"Nəvələrin nənə və babaları ilə qüvvətli və sağlam münasibət qurmasında valideynlər ən əhəmiyyətli rola malikdir" deyən mütəxəssis psixoloq Yegan Şassinin həm valideynlərə, həm də böyüklərə məsləhətləri var.
Körpə ailəyə daxil olur və sanki alışdığımız həyatı alt-üst edir. Lakin yaşanan qarışıqlıq qısa sürür və sonra sistem yenidən bərpa olunur. Nənə və babaları üçün nəvə - sevinc, dinclik və münasibətləri düzəltmək fürsətidir. Nənə və babalıq fərdlərə yenidən valideyn rolunu boynuna götürmə və uşaqlarla yaxşı vaxt keçirmək üçün ikinci bir şansdır.
Nənə və babalar bütün ailələri və nəvələri üçün əhəmiyyətli rol oynayır. Məsələn: öyüd verən, yol göstərən, nağıl danışan, müəllim, dost, sirdaş kimi. Nənə-babalar və nəvələri arasındakı münasibətlər hər iki tərəf üçün də olduqca əhəmiyyətlidir. Bu əlaqənin sağlam və müvəffəqiyyətli olmasının təməlində sevgi, ortaq hörmət və dürüstlük-səmimilik vardır. Əlaqələrin və hörmətin ikitərəfli olduğu unudulmamalı və yeni nəsillərə ötürülməsi təmin edilməlidir. Unudulmamalıdır ki, nəvələrlə nənə və babaların qüvvətli, sağlam münasibətləri ola bilmələrində ana və atalar ən əhəmiyyətli rola sahibdirlər.
Valideynlərə məsləhətlər:
1. Öz valideynlərinizlə uşağınızı yetişdirmə tərziniz və qərarlarınız, qaydalarınız haqqında danışın və sizə hörmət etmələrini, bu şəkildə daha çox köməkçi ola biləcəklərini dilə gətirin.
2. Çatışmazlıqları tamamlamaq və irəliləyən yaşlarında yeni bir həyəcan yaşamalarına səbəb olan nəvələri üçün nəsə etmək üçün gördükləri işləri və bu yoldakı səhvlərini anlayışla qarşılamağa çalışın. Onların da həyatlarında ilk dəfə nənə/baba olduqlarını unutmayın.
3. Əgər uşaqlarınız ana-ananızın yanındaykən qaydalarınıza əməl etmirsə və bu vəziyyətə müdaxilə edə bilmirsinizsə, heç dava etməyin. Yalnız uşaqlarınıza qaydalarınızın sizin "dörd divarınız arasında" hələ də etibarlı olduğunu hiss etdirin. Nənə-baba evi də sərbəst bölgə olaraq qalsın. Beləcə, nə siz uşaqlarınız və öz valideyinlərinizlə gərginlik yaşayarsınız, nə də qazanmayacağınız döyüşə girmiş olarsınız.
Nəvələri ilə yaxşı ünsiyyət qura bilmələri üçün nənə və babalara məsləhətlər:
1. Nəvələrinizə nəsihət etməyə başlamadan öncə onları səbr və diqqətlə dinləyin.
2. Əsla təhqir etməyin, vurmayın və cəzalandırmayın.
3. Sərhəd və qayda-qanunlarınızı mühafizə edin.
4. Nəvələrinizə bütün problemlərini və duyğu-düşüncələrini sizlərlə bölüşə biləcəklərini, qapınızın hər zaman onlara açıq olduğunu hiss etdirin.
5. Nəvələrinizə ana və ya atalarını əsla pisləməyin.
6. Nəvələrinizin ana-atası olmadığınızı, bütün qayda və hüquqların əslən ana-ataya aid olduğunu unutmayın. Nəvələrinizin yeni ailə sistemlərinə hörmət göstərin.
7. Nəvələrinizlə əlaqəni kəsməyin. Axtarılmağı və darıxılmağı gözləmədən əvvəl onlar üçün darıxdığınızı dilə gətirin və axtarın.
8. Evinizdə nəvələrinizin şəkillərini saxlayın.
9. Nəvələriniz sizə gəldikdə özlərini öz evlərində kimi hiss etmələrini təmin edin.
D.Johnsonun dediyi kimi, nənə və babalar ailə ağacının meyvələridir. İllərin işıq, sirr və təcrübəsini saxlayarlar. Bu meyvə azad surətdə, məcburiyyət olmadan uşağa uzadıldıqda o zamandan görünməz - sehrli səyahət başlayır. Bu sistemin qurulması və mühafizə edilməsi ilə də xoşbəxt və sağlam nəsillər yetişir. Bu bağı qura bilməyin iplərinin siz valideynlərin əlində olduğunu unutmayın.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ordu tarixində ilk: Bir qadın…
Qar yağacaq, külək əsəcək
Lukaşenko səlahiyyətlərini təhvil vermək üçün şərtini açıqladı
Beyonsenin 6 yaşlı qızının AДћLASIДћMAZ HƏYATI: şəxsi cangüdən, özəl stilist, milyonlar və... - FOTO
Dünəndən qalan plovu yeməyin!
Dərini cavanlaşdıran maska
"Instagram"la bağlı xəbər var
Uşaqda inam duyğusu
Pinokkio
Mərciməyin faydaları
Yağıntılı, çiskinli hava şəraiti nə vaxta kimi davam edəcək?
Düşmən gecə basqın etdi, itki verərək, geri oturduldu - RƏSMİ
Yaponiyada qasırğa: ölənlər var
Bu da yeni Range Rover
Vətənpərvər olmurlar, doğulurlar!
Mehriban Əliyevadan göstəriş
Simsiz qulaqlıqlar təhlükəlidirmi?
Günün qoroskopu - 14.11.2013
Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!
Xolesterinin yüksək olduğu göstərən hallar
Serenay Sarıkaya səsi ilə heyran etdi – VİDEO
Davudoğludan vacib Qarabağ ÇAĞIRIŞI
Bütün idman obyektlərində ibadət otaqları yaradılacaq
Mərkəzi Bank valyutaya nəzərətdən imtina etdi
Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Azərbaycan əsgəri o mövqelərdən geri çəkilməyəcək
DİM sədri: “Dəqiq tarix demək mümkün deyil”
Artıq çəkidən xilas olan məşhurlar
Üzüm suyu hansı xəstəliklərin dərmanıdır?
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
2013-cü ilin ən uğursuz filmləri
Xəyalımla yaşamaq istəyirəm
Gözəl pərdələr
Vətəndaşlıq verilən robotdan İRONİYALI CAVAB - VİDEO
"Dəri rəngimə görə rolumu əlimdən aldılar" - Priyanka Çopra-FOTO
Rihannadan FOTOsessiya
Nurgül Yeşilçay Londondan FOTO paylaşdı
Azərbaycanda bir ilk
Cem Yılmazın səhnədə halı pisləşdi
Hazal Kaya ərə gedir-FOTO
Toy üçün möhtəşəm tortlar
Narahatlıq yaradan əşyalar
Yeni təxribatın anatomiyası
Serverlər bazarı kiçilib
Obama ailəsi film biznesinə başladı
Hande Ataizi hər kəsi təəccübləndirdi-FOTO
Pəhriz və sağlam həyat tərzi
Vərəmdən qurtulanların sayı nə qədərdir?
Havası ən təmiz olan 10 şəhər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]