Bəzilərinə ünsiyyət qabiliyyəti doğuşdan verilir, digərləri daima bunun üzərində işləyirlər, bəziləri isə ünsiyyətdə sükutu seçirlər. Təvazökarlıq – bu əlbəttə yaxşıdır, ancaq özünü məhdudlaşdırmaq bir çox maraqlı insanlarla tanış olmaq imkanlarını qaçırmaqla nəticələnir. Gəlin yeni tanışlarla söhbətin qurulmasının bəzi qaydalarını öyrənək.
Nitqi əvvəlcədən qurmağa cəhd edin
Belə məsəl var: "Az sözlə çox fikir ifadə et". Yəni az sözlə geniş məntiq yarat. Maraqlı həmsöhbət olmaq üçün, öz fikirlərini qısa və dəqiq ifadə etmək lazımdır. Kitablarla məşq edin. Orta ölçülü mətnin abzasını oxuyun. Ən vacib məntiqi seçərək, bir-iki cümlə ilə onu ifadə edin. "Belə demək", "lap", "budur", "belə", "anlayırsan" və s. tipli sözlərdən az istifadə edin.
Daha çox kitab oxuyun. Kitab – dilin sərvətlə yiyələnməsinin ən yaxşı üsullarından biridir. Xoşa gələn sözlər oxuyun, yadda saxlayın və ya yazın, yumorlar, zarafatlar, sitatlar – bütün bunlar sizin nitqinizi bəzəyəcək.
Danışıq tərzinizi məşq edin
Təsəvvür edin ki, siz televiziya verilişlərinin aparıcısısız və siz tamaşaçılara informasiyanı çatdırmalısız. Özünüzü videoya yazın və onu qiymətləndirin, siz kənardan necə görünürsünüz? Çox geniş təbəssüm, aktiv əl-qol hərəkəti və ya gərgin baxışınız nəzərə çarpır? Bundan qurtulmaq vaxtıdır. Bir neçə dəfə məşq edin və hər cəhdi yazın.
Özünüz üçün siyahı hazırlayın və suallar verin
Daha asan ünsiyyət saxlamaq üçün əvvəlcədən sizə maraqlı olan və sizin yaxşı anladığınız mövzuların siyahısnı hazırlayın. Məsələn, kitablar, müəyyən janrda olan filmlər, aktyorlar, iş, uşaqlar, qohumlar, səyahətlər, balıq tutma, kompüterlər və s.
Həmsöhbətinizə verəcəyiniz sualların (mövzuların) siyahısını hazırlayın. Sualları (mövzuları) elə qurmaq lazımdır ki, həmsöhbət onlara cavab versin. Məsələn, "Siz hansı filmlərə üstünlük verirsiniz? Və niyə?", " Burada ən çox nə sizin xoşunuza gəlir? Və niyə?".
Daha çox ünsiyyət saxlayın, heç olmasa virtualda
Virtual ünsiyyət utancaqlığa üstün gəlməyə və söhbətin saxlanılmasının bacarıqlarını inkişaf etdirməyə kömək edəcək. Forumlarda ünsiyyət saxlayın, sosial şəbəkələrdə şərhlər yazın, maraqlı əhvalatlar barəsində danışın, təəssüratlarınızı paylaşın, cavablar yazın. Virtual ünsiyyətə çox uymamaq əhəmiyyətlidir. Virtual söhbətlər ünsiyyəti yaxşılaşdırmaq üçün sadəcə məşq kimi xeyirlidir.
Söhbət zamanı nə etmək olar
Həmsöhbətin diqqətini cəlb etmək üçün ona gülümsəyin. Sonra danışığa neytral mövzudan başlamaq lazımdır. Dünyada baş verən hadisələr, hava, kino yenilikləri haqqında danışın. Həmçinin bu prinsipi unutmayın: "Aşıq gördüyünü oxuyar". Söhbətin mövzusunda səhv etməyə qorxmayın, təcrübə göstərir ki, həmsöhbətlər ilkin mövzulara elə də tənqidi yanaşmırlar. Sonra ünsiyyət saxlayaraq, siz təmasın əsas nöqtələrini mütləq tapacaqsınız.
Həmsöhbətə suallar verin, onun fikiriylə maraqlanın
Açılmış mövzularda həmsöhbəti stimullaşdırın. Zarafatsız suallar verin, şəxsi müvəffəqiyyətlərlə öyünməyin. İstehzalı və ya etinasız tondan imtina edin.
Yalnız müsbət məsələlər haqqında soruşun
Kişilər hobbiləri haqqında danışmağı çox sevirlər - idman, siyasət, tarix, işdə müvəffəqiyyətlər. Qadınlar uşaqlar haqqında daha həvəsli danışırlar və ya ev heyvanları, dəb, kosmetika, tədbirlər, həmçinin nəyəsə və ya kiməsə olan hissləri haqqında da söhbət etməyi sevirlər.
Mürəkkəb mövzularda dərinə getməyin. Məsələn, əgər insan söhbət zamanı hər hansı bədbəxtlik haqqında söhbət salıbsa, təfərrüatları soruşmaq lazım deyil. Həmsöhbətiniz istəsə, o özü sizə hər şeyi danışacaq.
