Qadin.NET / Haxıştalar

Haxıştalar

 

Haxıştalar

 

Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.


 

Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
 

 

Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.

 

Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.

 

Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.

Mən aşiqəm gəl bizə haxışta,

Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.

Bibərdən uzun, ay qız haxışta,

Göydə ulduzun ay qız haxışta.
Gəl alım qardaşıma, haxışta,
Olum baldızın ay qız haxışta.

 

Al almağın vaxtı var, haxışta,

Şal almağın vaxtı, var haxışta.
Oğlanın adamısız, haxışta,
Aparmağın vaxtı var, haxışta

Ağ dəvə düzdə qaldı haxışta,
Yükü Təbrizdə qaldı haxışta.
Oğlanı dərd apardı haxışta,
Dərmanı qızda qaldı haxışta.
Gülü atdım dənizə haxışta,
Batdı çıxmadı üzə haxışta.
Nolar bizim baxçada haxışta,
Yar gələ bir gün bizə haxışta.
Bir oğlan var biçində haxışta,
Sarı sünbül içində haxışta.
Nolar onu görərdim haxışta,
Bu həftənin içində haxışta.
Dağlar başında lalə haxışta,
Əlində var piyalə haxışta.
Mən səninəm ay oğlan haxışta,
Düşmə özgə xəyala haxışta.
Ağacın adamı var haxışta,
Yedikcə badamı var haxışta.
Hərə bir ağız desin haxışta,
Desinlər adamı var haxışta.
Bir qız gördüm biçində haxışta,
Sarı sünbül içində haxışta.
Burda bir toy olacaq haxışta,
Bu ayın içində haxışta.
Mən aşiq gözlərinə haxışta,
Qoy baxım gözlərinə haxışta.

 

Haxıştalar

Canım canına qurban haxışta,
Gözlərim, gözlərinə haxışta.
Bülbül qonubdu gülə haxışta,
Calaq olub gül-gülə haxışta.
Yar gəldi bağçamıza haxışta,
Xəzan gətirdi gülə haxışta.
Ulduz dönüb ay olmaz haxışta,
Yaz getməsə yay olmaz haxışta.
Könül sevən gözələ haxışta,
Gözəllikdə tay olmaz haxışta.
Qızılgül dəstə-dəstə haxışta,
Bülbül qonar gül dəstə haxışta.
Burda bir yar sevmişəm haxışta,
Ala göz, boyu bəstə haxışta.
Sənə qurban ay oğlan haxışta,
Mənə ver sən hay oğlan haxışta.
Gəzdim eli-obanı haxışta,
Yoxdur sənə tay oğlan haxışta.
Qaşların çatan oğlan haxışta,
Köynəyi kətan oğlan haxışta.
Nişanlın apardılar haxışta,
Bixəbər yatan oğlan haxışta.
Əzizim aydın olsun haxışta,
Ay doğsun aydın olsun haxışta.
İki həsrət qovuşdu haxışta,
Gözlərin aydın olsun haxışta.
Dağ başına bar gəldi haxışta,
Demə ahüzar gəldi haxışta.
Qardaşı gözləyirdim haxışta,
Birdə gördüm yar gəldi haxışta.
Girdim bağa nar üçün haxışta,
Heyva dərdim yar üçün haxışta.
Analar qız bəsləmiş haxışta,
İgid oğlanlar üçün haxışta.
Tanrı məni quş eylə haxışta,
Qanadımı gümüş eylə haxışta.
Dar yolda dar küçədə haxışta,
Yarı mənə tuş eylə haxışta.
Mən aşiqəm gün gəlir haxışta,
Ay dolanır gün gəlir haxışta.
Gözlərin aydın olsun haxışta,
Nişanlın bu gün gəlir haxışta.
Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.
Gözəl yaşına gərək haxışta,
Sürmə qaşına gərək haxışta.
Toy günü tumə şalı haxışta,
Örtə başına gərək haxışta.
Bu gəlin özün bilməz haxışta,
Danışar sözün bilməz haxışta.
Suya tək gələn gözəl haxışta,
Çeşmənin sözün bilməz haxışta.
Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
Taley sənə yar olsun haxışta,
Ömrün yaz bahar olsun haxışta.
Könül verdiyin oğlan haxışta,
Sənə tacidar olsun haxışta.
Pəncərənin milləri haxışta,
Açıb qızılgülləri haxışta.
Oğlanı yoldan eylər haxışta,
Qızın şirin dilləri haxışta.
Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.
İydənin hal ləçəyi haxışta,
Ətirlidir çiçəyi haxışta.
Kaş bəxtimə düşəydi haxışta,
Oğlanların göyçəyi haxışta.
Armud ağacı haça haxışta,
Əlim dolaşdı saça haxışta.
İgid ona deyirəm ki, haxışta,
Sevdiyini ala qaça haxışta.
Sular kimi axmaram haxışta,
Başa xına yaxmaram haxışta.
Üzün görsəm bəsimdir haxışta,
Aya, günə baxmaram haxışta.
Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.
Göydə ulduz olaydım haxışta,
Bəxtəvər qız olaydım haxışta.
Yar qapını döyəndə haxışta,
Evdə yalqız olaydım haxışta.
Yaşım üzümdən gedər haxışta,
Axar gözümdən gedər haxışta.
Çəkməyin oğlan adı haxışta,
Ağlım özümdən gedər haxışta.
Qaşların qarşı- qarşı haxışta,
Gözlərin bostan arxı haxışta.
Hara getsən tez qayıt haxışta,
Bilki, sən qoyma yalqız haxışta.
Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.
Qara toyuq hindədi haxışta,
Yumurtası hindədi haxışta.
Gəlnimizin qaş, qələmi haxışta,
Bəyimizin cibindədi haxışta.
Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.

17 mart 2016
GO BACK