi" seçildi-FOTO
245 qramlıq körpə aylar sonra İLK DƏFƏ-FOTO
Barış Arduç və Güpse Özay evləndi
ShamkirChess-də VII tur: Rəcəbov Karyakinə qarşı
Qızıl medallı Stadnik: Mən azərbaycanlıyam
Məktəblilərin Yaz tətili başlayır
Azərbaycanda üzü tamamilə yanan qızın İNANILMAZ DƏYİŞİMİ-FOTO
Nəmləndirici maskalar hazırlayaq
Yaz-yay ayaqqabı modelləri
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
İvanka Tramp 15 yaşlı azərbaycanlı QIZDAN DANIŞDI
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Ledi Qaqadan gözlənilməz açıqlama
"Həbsdən qaçış" 3 il sonra yenidən başlayacaq
"Titanik"in qəhrəmanları qocalıblar - FOTO
Pronovias 2014 gəlinlik modelləri
Günün qoroskopu: maliyyə məsələlərində uğur gözlənilir
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Azərbaycanda qeyri-ərzaq məhsulları bahalaşdı
Zəhərli çiçək
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
“Akvarium adam” 30 saatdan çox sua altında qaldı - FOTO
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Telefonun işığı qısa boylu olmağınıza səbəb ola bilər
Siçan ili kimin üzünə GÜLƏCƏK?
Günün ulduz falı
Yay donları
Bu il Novruz möhtəşəm olacaq
Həyat yoldaşı üçün xəstəxananın qarşısında serenada ifa edən kişi son arzusuna çatdı - VİDEO
Hamiləlikdə dodaq baxımı necə olmalıdır?
“İstanbullu gəlin”-ə yeni aktrisalar daxil oldu - FOTO
Şaftalı cemi ilə piroq (foto resept)
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Günün ulduz falı - 24.01.2014
Avropada daşqınlar həyatı iflic edib
Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi
Renuarın sehrli rəngləri
Azərbaycan "Vikipedia" ensiklopediyasında iştirakını genişləndirəcək
Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi-FOTO
Bakının mərkəzi yollarından biri gölməçəyə çevrildi
Dindar ailələlər niyə dağılır?
Milli komandamız FİFA reytinqində mövqeyi
DİM sədri abituriyentlərə müraciət etdi: “Başqalarının yerlərini tutmayın”
İnsanlardan tez-tez küsürsünüzsə, xəbəri mütləq oxuyun!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]