Fəal dinləyici olmağa cəhd edin
Həmsöhbətinizə cavab olaraq susmayın, dərhal reaksiya verin. Başınızı yırğalayın, frazalarla dəstəkləyin: "Bəli, elədir", "Düzdür", "Anlayıram". Dəqiqləşdirıcı suallar verin: "Bəs bu necə idi?", " Bəs siz nə cavab verdiniz?" və s. Bu həmsöhbətə sizə etibarla və simpatiyayla yaxınlaşmağa kömək edəcək.
Əgər siz həmsöhbətin fikiriylə razı deyilsinizsə, onun sözünü kəsməyin və sonuna kimi dinləyin. Ola bilsin ki, bir neçə dəqiqə sonra fikirinizi dəyişməniz də mümkündür. Həmsöhbətiniz fikrini bitirəndən sonra öz nöqteyi-nəzərinizi deyin.
Əgər həmsöhbət sizin sözünüzü kəsirsə, dayanın və onu dinləyin. Onu qınamayın, bunu, sizin dostluq münasibətləriniz qeyri-formal dərəcəyə çatandan sonra da etmək olar.
Aydın danışın
Sözləri udmayın, burnunuzun altında donquldamayın, söhbət zamanı smartfonun və ya planşetin ekranına dikilib qalmayın.
Söhbətdə yalnız sizə aydın olan sözlərdən istifadə etməyin. Belə söhbəti yalnız sizin kolleqalarınız dəstəkləyə bilər. Başqa sferalarda işləyən yeni tanışlara belə mövzular maraqlı olmayacaq. Həmçinin xarici sözlərdən və elmi terminlərdən sui-istifadə etməyin - həmsöhbət sizin davranışınızı lovğalıq kimi qiymətləndirə bilər.
Rahat ünsiyyət qurmaq üçün öz ana dilini bilmək vacibdir. Zəngin söz ehtiyatına malik olmaq üçün adi ədəbiyyat yetərli olmaya bilər. Yaddaşınız nisbətən zəifdirsə, daha asan, loru dildə işlənən və etik qaydalarda olan söz və söz birləşmələri ünsiyyəti rahatlaşdırır. Kitabxanadan Azərbaycan dilinin sinonimləri lüğətini oxumaqla daha zəngin söz ehtiyatına yiyələnə bilərsiniz. Əgər başqa dil bilirsinizsə, bu xarici dildə bildiyiniz sözlərin Azərbaycanca tərcüməsinə diqqət yetirmək bəs edər.
XƏBƏR LENTİ
Fiziki və hüquqi şəxslərin hesablarına nəzarət gücləndirilir
Damarları təmizləyən qidalarla tanış olun!
Yuliya Timoşenkonun azad edilməsi üçün petisiya hazırlandı
Günün ulduz falı
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Həftə sonunun HAVAsı
Sabahın HAVAsı
Burak saçlarını uzatdı-FOTO
15 kq arıqlayan aktrisanı TANIMAYACAQSINIZ – VİDEO
Qəbiristanlıqda şok olay: tabut boş çıxdı
Ebru Gündeş bahalı geyimi və aksessuarları ilə diqqət çəkib-FOTO
Bir insanı anında tanımaq üçün 7 işarə
Beren Saat və Kenan Doğulunun AYRILIQ SƏBƏBİ
Ətsiz xoşbəxlik olar?
Bu şagirdlər universitetlərə imtahansız qəbul ediləcək
Saç düzümləri
Yaponiyada güclü zəlzələ olub
Apple yeni şirkət alıb
Gəlin öz toyunda UŞAQ DÜNYAYA GƏTİRDİ: bəylə oynadığı an... - FOTO
Əhalinin dayanıqlı rabitə ilə təmin olunması üçün hazırlıq işlərinə başlanıldı
O, evdar qadındır
Azərbaycanlılar Ermənistanın BMT-dəki nümayəndəliyinin başını ağrıtdılar
Qadin.Netlilərin başına gələn maraqlı hadisələr (1)
Sən kişi olsaydın...
Ali məktəblərin tələbələrə verdiyi biliyin səviyyəsi artırılacaq
Ən bahalı toy
Ət qovurması necə bişirilməlidir?
Toxuduqlarım - 2
Samsung Galaxy X gəlir
Yaşlı insanlar koronavirusa necə qalib gəlir? - ARAŞDIRMA
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
İnanılmaz ekstremal vəziyyətlərdə görüntülər
Evdəki bu əşyalar xərçəngə səbəb olur
Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
Demet Özdemirin paltarı 50 minə satıldı
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Mehriban Əliyeva qayğanaq bişirdi - Foto
Ohanyan Azərbaycanla genişmiqyaslı müharibədən danışdı
7 metrlik qanad sahibi quş
13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB
Yeni 10 manatlıqlar dövriyyəyə buraxılıb-FOTO
Məşhur müğənninin anası öldü-FOTO
"Sərhədçi"lər çimərlik futbolunda birinci oldular
İlham Əliyevdən daha bir yubiley medalının təsis edilməsi haqqında FƏRMAN
Saçlarınız üçün lazım olan qidalar
Hipnoz altında beyin əməliyyatı etdilər-FOTO
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
"Oladi" (foto-resept)
Mehriban Əliyeva azərbaycanlıları təbrik etdi
Google-un gəlirləri azalır
- ŞƏRHLƏR