Sözə hardan başlasın, kimə desin?
Anasına desə, birdən ürəyi tutar, bir şey olar. Atasına heç deyə bilməz, hirslənib aranı qatar bir-birinə, ya da ən yüngül reaksiyası "Sən bizimlə zarafat edirsən" olar...
Utana-utana qardaşına deyir fikrini: "Mən nişanı atmaq istəyirəm". Və bütün ailə xəbər tutur bu fikirdən... Atası, anası, qardaşları qızı, yəni oğlanın nişanlısını çox istəyirdilər. Birlik olub hamısı eyni sözü deyir: "Axı bu necə ola bilər ki, sən bu qızı necə sevməyə bilərsən?", "Onun kimi yaxşı, gözəl, xeyirxah, sənə yaraşan bir qızı hardan tapacağıq? Sən ayağına gələn bu qisməti özündən kənarlaşdırırsan".
Oğlan sakitcə düşünür, görəsən, doğurdan da ayağına gələn bu gözəl qisməti heçə sayır? Qarışıq olan düşüncələri daha da alt-üst olmağa başlayır... Nişanı atsa doğurdan da haqsızlıq etmiş olacaq? Axı ürəyində ona qarşı zərrə qədər də sevgi yoxdur... Nişanlısı gözəldir, onunla çox yaxşı rəftar edir, elə bunları fikirləşdiyi yerdə birdən gözü qızın ona bu yaxınlarda aldığı qalstuka sataşır. Onu necə xəyallar quraraq almışdı qız, oğlanın gözünün qabağında bu xəyallar canlandı. Bir dəfə də olsun belə qız onun sözündən çıxmamışdı, incitməmişdi onu. Yaxşılıq mələyi olan bu qızın insanlığından, saf niyyətli olmasından heç vaxt şübhə etməyib. Amma ki, o qızı görəndə heç həyəcan da keçirmir, bir dəfə də olsun onun üçün darıxmır. Hətta əlinə telefonu alıb zəng eləmək də istəmir. Əlində telefon özünü çox məcbur edir amma olmur, alınmır. Və nəhayət, zəng edir, bir az danışıb telefonu söndürmək istəyir, ancaq qız uzun-uzadı toy hazırlıqlarından danışırdı.
Ailə oğlanın dostlarını işə qoşur və onlar sözü bir yerə qoyub eyni sözləri işlədirdilər: "Evlənəndən sonra hər şey düzələcək"... Oğlan da "Nigahda bir xeyir var" deyə düşünərək könülsüz evlənir. Bir il keçir və oğlan gözlədiyi bu xeyrin bir il ərzində reallaşdığını görmür. Oğlanın daxilində əsəbilik daha da artır. Özünü günahlandırmağa başlayır. Ürəyi arvadına isinə bilmir, yalvarır ki, möcüzə olsun, onu sevsin, amma alınmır yenə də... Arvadını nə qucaqlamaq, nə də ona nəvaziş göstərmək istəyir. Hətta yanına yaxınlaşmağını belə istəmir, yataqda isə arxasını ona çevirib yatır.
Arvadı isə hər gün ağlayır. Deyir: "Mən sənə nə etmişəm axı? Aramızda elə bir dava da olmur, problemlərimiz də yoxdur, niyə belə davranırsan?" Oğlan isə udqunur və "Sənə qarşı sevgi hiss etmirəm" deyə bilmir. Bütün sualları cavabsız qoyur, yenə də çarəsiz düşdüyü bu yolla davam edir.
Bu hekayədə kişinin arvadına qarşı sevgi göstərmək istəyərək buna nail ola bilməməsi normaldırmı? Bəli, normaldır, çünki qadınla kişi arasında olan məhəbbət könüllü deyil. Ürəkləri bir-birinə yaxın edən, isindirən yalnız odur. Kimsə öz könlü ilə "Mən bu qadının, ya da kişinin sevgisini qazanacağam" deyə bilməz. Kişinin "Niyə arvadımı sevə bilmirəm?" sualıyla özünə əsəbləşməsi onun özünə elədiyi haqsızlıqdır. Kişinin bir haqsızlığı da arvadını sevməməsi deyil, məhəbbət bəsləmədiyi halda onunla evlənmiş olmasıdır.
