Odla barıtı yan-yana qoymaq olarmı? Qadınla kişi yan-yana gəldiyi zaman hökmən sevgi yaranır, yoxsa dostluq yarana bilər?
Qadınlar və kişilər… Tamam ayrı iki dünyanın iki ruhu… Yaxşı, bu ayrı dünyaların möhkəm əlaqələr qurduğunu düşünsək, amma bunu yalnız "dostluq" çərçivəsində etməyə çalışsaq, nəticə nə olardı sizcə?
Bir qadın və bir kişi ilə çox möhkəm dostluq qurmaq mümkünmüdür?
Cavab: bir az bəli, bir az xeyr… Qadın psixologiyası üzrə mütəxəssislər qadınların kişilərlə qurduqları əlaqələrlə bağlı araşdırmalar etmişdir. Donovan və Sanford "Qadınlar və şəxsi ləyaqət hissi" (Women and Self-Esteem) adlı kitabda qadınların bir-biri ilə qurduğu əlaqələrə, qadınla və kişinin dost olub-ola bilməyəcəyinə və kişilərin bu vəziyyətə baxışına toxunmuşlar.
Qadınlar arasındakı əlaqələrin təməli uşaqlıqda qoyulur. O dövrdə, ümumiyyətlə, qızlar bəyəndiklərini bir-birlərinə göstərərlər. Ancaq yetkinlik dövründəki bəzi fiziki və psixoloji dəyişikliklər "qadın" mənliyinin ortaya çıxmasını təmin edərkən, gənc qızların bir-birlərinə göstərdikləri bəyənməni kişi bəyənməsinə çevirər. Artıq qadınlar arasındakı söhbətlərin mövzusu "kişi dostlar" olmağa başlamışdır.
Bir qadının yaxın ətrafını yalnız rəfiqələr və "seçilən bir kişi" olaraq görmək əlbəttə qeyri-mümkündür. Məktəb həyatı və daha sonrakı iş mühiti qadını bir çox kişi ilə qarşılıqlı əlaqə qurmağa yönəldər. Bəzi qadınlar bir-birindən fərqli kişilərin yaratdığı mühitdən kişi yoldaş seçmək meylində ola bilər. Ancaq "Qadınlar və şəxsi ləyaqət hissi" kitabında bu meyldə olan qadınların qadın-kişi dostluğu qurmaq istədikdə bir çox çətinliyin ortaya çıxa biləcəyinə diqqət çəkilmişdir.
Niyə qadın-kişi dostluğu qurmaq çətindir?
Qadınlarla kişilər arasında dostluq qurulmasını çətinləşdirən ən əhəmiyyətli səbəblərdən biri qadınların və kişilərin "dostluq" anlayışına yüklədiyi mənaların fərqliliyidir. Qadına görə, dostluq hisslərin bölüşdürülməsini ifadə edərkən, kişilər üçün ortaq bir iş görməkdir. Məsələn, bir kişi futbol, ya da bilyard oynadığı birini dost kimi görərkən, qadın bir mövzu haqqında saatlarla fikir yürüdüb , müzakirə edə bildiyi birini dost görər.
Bundan başqa, cinslərin ictimai rollarının da dostluğun formalaşmasına əhəmiyyətli təsiri göstərir. Qadınlar dost gördükləri kəslərlə yaxın təmasda olmaq, qucaqlaşmaq, sevincini və kədərini bölüşmək istəyərlər. Halbuki, kişilər qadın dostlarına toxunarkən özlərini rahat hiss etmədiklərini dilə gətirmişlər.
Kişilərin daha çox cinsi əlaqədə olmaq istədikləri qadınlara qarşı fiziki və sözlü təmasda olmağa meylli olduqları da kitabın araşdırma mövzusu olub. Bundan başqa, "dostluq" çərçivəsində kişilərin qadınlarla etdikləri sözlü ünsiyyətdə qadınların danışıq tərzlərini özlərinə yaxın bilmədikləri və buna görə də qadınlarla dostluq qurmağa könülsüz yanaşdıqları deyilə bilər.
Dostluq əslində gündəlik həyatda tez-tez istifadə edilən söz olsa da, qadınlarla kişilər üçün fərqli məna daşıyır. Cinsi təsirləri nəzərə almadan ideal dostluğun bərabər səviyyə və ortaq həyata bağlı olduğu deyilə bilər. Ancaq qadın və kişi bu mühitə daxil olduğu zaman vəziyyət fərqli hal alar. Qadın-kişi münasibətləri sağlam ünsiyyətlə dəstəkləndiyi zaman onların arasında həqiqi dostluğun yaranması mümkündür.
XƏBƏR LENTİ
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Sellofanda toyuqla kartof
Avropa çempionatında inanılmaz dəyişiklik
Putin bir gündə beş naziri istefaya göndərdi
Gözəl saçlar üçün 9 məsləhət
Azərbaycan milli uşaq oyunları-5
Cavan olmam bir də mən?
Arktikada yeni ada və boğaz tapıldı
Qadınları cəlbedici edən xüsusiyyətlər
Məşhur tərzi: Billie Eilish
Yataq örtüyü modelləri
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Michael Grab
Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü
Çap edilmiş sümüklər insanı xilas etdi
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Əncirli keks (foto-resept)
Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu
Ayaqqabı alarkən nələrə diqqət etməliyik?
Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Bakı-Qazax qatarı ləğv edilir
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Eşitmə qüsurları
Sürətli saç uzadan kök maskası
Zander (foto resept)
Eyni şəxs üçüncü dəfə koronavirusa yoluxdu
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Daha bir türk serialı başlayır
Alişan 100 min dollar istəyib
"Uğursuz" dahilər
Manatın taleyi necə olacaq?
Bakıda yeni metro stansiyası
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Sobada tərəvəzli salat (foto resept)
Məşhur aktrisa xəstəxanalıq oldu
Məşhur aktrisa gəncliyindən danışdı
Məşhur cütlüyün Boşanma Səbəbi məlum oldu-FOTO
Yeni dollarlar
Enerji içkilərinin satışı ilə bağlı mühüm dəyişiklik
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
"Beyni qan" uşaqları necə qoruyaq?
Pensiya və maaş qalxacaq
Məşhur fransız brendi saxta çıxdı - FOTO
Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
Rəngli görmə
- ŞƏRHLƏR