Bəzi insanlar cəmiyyət içində özlərini ifadə etməyi bacarmırlar. Bəziləri isə bunun əksinə, özlərini çox sərbəst aparır və istənilən şəraitə uyğunlaşa bilirlər. Bəs siz hansı tip insanlara daxilsiniz?
1) Aldığınız mal xarab çıxanda...
a) O malı dəyişə bilmərəm.
b) Bəzən dəyişə bilsəm də, bəzən dəyişə bilmərəm.
c) O malı dəyişə bilərəm.
2) Pulunuzun qalığını qaytarmayanda...
a) Pulumun qalığını istəyə bilmərəm.
b) Bəzən istəyə bilsəm də, bəzən istəyə bilmərəm.
c) Pulumun qalığını istəyə bilərəm.
3) Biri sizin növbənizə girəndə...
a) Heç vaxt reaksiya vermirəm.
b) Bəzən reaksiya versəm də, bəzən vermirəm.
c) Həmişə reaksiya verirəm. (məsələn, “Sizin bu hərəkətiniz səhvdir”, “Özünüzə növbə tutsanız, daha yaxşı olar” və s. kimi).
4) Bir dərsi başa düşməyəndə...
a) Heç kimdən soruşmuram.
b)Sinif və ya qrup yoldaşımdan soruşuram.
c) Müəllimdən soruşuram.
5) Yeni tanış olduğunuz biri ilə...
a) Heç vaxt ünsiyyət qura bilmirəm.
b) Bəzən ünsiyyət qura bilsəm də, bəzən ünsiyyət qura bilmirəm.
c) Həmişə ünsiyyət qura bilirəm.
6) Biri sizdən bir şey soruşanda...
a) İzah etməkdə çətinlik çəkirəm.
b) Bəzən çətinlik çəksəm də, bəzən çətinlik çəkmirəm.
c) İzah etməkdə çətinlik çəkmirəm.
7) İstəmədiyiniz bir şeyi sizə satanda...
a) “Yox” deyə bilmirəm.
b) Bəzən “yox” deyə bilsəm də, bəzən “yox” deyə bilmirəm.
c) Fikrimi dəyişmirəm.
8) Bildiyiniz sualın cavabını verəndə...
a) Həmişə çətinlik çəkirəm.
b) Bəzən çətinlik çəksəm də, bəzən çətinlik çəkmirəm.
c) Heç vaxt çətinlik çəkmirəm.
9) Atanıza və ya ananıza onları çox sevdiyinizi deməkdən...
a) Həmişə çəkinirəm.
b) Bəzən çəkinsəm də, bəzən çəkinmirəm.
c) Heç vaxt çəkinmirəm.
10) Bir qrup (və ya kollektiv) qarşısında çıxış edəndə...
a) Özümü ifadə edə bilmirəm.
b) Bəzən ifadə edə bilsəm də, bəzən ifadə edə bilmirəm.
c) Özümü ifadə edə bilirəm.
Və gələk nəticələrə...
“c” bəndi çox olanlar:
Cavablarınızdan da göründüyü kimi, özünüzü ifadə etməkdə heç bir çətinlik çəkmirsiniz. Başqaları ilə asanlıqla ünsiyyət qura, hətta lazım olanda “yox” deyə bilirsiniz. Bu şəkildə davam etmək diləyi ilə...
“b” bəndi çox olanlar:
Bəzən özünüzü ifadə etməkdə çətinlik çəksəniz də bəzən bunun öhdəsindən gələ bilirsiniz. Ona görə də bunun üçün sizə lazım olan əsas şey bir qədər cəsarətli olmaqdır. Əgər bu çətinliklərinizin üzərinə cəsarətlə getsəniz, özünüzü asanlıqla ifadə edə biləcəyinizə əmin ola bilərsiniz. Uğurlar.
“a” bəndi çox olanlar:
Verdiyiniz cavablar da göstərir ki, özünüzü ifadə etməkdə bəzi çətinliklər yaşayırsınız. Ona görə də, əgər bu çətinlikləri aradan qaldırmaq istəyirsinizsə, o zaman bunları sınaqdan keçirə bilərsiniz:
- Mümkün qədər çox kitab oxuyun.
- Məktəbinizdə və ya ali təhsil ocaqlarında təşkil edilən şeir və ya teatr müsabiqəsində iştirak edin (tələbə və ya şagird üçün).
- Özünüz üçün bir mövzu müəyyən edin və bu mövzunu yaxın dostlarınızdan və ya yoldaşlarınızdan birinə danışın. Əlbəttə ki, mövzunu öyrəndikdən sonra.
- Nə qədər çətin olsa da, çətinlik çəkdiyiniz məsələlərin üzərinə gedin və onları gözünüzdə böyütməyin.
XƏBƏR LENTİ
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
Səbrsizlik də xəstəlikdir
Niyə cütlüklər xarici görünüşcə oxşar olurlar?
Dünya daha bir təhlükəli virusla üz-üzə
Yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək?
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Subay pilotlara iş olmayacaq
Başqa dünyalar bir rəssamın gözü ilə
Günün qoroskopu: Mübahisə etməyin!
Günün ulduz falı
Aldatma da genetik keçir
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Mənim dərsliyim Sənsən!
Ölçü fərqinə təəccüblənəcəksiniz
Bu mahnılar işgəncə verir
5 dil bilən qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Castin Biberin yoldaşı ETİRAF etdi
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Yeni il çox maraqlı keçəcək
Anar "Bəxt üzüyü"nün Sarasını dəyişdi - VİDEO
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Hər gün 4 badam yemək üçün 7 səbəb
Hava haqqında
Borc verərkən diqqət edin!
28 milyon dollarlıq villa
Stress və gərginlikdən xilas olmağın 15 yolu
Ispanaq piroqu(foto-resept)
Azərbaycana xüsusi taksilər gətirildi
Möhtəşəm gəlinliklər
Bunları bilmək maraqlıdır
Ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
​Mart ayında 6 gün dərs olmayacaq
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Hamiləlik dövrləri (32-39 həftələr)son
Rusiyanın xalq artistləri Bakıya gəlir
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Məşhur aktrisa “Eşkiya dünyaya hükümdar olmaz”da
Əncirli bisküvit (foto-resept)
Stil ikonu Taylor Tomas Hill
Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
65 nəfər gəlmədi, 1 nəfərsə imtahandan uzaqlaşdırıldı
Megan bir daha diqqət mərkəzində-FOTO
Azərbaycanda çörək bahalaşır?
Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu (FOTO).
“Anam məni tərk etdi, bu günahdırmı?”
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
217 min dollarlıq çanta satıldı-FOTO
- ŞƏRHLƏR