Bir kişinin gözündə hər zaman yüksəkdə durmaq istəyi qaynanalar və gəlinlər arasında bitməz-tükənməz çəkişmələr yaranmasına səbəb olmuşdur. Qısqanclıqdan və qəbul etmə problemi yaşandığından bu iki qadın arasında sözün əsl mənasında çox böyük problemlər yaşanılmış və yaşanmaqdadır. Hətta bu yolda bir-birlərinə ən qorxulu pislikləri belə etməkdən çəkinməyiblər.
Qaynana bəlkə də həyat yoldaşından görmədiyi hörməti oğlundan umduğu üçün onu heç cürə "başqa biriylə" paylaşmaq istəmir. Bu zaman bir-birlərinə hədsiz sevgi və hörmətlə bağlanan cütlüklər arasında belə söz-söhbət düşə bilir. Elə ailələr də var ki, kişi qadınına əl qaldırır, səbəb məhz qaynana olur. Sizləri deyə bilmərəm, mənim heç cür qəbul etmədiyim bir problemi də hətta qaynanalar gəlinə yaşatmaqdan sanki zövq alırlar. Nədir bu? Qaynana cavanlıqda öz gəlinlik çağlarını əzab-əziyyətlə başa vurub deyə, mütləq gəlin də onun yaşadığı həyatı yaşamağa məhkum olmalıdır. Axı niyə?
Bu problemlərin çözümü bir də o vaxt həllini tapa bilmir ki, ananın bütün yükü artıq oglunun üstündə olur. Yəni ata rəhmətə gedib və ya ailədə boşanma olubsa, deməli, birmənalı şəkildə oğul anasına baxmaq məcburiyyətindədir.
Qaynana tərəfindən hansı hallarda problem yaşanır?

"Bu uşağı mən doğmuşam, onun mənə hər zaman ehtiyacı var, oğlumun məni unutmaması üçün hər zaman onun yanında olmalıyam.İdarə məndə olmalıdır, çünki oğlumun evi mənim evimdir".
Bəs görək gəlinlər nə düşünür?

"Qaynanam hər mövzuda işlərimizə qarışır. Tez-tez mənə nə iş görməli olduğumu xatırladır, hətta elə bil məni oğluna qulluqçu tutmuş kimi davranır. Sanki mən ancaq onun oğlunun könlünü şad edəcək işlər görmək məcburiyyətindəyəm. Hər gün oğluna məndən qeybət edib, məni onun gözündən salmaq istəyir, oğlunun məndən ayrılması üçün hər vasitəyə əl atır. Hətta bəzən uşaqları belə mənə qarşı yönəltməyə çalışır. Ən dözülməzi isə əşyalarımı tez-tez qarışdırır".
Baxın, əziz xanımlar, bu saydıqlarım bəlkə də bir çoxlarınızın yaşadığı, bir çoxlarınızın isə yaşaya biləcəyi problemlərdir. Qaynana-gəlin probleminin həll olunmaz olduğunu söyləsələr də heç olmasa problemləri dərinləşdirməmək üçün anlayışlı və səbrli olmaq mütləqdir. Düzdür, deyirlər məsləhət vermək asandır, onu yaşayanın halından xəbərsiz olanlar üçün nə var bunu etməyə?! Amma bilin ki, səbrlə insan ən çətin olanı belə həll etməyə qadir olur. Hər halda hələ ki, gəlinim olmasa da, gəlin ki, olmuşam ![]()
Hər birinizə mehribanlıq arzusuyla...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günəş vannaları dəri xəstəlikləri yarada bilər
Hitlerin timsahı öldü
Hərbi hissələr qış mövsümünə necə hazırlaşıb?
2016-ci ilin seçilmiş saç modelləri
Qoç bürcünün 5 əsas xüsusiyyəti
Qanunsuz tikililərlə bağlı müvafiq qərar qəbul olunacaq
Dünyanın ən böyük sabunu İsmayıllıda - FOTO
Təhsil nazirindən I siniflərlə bağlı VACİB XƏBƏR
Obama bu hərəkətləri ilə interneti "sökür"
Təmizliyə kömək edən vasitələr
9 lotoreya aldı, hər biri qalib oldu
SON DƏQİQƏ: Koronavirusla bağlı ŞAD XƏBƏR AÇIQLANDI
Soğan dolması (foto resept)
Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
Günün ulduz falı - 09.10.2013
İbrahimoviçdən şok açıqlama
"Qızıl top"un sahibi bilindi
Wikipedia internetsiz də olacaq
Toxunma çantalar
116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ
Göz rənginə görə makiyaj
Mükəmməl saçlara xüsusi qulluq
Tarkandan bayram təbriki
Öldüyü deyilən aktyor: "Səhhətim əvvəlki günlərlə müqayisədə yaxşıdır"
Doğru geyim alın
Qan qrupunuz xarakteriniz barədə nə deyir?
Bakının piyada kamikadzeləri
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Super Mario Bros oyununu 30 minə alıb 100 min dollara satdı
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
Allahşükür Paşazadə İordaniyaya səfər edəcək
QMİ-dən bayraq açıqlaması
Gənc yaşda milyarder olmağın yolları
Dünyanın ən gözəl Universitet kitabxanaları
Soğan dolması (foto-resept)
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Cırıq qaloşlar muzeyə qoyuldu
Ronaldo tarixə düşdü
Yeyə bilməyəcəyiniz çörəklər
Bütün kalorilər yansın!
Toyuq ətindən kabab (foto resept)
3144 velosiped
Xəzərin kefallarında virus tapılmadı
Ermənilər Azərbaycanın içində düşmən yaratmaq istəyirlər
Gigi Hadid ilk dəfə hamiləlik şəkillərini paylaşdı
İt uşağı qəzəbli ananın əlindən belə aldı
Cessika Simpson paylaşdığı FOTO ilə sevənlərini qorxutdu
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]