Bir kişinin gözündə hər zaman yüksəkdə durmaq istəyi qaynanalar və gəlinlər arasında bitməz-tükənməz çəkişmələr yaranmasına səbəb olmuşdur. Qısqanclıqdan və qəbul etmə problemi yaşandığından bu iki qadın arasında sözün əsl mənasında çox böyük problemlər yaşanılmış və yaşanmaqdadır. Hətta bu yolda bir-birlərinə ən qorxulu pislikləri belə etməkdən çəkinməyiblər.
Qaynana bəlkə də həyat yoldaşından görmədiyi hörməti oğlundan umduğu üçün onu heç cürə "başqa biriylə" paylaşmaq istəmir. Bu zaman bir-birlərinə hədsiz sevgi və hörmətlə bağlanan cütlüklər arasında belə söz-söhbət düşə bilir. Elə ailələr də var ki, kişi qadınına əl qaldırır, səbəb məhz qaynana olur. Sizləri deyə bilmərəm, mənim heç cür qəbul etmədiyim bir problemi də hətta qaynanalar gəlinə yaşatmaqdan sanki zövq alırlar. Nədir bu? Qaynana cavanlıqda öz gəlinlik çağlarını əzab-əziyyətlə başa vurub deyə, mütləq gəlin də onun yaşadığı həyatı yaşamağa məhkum olmalıdır. Axı niyə?
Bu problemlərin çözümü bir də o vaxt həllini tapa bilmir ki, ananın bütün yükü artıq oglunun üstündə olur. Yəni ata rəhmətə gedib və ya ailədə boşanma olubsa, deməli, birmənalı şəkildə oğul anasına baxmaq məcburiyyətindədir.
Qaynana tərəfindən hansı hallarda problem yaşanır?
"Bu uşağı mən doğmuşam, onun mənə hər zaman ehtiyacı var, oğlumun məni unutmaması üçün hər zaman onun yanında olmalıyam.İdarə məndə olmalıdır, çünki oğlumun evi mənim evimdir".
Bəs görək gəlinlər nə düşünür?
"Qaynanam hər mövzuda işlərimizə qarışır. Tez-tez mənə nə iş görməli olduğumu xatırladır, hətta elə bil məni oğluna qulluqçu tutmuş kimi davranır. Sanki mən ancaq onun oğlunun könlünü şad edəcək işlər görmək məcburiyyətindəyəm. Hər gün oğluna məndən qeybət edib, məni onun gözündən salmaq istəyir, oğlunun məndən ayrılması üçün hər vasitəyə əl atır. Hətta bəzən uşaqları belə mənə qarşı yönəltməyə çalışır. Ən dözülməzi isə əşyalarımı tez-tez qarışdırır".
Baxın, əziz xanımlar, bu saydıqlarım bəlkə də bir çoxlarınızın yaşadığı, bir çoxlarınızın isə yaşaya biləcəyi problemlərdir. Qaynana-gəlin probleminin həll olunmaz olduğunu söyləsələr də heç olmasa problemləri dərinləşdirməmək üçün anlayışlı və səbrli olmaq mütləqdir. Düzdür, deyirlər məsləhət vermək asandır, onu yaşayanın halından xəbərsiz olanlar üçün nə var bunu etməyə?! Amma bilin ki, səbrlə insan ən çətin olanı belə həll etməyə qadir olur. Hər halda hələ ki, gəlinim olmasa da, gəlin ki, olmuşam
Hər birinizə mehribanlıq arzusuyla...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR - VİDEO
İndoneziyada "ASAN xidmət"in oxşarı açılacaq
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Gigiyena xətaları
Limonlu suyun faydaları
Xəzərdə zəlzələ oldu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək
Qaxda qış turizmi
Mehriban Əliyeva qayğanaq bişirdi - Foto
Almanlara qalib gəldik
Sıla ETİRAF ETDİ
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Fatih Terimin tapıntısı "Qalatasaray"dan ayrılır
Dünyanın ən nəzakətli oğrusu - VİDEO
Seren Serengilin əsil yaşı sübut olundu-FOTO
Hacıqabuldakı partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
Qarabağ Universiteti yaradılacaq
Donmayan balıqlar
Skarlett Yohanson 400 minlik nişan üzüyünü göstərdi-FOTO
Bu il İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlandı
Ət soyutması (foto resept)
Rusiya ilə Azərbaycanın fərqi
Obama ilahi oxudu
Kəs və yapışdır-33
Məşhur aktrisa ana olacaq-FOTO
Sürüşmə zonasında yol tikintisi başa çatır
Vunderkind uşaqlar
Virtual tanışlıq # Real tanışlıq
Ömür yolu
Enerjinizin azalmağına səbəb olan 5 qida!
Limonlu peçenyelər (foto resept)
Gəl, açıq danışaq
Margot Robbie: təbii və qüsursuz
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Aybaşı gününü hesablama
Panteizm
İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu
Burak Özçivitin serialının ilk VİDEOsurekord qırdı
Uşaqlar üçün yataq örtüyü dəstləri
Dadlı poğaça (foto-resept)
Bu gün Bengünün toyudur-Toplam xərc 1 milyon
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Ronaldunun sevgilisinin ev halı diqqət çəkdi-FOTO
Su fitnessi
Toya hazırsınızmı?
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Laçının işğalından 28 il ötür
Abituriyentlərə xəbərdarlıq
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
- ŞƏRHLƏR