Evlilikdə iki ayrı insanı bir yerdə tutan əhəmiyyətli bağ ürəklərindəki məhəbbət və şəfqətdir. Qadının, ya da kişinin bir-birinə şəfqətini hərəkətə keçirən də ürəkdəki məhəbbətdir. İnsan başqa varlıqlara dərin bir sevgi hiss etmədən şəfqət göstərə bilər, amma iş ər-arvad əlaqəsinə gəldikdə şəfqəti oyadan məhəbbətdir. Kişinin məhəbbəti olmadığından arvadına şəfqətini də göstərə bilmir.
Kişinin ailəsi və dostlarının "Evlənəndən sonra düzələcək" deyərək onu evliliyə məcbur etməsi böyük bir səhv idi. Bu səhvlərə çox tez-tez yol verilir. Halbuki, evliliyin problemləri düzəltmə nə gücü var, nə də ki qüvvəti. Evlilik özlüyündə elə problemdir (amma bu, evliliyin pis olduğu mənasına gəlmir, yəni hər evlilikdə çətinliklər yaşanır). Evlilik qadın və kişinin ürəyində məhəbbət oyada bilməz, əksinə, evlilik məhəbbətlə əzəli varlıqdır. Sevmədən evlənən qadın və kişilərin evlilikdən sonra yoldaşlarını sevmələri ehtimalı çox azdır.
Bu cür evliliyi olan qadın və kişilərin nə etməsi lazım olduğuna ancaq özləri qərar verməlidir, çünki sizin həyatınız qurulur. Həm belə evliliklə öz həyatınızı da mənasız və puç edir, həm də qarşınızdakının hisslərilə oynayırsınız.
Mən yalnız qadın və kişilərin "Niyə yoldaşımı sevə bilmirəm" deyə özlərinə haqsızlıq etdiklərini və "Evləndikdən sonra sevərsən" düşüncəsinin boş bir ümid olduğunu vurğulamaq istədim...
Sonda isə hamıya təməli sevgiylə qurulacaq xöşbəxt bir ailə arzulayıram...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ramazan ayının 9-cu günüdür
Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 3942 yeni yoluxma
Azərbaycanda hərbi çağırışla bağlı YENİLİK
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Fransız sayağı şorba (foto resept)
Yeni “AntiCOVID sistemi” təqdim olunub - VİDEO
Qadınlar üçün Ən Təhlükəli 10 Ölkə
Kartof yığımı ötən ilə nisbətən artıb
Çaylarımızda su aşıb-daşdı
Körpənizə balqabaq püresi yedizdirin
"Gəlincik" tortlar
Azərbaycanda üçəm doğuldu!-FOTO
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Ömrünüzü uzadın
Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.
"Ermənistan-Türkiyə əlaqələrinin normallaşması..."
Bu bakteriyaya qarşı antibiotik tapılmır
Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir -VIDEO
İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...
Ərdoğan Davudoğlunun yerinə kimi gətirəcək?
Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu
Sadə bantın hazırlanması
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Boksçularımız Rusiyada rinqə çıxacaqlar
Zövqlü don modelləri
Bu da uçan avtomobil
Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO
Burak Özçivit "Diriliş Osman" serialına çəkilir-FOTO
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
BÜRCLƏR bizə nə vəd edir?-23 Mart
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
"Güzəşt həmişə mümkündür"
Sıla Ziynet Salı ilə barışdı
Uşaqlarda özünə inam
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
İlham Əliyev: Bakı mənim üçün ən gözəl şəhərdir
Ərdoğana Don Kixot dedilər
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
Bu sezonun 4 trendi
Ana südünü artıran içkilər
Keti Perri şahzadə Çarlz haqqında bunları dedi
Yanğının səbəb olduğu fəlakət
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Bu gün əsl yay havası olacaq
Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
Aktrisanın əməliyyatdan əvvəlki FOTOsu GÜNDƏM Oldu
İpoteka şərtləri dəyişir
Yer kürəsi 6 gün qaranlıqda qalacaq
- ŞƏRHLƏR